07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Tata Steel Masters 2019” turnirində

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Tata Steel Masters 2019” turnirində sabah on birinci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, 10 turun nəticəsinə görə, Teymur Rəcəbov 5 xalla 6-7-ci, Şəhriyar Məmmədyarov 4 xalla 12-13-cü yerləri bölüşürlər.Şəhriyar Məmmədyarovu növbəti turda Santoş Viditlə qarşılaşma gözləyir. Digər təmsilçimiz Teymur Rəcəbov dünya şahmat tacının sahibi Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbovu ilk beşlikdən 1 pillə ayırır. Dünya çempionu Maqnus Karlsen isə 7 xalla turnir cədvəlinin lideridir. Ondan yarım xal geridə olan Aniş Giri ikinci pillədə qərarlaşıb.Bu gün şahmatçılar üçün istirahət günü olduğundan növbəti turun oyunlarına sabah start veriləcək.xeber100.com

Yanvar 24, 2019 11:53

“Qalatasaray” futbol klubu “Boluspor”un qonağı olub

Türkiyə Kubokunda 1/8 finalın oyunları keçirilir.Milli.Az xəbər verir ki. "Qalatasaray" səfərdə I Liqa klubu "Boluspor"un qonağı olub. Qarşılaşma "cim bom"un minimal hesablı qələbəsiylə başa çatıb.Bu komandalar arasında cavab oyunu gələn həftə İstanbulda baş tutacaq. "Boluspor" - "Qalatasaray" 0:1 Qol: Selçuk İnan, 42 (pen).xeber100.com

Yanvar 23, 2019 2:38

İngiltərə Premyer Liqasının 23-cü turunda

"Tottenhem"in futbolçusu Dele Alli zədələnib.Milli.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda "Fulhem"lə matçda zədə alıb.Tibbi müayinədən keçən ingilis futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Onun martın əvvəli məşqlərə qayıdacağı gözlənilir.Qeyd edək ki, Allidən öncə komandanın əsas qol silahı Harri Keyn sıradan çıxmışdı.xeber100.com

Yanvar 23, 2019 2:31

“Beşiktaş” futbol klubunun rəsmi açıqlamasına əsasən…

"Beşiktaş"dan ayrılmaq istədiyi deyilən Rikardo Kuarejma ilə bağlı klubdan rəsmi açıqlama verilib.Milli.az xəbər verir ki, "qartallar"ın rəsmisi Ahmed Kavalcı, 35 yaşlı futbolçunun rəhbərliyə ayrılmaq istədiyi barədə heç bir şey demədiyini bildirib:"Kuarejmanın sosial şəbəkə hesablarından komandadan ayrılacağının siqnalını verdiyini deyirlər. Hər kəs bunu deyir, amma onun mənə hansısa müraciəti olmayıb. Bizə, "mən getmək istəyirəm" demədi. Nə baş məşqçi Şenol Günəşə, nə də hansısa klub rəsmisinə bu barədə bir şey deyib".Klub rəsmisi qış transfer dövründə ediləcək transferlər barədə də məlumat verib:"Baş məşqçi komandadan ayrılacaq futbolçu olsa, onun əvəzləyicisini almağı deyib. Bu mövsüm üçün hansısa axtarışımız yoxdur, gələn mövsüm üçün isə hər mövqeyə diqqət edirik.Rayan Babelin yerinə futbolçu alınmayacaq, baş məşqçimizin belə bir tələbi yoxdur".xeber100.com

Yanvar 23, 2019 2:23

“Barselona” klubunun yeni futbolçusu təqdim olundu

Kevin-Prins Boatenq artıq "Barselona"nın yeni futbolçusu kimi təqdim olunub.Azərtac bildirir ki, qanalı futbolçu yeni komanda yoldaşı Lionel Messini dünyanın ən yaxşı oyunçusu adlandırıb."Messi dünyanın ən yaxşı oyunçusudur. Bu doğrudan da belədir. Son on ildə o, bunu sübut edib", - deyə futbolçu əlavə edib.xeber100.com

