30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsində

Aprelin 25-də futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsinin sonuncu cavab qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Yeni Malatya” stadionunda baş tutan matçda “Yeni Malatyaspor” “Qalatasaray”ı qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 2:5.Fatih Terimin yetirmələrindən Martin Linnes, Sofian Fequli, Henri Onyekuru (2 qol) və Kostas Mitroqlu fərqləniblər. Meydan sahiblərinin qollarına isə Daniel Aleksis və Arturo Mina imza atıblar.İlk oyunda qapılara qol vurulmadığından (0:0), bu hesab İstanbul təmsilçisini finala çıxarıb.Qeyd edək ki, “Qalatasaray”ın finaldakı rəqibi kubokun son qalibi “Akhisarspor” olacaq.xeber100.com

Aprel 26, 2019 12:24

Bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib

Aprelin 26-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib.Azərtac xəbər verir ki, turnirdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışlarda 25 qrup komandası və 70-dən çox gimnast çıxış edəcək.Yarışların birinci iki günündə təsnifat mərhələləri keçiriləcək və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.Turnirin birinci günündə fərdi gimnastlar çoxnövçülük üzrə halqa və topla, komandalar isə beş topla hərəkətlərdə yarışırlar.xeber100.com

Aprel 26, 2019 12:21

Formula 1 Qran-Prisi çərçivəsində pilotların avtoqraf sessiyası keçirilib

Aprelin 26-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda pilotların avtoqraf sessiyası keçirilib.Azərtac xəbər verir ki, sessiya Dənizkənarı Milli Parkdakı fan-zonada təşkil olunub.Birinci sessiyada “Red bull Racing”, “Ferrai” və “Renault” komandalarının pilotları azarkeşlərlə görüşüb, onlara avtoqraf veriblər.Növbəti avtoqraf sessiyaları aprelin 27-də və 28-də baş tutacaq. Aprelin 27-də “Racing Point”, “Alfa Romeo” və “Mercedes”, ertəsi günü isə “Williams”, “McLaren”, “Haas” və “Toro Rosso” komandalarının pilotları avtoqraf sessiyalarında iştirak edəcəklər.xevber100.com

Aprel 26, 2019 12:08

İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşması keçirilib

Aprelin 24-də İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtrac xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən görüşdə “Mançester Yunayted” öz meydanında “Mançester Siti” klubunu qəbul edib.Gərgin keçən görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıb.“Şəhərlilər” hər iki qolu ikinci hissədə vurub. Matçın 56-cı dəqiqəsində Bernardo Silva, qarşılaşmanın 66-cı dəqiqəsində isə Leroy Sane fərqlənib.Bu qələbə sayəsində “Mançester Siti” xallarını 89–a çatdıraraq birinci pilləyə yüksəlib, “Mançester Yunayted” isə 64 xalla 6-cı yerdə qərarlaşıb.xeber100.com

Aprel 25, 2019 12:46

İtaliya Kubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.Azərtac xəbər verir ki, bu, "Latsio" komandasıdır. Paytaxt təmsilçisi yarımfinalda "Milan"ı üstələyib. İlk görüşdə öz meydanında qolsuz heç-heçə edən "Latsio" "San Siro"dakı cavab qarşılaşmasında qələbəyə nail olub - 1:0. Yeganə qolu 58-ci dəqiqədə Xoakin Korrea vurub.Daha bir finalçı "Atalanta" - "Fiorentina" cütünün qalibi olacaq. Bu komandalar arasında Florensiyadakı ilk qarşılaşmada məhsuldar heç-heçə qeydə alınıb - 3:3.Cavab oyunu bu gün saat 22:45-də başlayacaq.xeber100.com

Aprel 25, 2019 12:43

Cüdo üzrə Azərbaycan birinciliyi keçirilir

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilir.Azərtac xəbər verir ki, yarışda respublikamızın müxtəlif bölgələrindən 464 cüdoçu mübarizə aparır. Birinciliyin ilk günü oğlanlar və qızlar arasında 3 çəki dərəcəsində qaliblər məlum olub. Qaliblərə və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.Respublika birinciliyinə aprelin 26-da yekun vurulacaq.xeber100.com

Aprel 25, 2019 12:40

Şahmat üzrə dünya çempionatının səkkizinci turunun oyunları keçirilir

Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatının səkkizinci turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçılarından 14-ü ötən turu uğurla başa vurub. Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Ümid Allahverdi (4,5 xal), Yusif Kərimli (5 xal), Yusif Babayev (4 xal), Rəfael Bayramlı (4 xal), Əhmədağa Həşimov (4), Süleyman Süleymanlı (5,5 xal), Cahandar Azadəliyev (5 xal), Tamerlan Hüseynzadə (3 xal), Uğur İlyaslı (5,5 xal), Murad İbrahimli (4 xal), Səlbinaz İsmayılova (3,5 xal), Aytac Kərimli (4 xal), Səbinə Rzalı (4 xal), Cəmilə Paşayeva (3,5 xal) ötən turda qələbə qazanıblar. Fərid Orucov (4,5 xal), Nərmin Nəsibova (3,5 xal), Raya Əhmədova (2 xal) heç-heçə ediblər. Digər təmsilçilərimiz isə məğlub olublar.On iki qrup üzrə keçirilən yarışda 33 ölkədən 400-dən çox şahmatçı mübarizə aparır. Azərbaycanı dünya çempionatında müxtəlif yaş qrupları üzrə 29 şahmatçı təmsil edir. Onlardan 18-i oğlan, 11-i isə qızdır.xeber100.com

Aprel 25, 2019 12:38

“Qalatasaray”ın qapıçısı İngiltərə klublarının hədəfində

"Qalatasaray"ın qapıçısı Fernando Muslera İngiltərə klublarının hədəfinə düşüb.Milli.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri - "Bornmut"la "Kristal Pelas" uruqvaylı qapıçı ilə maraqlanır. İstanbul klubu 32 yaşlı qapıçının transfer qiymətini və onunla bağlı mövqeyini açıqlamayıb.Qeyd edək ki, Muslera bu mövsüm 39 oyunda meydana çıxıb. 8 ildir "Qalatasaray"da çıxış edən qapıçının illik maaşı 4 milyon avrodur.xeber100.com

Aprel 24, 2019 7:23

Güləş Federasiyasının məlumatına görə…

Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır.Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızın da hazırlıq planı ilə bağlı məlumat veriləcək.xeber100.com

Aprel 24, 2019 7:15

İspaniya Çempionatının 34-cü turu çərçivəsində

"Barselona" futbol klubu İspaniya Çempionatının 34-cü turu çərçivəsində "Alaves" üzərində 2:0 hesablı qələbə qazanıb.Trend-in məlumatına görə, qolları Karles Alenya (55-ci dəqiqə) və Luis Suares (60-cı dəqiqə) vurublar."Barselona" 80 xalla turnir cədvəlinə liderlik edir. Onun ən yaxın izləyicisi 68 xalı olan "Atletiko Madrid"dir. Alaves isə 46 xalla 8-ci yerdə qərarlaşıb.xeber100.com

Aprel 24, 2019 6:57
    Page 410 of 831« First«...102030...408409410411412...420430440...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az