04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq kompleksində “TOP-8” respublika turniri keçirilib.Azərtac xəbər verir ki, respublika turnirində seçmə mərhələdə qalib gələn 8 ən güclü stolüstü tennisçi mübarizə aparıb. Kişilərin yarışında yüksək nəticəni Emin Məmmədov qazanıb. İkinci və üçüncü yerlərə müvafiq olaraq, Xəyyam Həşimli və Sənan Əliyev layiq görülüblər. Qadınların mübarizəsində isə Məryəm İmanova birinci yeri tutub. Nəzakət Qarayeva və Billurə Eminova sonrakı iki pillədə qərarlaşıblar.Turnirin qalibləri federasiya tərəfindən mükafatlandırılıb.xeber100.com

Dekabr 24, 2018 12:40

“Australian Masters-2018” beynəlxalq turniri başa çatıb

Şahmat üzrə “Australian Masters-2018” beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı, beynəlxalq usta Kənan İzzət 9 oyundan 5 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.Turnirdə ən yüksək nəticəni 9 oyundan 7,5 xal toplayan avstraliyalı qrossmeyster Anton Smirnov göstərib. Avstraliyalı digər şahmatçı, beynəlxalq usta Bobbi Çenq 6,5 xalla ikinci, özbəkistanlı qrossmeyster Andrey Kvon 6 xalla üçüncü yerləri tutublar.xeber100.com

Dekabr 24, 2018 12:29

Yunanıstan Super Liqasında XV tur qarşılaşmaları təxirə salınıb

Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.Oxu.az xəbər verir ki, buna ölkənin FIFA referisi Tanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsi səbəb olub.Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməmək qərarı alıb.Qeyd edək ki, çempionat matçları qış fasiləsindən sonra keçiriləcək.xeber100.com

Dekabr 23, 2018 5:25

Türkiyə Superliqasının XVII turnir cədvəlində

Dekabrın 22-də futbol üzrə Türkiyə Superliqasının XVII turunda turnir cədvəlində üçüncü pillədəki “Beşiktaş” komandası səfərdə altıncı sıradakı “Kasımpaşa”nın qonağı olub.Bu barədə Azərtac məlumat yayıb.Oyunda “Beşiktaş” rəqibinə 1:4 hesabı ilə məğlub olaraq çempionatda vacib xallar itirib. Matçda ev sahiblərinin heyətində qolları Loret Sadiku (11), Mbaye Diagne (45,75) və David Pavelka (84) vurublar. Qonaq komandanın heyətində isə 52-ci dəqiqədə Mustafa Pektemek fərqlənib.Bu matçdan sonra “Kasımpaşa” xallarının sayını 29-a çatdıraraq turnir cədvəlində ikinci yerə yüksəlib, “Beşiktaş” isə altıncı pilləyə enib.Turun digər görüşündə 35 xalla çempionatın lideri olan "Başakşəhər" səfərdə “Alanyaspor”la heç-heçə edib. Bu oyun “Başakşəhər” komandasının vahid liderliyinə təsir etməyəcək. Çünki İstanbul komandası ən yaxın izləyicisi “Kasımpaşa”dan 6 xal irəlidədir.xeber100.com

Dekabr 23, 2018 5:18

İtaliyanın “İnter” futbol klubu “Arsenal”ın futbolçusunu heyətinə qatıb

İtaliyanın "İnter" klubu İngiltərə "Arsenal"ının futbolçusu Aron Remzini heyətinə qatıb.Milli.az xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib.Uels milli komandasının da şərəfini qoruyan oyunçu yayda azad agent kimi "İnter"ə keçəcək.Qeyd edək ki, Aron Remzinin "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatır. O, London təmsilçisi ilə yeni müqavilə imzalamağa razılaşmayıb.xeber100.com

