“Formula-1” mövsümünün üç ABŞ mərhələsindən ikincisi başlayır

“Formula-1” üzrə dünya çempionatının 18-ci mərhələsi olan ABŞ Qran-prisinə bu gün Texasın Ostin şəhərindəki "Trass Amerik" avtodromunda start veriləcək. Bu, cari mövsümdə sprint yarışının keçiriləcəyi beşinci ralli olacaq. Dünya çempionatında sprint yarışı üzrə format yenidən dəyişdirilib. Əvvəllər cümə günləri şənbə gününün sprint yarışına vəsiqə verilir və 100 kilometrlik yarışın nəticəsi əsas bazar yarışı üçün başlanğıc mərhələsini təyin edirdisə, indi cümə günü əsas yarışa vəsiqə verilir və şənbə günü ikinci sərbəst yürüş əvəzinə sprint yarışı keçiriləcək. Bazar günü sərbəst yürüş isə qısaldılmış formatda keçiriləcək: birinci 12, ikinci 10, üçüncüsü isə 8 dəqiqə davam edəcək. Sprint üzrə xal sistemi əvvəlki kimi saxlanılıb. Bu xalları ilk 8 pilot alacaq: qalib səkkiz xal, finişə səkkizinci çatan isə bir xal əldə edəcək. Mövsümün əsas suallarının cavabları artıq məlumdur - "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen vaxtından əvvəl üçqat dünya çempionu adını qazanıb, onun komandası isə altıncı dəfə "Konstruktorlar" kubokunu əldə edib. Meksikalı Serxio Peres ("Red Bull") yeddiqat dünya çempionu britaniyalı Lüis Hemiltondan ("Mercedes") 30 xal irəlidədir. "Formula-1"in ikiqat çempionu olan ispaniyalı Fernando Alonso ("Aston Martin") Hemiltondan 11 xal geridədir. Konstruktorlar kubokunda da "Mercedes" (326 xal) və "Ferrari" (298 xal) arasında ikinci yer uğrunda mübarizə davam edir.xeber100.com

Oktyabr 20, 2023 2:46

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub. Son oyun günündə yeddi qarşılaşma keçirilib. A qrupunda Ukrayna millisi Maltanı, İngiltərə yığması İtaliyanı məğlub edib. Qələbə britaniyalıları final mərhələsinə daşıyıb. G qrupunda Macarıstan Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Lakin səfərdə Litva ilə heç-heçə edən komanda bunun öhdəsindən gələ bilməyib. Qrupun digər matçında isə Serbiya doğma meydanda Monteneqroya qalib gəlib. H qrupunda Qazaxıstan Finlandiyanı, Sloveniya Şimali İrlandiyanı, Danimarka isə San Marinonu üstələyib. Bu qrupda da bütün suallara son iki turda aydınlıq gələcək. AVRO-2024, seçmə mərhələ VIII tur 17 oktyabr C qrupu 22:45. Malta – Ukrayna - 1:3 22:45. İngiltərə - İtaliya - 3:1 Xal durumu: İngiltərə - 16 (6 oyun), Ukrayna - 13 (7), İtaliya – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (7) G qrupu 22:45. Litva – Macarıstan - 2:2 22:45. Serbiya – Monteneqro - 3:1 Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva - 6 (7), Bolqarıstan – 2 (6) H qrupu 20:00. Finlandiya – Qazaxıstan - 1:2 22:45. Şimali İrlandiya – Sloveniya - 0:1 22:45. San Marino – Danimarka - 1:2 Xal durumu: Sloveniya – 19 (8), Danimarka – 19 (8), Qazaxıstan - 15 (8), Finlandiya – 12 (8), Şimali İrlandiya – 6 (8), San Marino – 0 (8) Qeyd edək ki, daha əvvəl ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya yığmaları Avropa çempionatına vəsiqəni təmin ediblər.xeber100.com

Oktyabr 18, 2023 2:33

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası statistik göstəriciləri açıqlayıb

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 12-17 oktyabr tarixləri arasında keçirilmiş seçmə oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. Lixtenşteynlə oyunda dubl edən Gilfi Siqurdsson 27 qolla İslandiya millisinin heyətində bütün zamanların ən sərrast oyunçusu olub. O, bu göstərici ilə daha əvvəl 26 qolla reytinqə başçılıq edən Eydur Qudyonsen və Kolbeynn Siqtorssonu qabaqlayıb. İtaliya yığması 2006-cı ilin sentyabrından sonra seçmə mərhələdə ilk dəfə səfər oyununda məğlub olub. Bu, komandanın İngiltərəyə 1-3 hesabı ilə uduzduğu matça təsadüf edib. “Uembli” stadionundakı qarşılaşmada dubl edən Harri Keyn isə İngiltərə millisində bütün zamanların bombardiri ünvanını ələ keçirib - 24 qol. Ulduz futbolçu bu göstərici ilə Bobbi Çarltonu (23 qol) geridə qoyub. Finlandiya ilə qarşılaşmada (2:1) rəqib qapısından 2 top keçirən Baxtiyar Zaynutdinov isə Qazaxıstan yığmasındakı qollarının sayını 14-ə çatdıraraq vahid lider olub. O, bunadək 13 qolla zirvədə yer alan Ruslan Baltiyevin nəticəsini yaxşılaşdırıb. İslandiya ilə oyunda (1:1) fərqlənən Jerson Rodriges 17 qolla Lüksemburq seçməsinin ən sərrast futbolçularının siyahısında zirvəyə yüksəlib. 28 yaşlı hücumçu daha əvvəl Leon Marta (16 qol) məxsus olan rekordu təqribən 80 ildən sonra yeniləyib. Slovakiya (3-2) və Bosniya və Herseqovina (5-0) ilə qarşılaşmalarda iki qol vuran Kriştianu Ronaldu Portuqaliya yığmasında 153 və 154-cü dublunu rəsmiləşdirib. Amma 38 yaşlı forvard hələ də aktivində 156 dubl olan argentinalı Lionel Messidən geri qalır. Ronaldu həmçinin 2023-cü ildə 40 qol həddinə çatan ilk oyunçu olub və bu göstəricidə norveçli Erlinq Holannla macarıstanlı Barnabas Varqanı (hər ikisi 39 qol vurub) qabaqlayıb. Bosniya və Herseqovina ilə matçın (5:0) ilk hissəsində 5 cavabsız qol vuran Portuqaliya millisi 102 illik tarixində fasiləyədək ən böyük hesablı nəticəsini qazanıb. Doğma meydanda Türkiyə yığmasına 0:1 hesabı ilə uduzan Xorvatiya millisi Avropa çempionatının seçmə mərhələlərində ilk məğlubiyyətini alıb. Komanda bunadək keçirdiyi 37 ev matçında 28 qələbə qazanıb, 9 dəfə heç-heçə edib. Norveçlə səfər görüşündə (1:0) İspaniya millisinin heyətində 5-ci qolunu vuran Qavi bu göstəriciyə çatan ən gənc oyunçu (19 yaş 71 gün) olub. O, 1926-cı il dekabrın 19-da (20 yaş 180 gün) yığmanın heyətində 5-ci qolunu vuran Xuan Erraskinin rekordunu yeniləyib. Bununla da Qavi 20 yaşını tamamlamadan İspaniya millisində 5 qol vuran ilk futbolçu kimi tarixə düşüb. Danimarka yığmasında 130-cu matçına çıxan Simon Kyaer Peter Şmeyxeli (129 matç) geridə qoyaraq milli komandanın tarixində ən çox oyun keçirən futbolçu olub.xeber100.com

Oktyabr 18, 2023 1:53