11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan millisi dünya çempionatının V turunda…

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında bu gün V turun oyununa çıxacaq.Milli.Az report-a istinadən xəbər verir ki, rəqib ABŞ kollektivi olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Beş turdan sonra altı xalı olan ABŞ komandası 2-4-cü yerləri bölüşdürür. Azərbaycan isə bir xalla 9-cu pillədə qərarlaşıb.Bu gün Misir - İsveç, Çin - İran, İngiltərə - Hindistan və Qazaxıstan - Rusiya qarşılaşmaları da keçiriləcək.Dünya çempionatı, V tur 13:00. Qazaxıstan - Azərbaycan.xeber100.com

Mart 9, 2019 12:53

“Roma” futbol klubuna yeni baş məşqçi təyin olunub

“Roma” futbol klubu yeni baş məşqçisinin adını bəyan edib. Trend-in məlumatına görə, Klaudio Ranyeri klubun yeni baş məşqçisi təyin edilib.Xatırladaq ki, 67 yaşlı mütəxəssis keçən həftə “Fulhem” klubundan qovulub. Ranyeri 2009-2011-ci illərdə “Roma” klubunu çalışdırıb.xeber100.com

Mart 9, 2019 12:41

Futbol üzrə XIX turun ən yaxşı futbolçusunun adı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun ən yaxşı futbolçusunun adı açıqlanıb.Peşəkar Futbol Liqasından Trend-ə verilən məlumata görə, “InStat”ın təhlilinə əsasən, “Neftçi”nin yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov turun ən yaxşı futbolçusu seçilib.“Sabah” komandası ilə görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən, Emin Mahmudov turun ən yaxşı indeksə malik futbolçusudur.xeber100.com

Mart 8, 2019 5:33

“Çelsi” klubu Avropa Liqasının 1/8 final mərhələsində

İngiltərənin "Çelsi" futbol klubu Avropa Liqasının 1/8 final mərhələsində öz meydanında Ukraynanın "Dinamo" komandasına qalib gəlib.Trend-in məlumatına görə, matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 17-ci dəqiqədə açılıb, Pedro Rodriges fərqlənib. İkinci hissənin 65-ci dəqiqəsində Villian hesabda fərqi artırıb - 2:0. Oyunun sonuncu dəqiqəsində isə Odoi son qolu vurub.Qeyd edək ki, bu oyunla paralel keçirilən "Napoli" ilə Avstiyanın "Zalzburq" klubları arasındakı oyun italyanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Cavab oyunları martın 14-də keçiriləcək.xeber100.com

Mart 8, 2019 5:24

“Arsenal ” futbol klubu “Renn” komandasına məğlub olub

İngiltərənin "Arsenal " komandası səfərdə Fransanın "Renn" komandasına məğlub olub.Trend-in məlumatına görə, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən oyun 3:1 hesabı ilə yekunlaşıb.Qaliblərin heyətində Benjamin Buriqo (42-ci dəqiqə), İsmaila Sarr (88-ci dəqiqə), "Arsenal"ın heyətində isə Aleks Şvobi (4-cü dəqiqə) və avtoqola imza atan Naço Monreal fərqləniblər.Oyunun 41-ci dəqiqəsində ikinci sarı kartı alaraq qonaq komandanın müdafiəçisi Sokratis Papastatopulos meydandan qovulub.Parallel oyunların nəticələri: "Ayntraxt" (Almaniya) - "İnter (İtaliya) - 0:0, "Dinamo" (Xorvatiya) - Benfika (Portuqaliya) - 1:0, "Sevilya" (İspniya) - Slaviya (Çexiya) - 2:2.Cavab qarşılaşmalar fevralın 14-də keçiriləcək.xeber100.com

Mart 8, 2019 5:18

“Barselona”nın hücumçusu Argentina komandasına daxil olunub

"Barselona"nın hücumçusu Lionel Messi qarşıda duran yoldaşlıq oyunları üçün Argentinanın futbol üzrə yığma komandasınının heyətinə daxil olunub.Trend-in məlumatına görə, bunu ölkənin Futbol Assosiasiyasının mətbuat xidməti bildirib.31 yaşlı forvard Rusiyada 2018-ci ildə keçirilən Dünya Çempionatından sonra yığmaya ilk dəfə çağırılıb. 2018-ci ilin iyul ayından argentinalılar 6 yoldaşlıq oyunu keçirib, Messi onların heç birində iştirak etməyib.Qeyd edək ki, Argentina yığması martın 22-də öz meydanında Venesuela komandası, 26-da isə Mərakeş yığması ilə qarşılaşacaq.xeber100.com