Yanvar 23, 2019 2:16

İtaliya A Seriyasında növbəti turun oyunlarına yekun vurulub

İtaliya A Seriyasında XX turun oyunlarına yekun vurulub.Azertac xəbər verir ki, turun son oyununda lider “Yuventus” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Kyevo”nu sınağa çəkib. Matç meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Duqlas Kosta, Əmrə Can və Daniele Ruqani fərqləniblər.Beləliklə, “Yuventus” bu qələbədən sonra xallarının sayını 56-ya yüksəldərək liderliyini davam etdirir.xeber100.com

Yanvar 22, 2019 11:44

İngilis müdafiəçi “Derbi Kounti” komandasına transfer olunub

Amerikanın “Los Anceles Qalaksi” futbol klubunu iki ay əvvəl tərk etmiş ingilis müdafiəçi Eşli Koul İngiltərənin “Derbi Kounti” komandasına transfer olunub.Azərtac xəbər verir ki, klub rəhbərliyi 38 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Müdafiəçini “Derbi Kounti”yə klubun məşqçisi Frank Lampard dəvət edib.Xatırladaq ki, Koul və Lampard uzun müddət İngiltərə millisi və “Çelsi” klubunda birgə çıxış ediblər. Müdafiəçi İngiltərə millisinin heyətində 107 oyuna çıxıb.xeber100.com

Yanvar 22, 2019 11:25

“Tata Steel Masters-2019” turnirində növbəti tura start veriləcək

Bu gün “Tata Steel Masters-2019” turnirində doqquzuncu turun partiyalarına start veriləcək.Azərtac xəbər verir ki, növbəti partiyalarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Yan Kşiştov Duda, Teymur Məmmədov isə Vladimir Fedoseevlə mübarizə aparacaq.Bundan əvvəlki turda Ş.Məmmədyarov hindistanlı Vişvanatan Ananda məğlub olub. Bu, şahmatçımızın Hollandiyada ikinci məğlubiyyəti idi. Təmsilçimiz altıncı turda dünya şahmat tacının sahibi Maqnus Karlsenə də uduzub. Ümumiyyətlə, Hollandiya turnirinin sonuncu üç turunda Şəhriyar cəmi 0,5 xal toplamağa nail olub.Yarışda inamlı oyunu ilə seçilən Teymur Rəcəbov isə xallarının sayını 4,5-ə çatdırmaqla turnir cədvəlində xeyli irəliləyərək 6-cı pillədə qərarlaşıb. İlk beşlikdə isə Maqnus Karlsen, Vişvanatan Anand (hərəyə 5,5 xal), Yan Nepomnyaşi, Dinq Liren və Aniş Giri (hərəyə 5 xal) qərarlaşıblar.xeber100.com

Yanvar 22, 2019 11:17

“Mançester Yunayted” futbol klubu yeni müqavilə imzalayıb

İngiltərənin “Mançester Yunayted” futbol klubu Skott Maktominay ilə yeni müqavilə imzalayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 22 yaşlı şotlandiyalı müdafiəçi ilə yeni müqavilə 2023-cü ilədək imzalanıb. Müdafiəçinin müqaviləni 2024-cü ilədək uzatmaq imkanı var.Maktominay cari mövsümdə “Mançester Yunayted” klubunun heyətində 8 oyunda iştirak edib. Şotlandiya millisinin heyətində isə 5 oyun keçirib.xeber100.com

Yanvar 22, 2019 11:11

Güləş Federasiyasının məlumatına görə…

Yanvarın son 10 günündə yeniyetmə güləşçilər arasında zona birincilikləri keçiriləcək.Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, fevralda təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda təşkil olunacaq.Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda, yanvarın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmələrin mübarizəsi baş tutacaq.Bakı çempionatı isə yanvarın 22-dən 26-dək davam edəcək. Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.xeber100.com

Yanvar 21, 2019 3:57
    Page 440 of 831« First«...102030...438439440441442...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az