Dekabr 22, 2018 2:52

UEFA AÇ-2020-nin ümumi mükafat fondunu açıqlayıb

UEFA AÇ-2020-nin final mərhələsinin ümumi mükafat fondunu açıqlayıb. Milli.az xəbər verir ki, bu dəfəki məbləğ 371 milyon avro təşkil edəcək ki, bu da 2016-cı ildə Fransada keçirilən son turnirin mükafat fondu ilə (301 milyon avro) müqayisədə 23 faiz çoxdur.Final mərhələsində iştiraka görə 24 yığmanın hər biri minimum 9,25 milyon avro əldə edəcək. Qrupda qazanılan qələbəyə 1,5 milyon, heç-heçəyə 750 min avro veriləcək. 1/8 final mərhələsinə vəsiqə qazanacaq komandaların gəliri 2 milyon olacaq. 1/4 finalın iştirakçıları 3,25, yarımfinala çıxmaq hüququ əldə edənlər isə 5 milyon avro qazanacaqlar. Avropa çempionatının qalibinə 10 milyon, ikinci olan digər finalçıya isə 7 milyon avro veriləcək.Belədə turnirin qalibi olan yığma, qrup mərhələsində 3 qələbə qazanacağı təqdirdə, ümumilikdə 34 milyon avro gəlir götürəcək. AÇ-2016-da isə bu rəqəm 27 milyon avro idi.Qeyd edək ki, AÇ-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakıda keçiriləcək.xeber100.com

Dekabr 22, 2018 2:46

Amerika televiziya şəbəkəsi ESPN-in versiyasına görə…

Ukraynalı idmançı Aleksandr Usik Amerika televiziya şəbəkəsi ESPN-in versiyasına görə, 2018-ci ilin ən yaxşı boksçusu seçilib.Cari ildə Usik keçirdiyi üç döyüşdə qalib gəlib. Ukraynalı yanvarda Dünya Boks Super Seriyasının (WBSS) yarımfinalında latviyalı Mairis Briedis üzərində qələbə qazanıb. İyulda turnirin finalında rusiyalı Murat Qassiyevi məğlub edərək WBSS kubokuna sahib olub. Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu titulları adını qazanıb.Xarici KİV-lər xəbər verir ki, noyabrda ukraynalı idmançı britaniyalı Toni Belleylə döyüşdə kəmərlərini qorumağı bacarıb. Səkkizinci raundun ikinci dəqiqəsində Usik rəqibini nokaut edib.Ukraynalının peşəkar rinqdə 16 qələbəsi (12 nokaut) və bir məğlubiyyəti var. Həvəskar rinqdə Usik Olimpiya Oyunlarının (2012-ci il), Avropa çempionatının (2008-ci) və dünya çempionatının (2011-ci) qalibi olub.xeber100.com

Dekabr 21, 2018 1:53

“Sabah” və “Qəbələ” klubları arasında cavab qarşılaşması keçirilib

Dekabrın 20-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin üçüncü görüşündə “Sabah” və “Qəbələ” klubları arasında cavab qarşılaşması keçirilib. Azərtac xəbər verir ki, “Əlincə Arena”da oynanılan görüşdə qəbələlilər minimal hesabla qalib gəliblər - 0:1. Oyunda yeganə qolu 80-ci dəqiqədə Ceyms Adeniyi vurub. “Qəbələ” komandası doğma meydandakı ilk görüşdə də 2:0 hesabı ilə qalib gəldiyindən iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.Yarımfinal mərhələsinin sonuncu – dördüncü iştirakçısı “Keşlə” – “Qarabağ” görüşündən sonra müəyyənləşəcək. Komandalar arasındakı ilk matçda Ağdam təmsilçisi minimal hesabla qalib gəlib.Xatırladaq ki, dörddəbir final mərhələsinin dekabrın 19-da keçirilmiş iki cavab görüşünün nəticəsində “Zirə” və “Sumqayıt” komandaları yarımfinala vəsiqə qazanıblar.xeber100.com

Dekabr 21, 2018 1:48

UEFA Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində

Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də Azərbaycan paytaxtına gələcək.Azərtac xəbər verir ki, həmin gün saat 12-dən 13-dək UEFA Avropa Liqasına həsr olunmuş muzeydə “İnter” komandasının heyətində üç dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil ediləcək.Muzeyin ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.Saat 13:00-da isə muzeydə E.Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.E.Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.Ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edib.xeber100.com

Dekabr 21, 2018 1:43

“Kopenhagen” futbol klubu uruqvaylı müdafiəçini heyətinə cəlb edib

Danimarkanın “Kopenhagen” futbol klubu uruqvaylı müdafiəçi Gilermo Varelanı heyətinə cəlb edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, futbolçu ilə dördillik müqavilə imzalanıb.İyirmi beş yaşlı Varela Uruqvayın “Penarol” klubundan transfer olunub.Müdafiəçi daha əvvəl “Mançester Yunayted”, “Real Madrid” və “Ayntraxt” klublarında forma geyib. Futbolçu indiyədək Uruqvay millisinin heyətində 6 oyun keçirib.xeber100.com

Dekabr 21, 2018 1:40
    Page 450 of 830« First«...102030...448449450451452...460470480...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az