Mart 8, 2019 4:15

Asiya Olimpiya Şurasının təqdimat mərasimində

Tokioda keçiriləcək 2020-ci il Olimpiya oyunlarının biletləri iyunun 14-dən - Yaponiya sakinləri üçün satışın başlamasından bir neçə həftə sonra digər ölkələrin idman həvəskarlarına satılacaq.Azərtac xəbər verir ki, biletlərin satışı qrafiki “Tokio-2020”-nin Asiya Olimpiya Şurasının Baş Assambleyasına təqdimatı mərasimində açıqlanıb. Yaponiyada biletlərin aprelin sonunda –“qızıl həftə” bayramı zamanı satışa veriləcəyi gözlənilir. Həmin bayram şənlikləri aprelin 27-dən mayın 6-dək davam edəcək.Biletlərin daxili bazarda və əcnəbilər üçün ayrı-ayrı vaxtlarda satışa çıxarılması qərarı qeyri-adidir. Əvvəlki Oyunlarda biletlər həm ev sahibi ölkə həm də qonaqlar üçün eyni vaxtda satılırdı. Satışların 14 iyunda başlanması da təsadüfi deyil: həmin gün “Tokio-2020” biletlərinin surətinin çıxarılması və saxtalaşdırılmasını qadağan edən qanun qüvvəyə minir. Yeni qanuna görə, göstərilən hərəkətlərə görə bir ilədək azadlıqdan məhrumetmə və ya 9 min dollar cərimə, yaxud hər ikisi birlikdə olmaqla cəza tətbiq edilə bilər.xeber100.com

Mart 7, 2019 12:37

Şahmat üzrə üçüncü turun oyunları keçirilir

Martın 7-də Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə kişilər arasında komandalararası dünya çempionatının üçüncü turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan komandası növbəti turda ev sahibi ilə qarşılaşır. Şahmatçılarımız Arkadi Naydiç Rinat Jumabayev, Rauf Məmmədov Murtaz Kajqaleyev, Qədir Hüseynov Anuar İsmaqambetov, Eltac Səfərli Denis Maxnyev ilə görüşür. Qeyd edək ki, komandamız ötən turlarda İngiltərə və Çin yığmalarına məğlub olub.Üçüncü turda İran-İsveç, Misir-Hindistan, Rusiya-Çin, İngiltərə-ABŞ qarşılaşmaları keçiriləcək.İki turun nəticəsinə görə, Rusiya, ABŞ, İngiltərə milliləri 4 xal, Hindistan, Çin, Qazaxıstan yığmaları 2 xal, İran seçməsi isə 1 xal toplayıb.xeber100.com

Mart 7, 2019 12:17

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, namizədlər arasında serbiyalı Duşan Tadiç (“Ayaks”, Hollandiya), fransalı Uqo Loris (“Tottenhem”, İngiltərə), belçikalı Romelu Lukaku (“Mançester Yunayted”, İngiltərə) və fransalı Musa Mareqa (“Portu”, Portuqaliya) yer alıblar.Həftənin ən yaxşı futbolçusunun müəllifi UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.xeber100.com

Mart 7, 2019 12:15

“Bavariya” futbol klubu yeni müqavilə imzalamaq niyyətindədir

“Bavariya” futbol klubunun rəhbərliyi polşalı hücumçu Robert Levandovski ilə yeni müqavilə imzalamaq niyyətindədir.Azərtac Almaniya mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı hücumçu ilə 2023-cü ilin yayınadək qüvvədə olan yeni müqavilənin imzalanması nəzərdə tutulur. “Bavariya” klubu yayda “Leypsiq”dən Timo Verneri transfer etmək fikrindədir. Lakin Münxen klubu R.Levandovskini komandadan kənarlaşdırmaq istəmir. Buna səbəb yay transferində Arien Robbenin və Frank Riberinin klubdan ayrılmasıdır.Polşalı hücumçu cari mövsümdə “Bavariya”da keçirdiyi 33 görüşdə 27 dəfə fərqlənib.xeber100.com

Mart 7, 2019 12:13
    Page 427 of 831« First«...102030...425426427428429...440450460...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az