04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində

Bildirilir ki, “Qarabağ” 29 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdı. Xəbərdə Ağdam təmsilçisinin nümayəndələrinin onunla danışıq aparmaq üçün İsrailə yollanmaq niyyətində olduqları da yazılıb. Cari mövsümü yüksək səviyyədə keçirən Nissonun Azərbaycana köçmək ehtimalı yüksək qiymətləndirilir. Belə ki, “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi və hazırda Premyer Liqaya başçılıq etməsi müdafiəçinin qərarına təsir edə bilər.Qeyd edək ki, karyerası ərzində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Akko), “Aşdod”, “Beytar”, “Alki” (Kipr) və “Sent-Qallen” (İsveçrə) klublarında çıxış etmiş Nisso Kapiloto 2016-cı ildən “Hapoel”in formasını geyinir. İsrailin gənclər millisində çıxış etmiş müdafiəçinin Hayfa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.xeber100.com

Mart 31, 2018 8:11

“Skenderbeu”nin çempionluğu ləğv edilib

UEFA “Skenderbeu”ya tarixin ən ağır cəzasını verib.Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumu Albaniya təmsilçisini oyun alqı-satqısı səbəbindən cəzalandırıb.2011-ci ildən bu yana müxtəlif yarışların nəticəsini qanunsuz üsullarla müəyyənləşdirən kluba 10 il Avropa kuboklarından kənarlaşdırılma və 1 milyon avro pul cəriməsi kəsilib.Həmçinin “Skenderbeu”nin 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib.Bu, bir Avropa klubuna verilən ən ağır cəza kimi tarixə düşüb.Qeyd edək ki, klub prezidenti Ardian Takay Avropa Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.xeber100.com

Mart 31, 2018 6:30

Kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib

İsmayıllı Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib.Azərtac xəbər verir ki, 25 komandanı təmsil edən idmançıların qatıldığı yarışda “Neftçi İdman Klubu”nun yeniyetmə kikboksçuları da qüvvələrini sınayıblar. Əzmlə vuruşan klubun idmançıları 5-i qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla, ölkə birinciliyinin 12 medalını əldə ediblər. Onlardan Əli Atayev (45 kq), Emin Əliyev (48 kq), Vüsal Kazımov (54 kq), Elşad Şahbazov (67 kq) və Elcan Alkişiyev (75 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionluğunu bayram ediblər.Qeyd edək ki, klubun yeniyetmə kikboksçuları komanda hesabında birinci yeri tutublar.xeber100.com

Mart 30, 2018 12:41

XVII Beynəlxalq Şahmat Turnirinə start veriləcək

Aprelin 1-də “Landmark Rotunda” binasında Azərbaycanda Frankofoniya bayramına həsr edilmiş XVII Beynəlxalq Uşaq Şahmat Turnirinə start veriləcək.Yarışda 8 ölkəni – Azərbaycan, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Serbiya, Şotlandiya və Qazaxıstanı təmsil edən 50-dən çox şahmatçı iştirak edəcək.“Gənclik” şahmat klubunun direktoru , Azərbaycanın Əməkdar məşqçisi Gennadi Gelmanın Azərtac-a verdiyi məlumata görə, turnir İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaq.Turnirin əsas mükafatı Fransaya səfər vəsiqəsidir. Yarışların sponsorları “BESTCOMP GROUP”, “Bakcell”, “Softline”, “Kfart Heinz” şirkətləri və “Araz” supermarketlər şəbəkəsidir, turnir iştirakçılarının qidalanmasını “МасDonalds” şirkəti təşkil edəcək.Azərbaycan Şahmat Federasiyasının köməyi ilə təşkil edilən bu yarışlar Azərbaycanda Frankofoniya həftəsi bayramı çərçivəsində keçirilir.xeber100.com

Mart 30, 2018 12:36

“Shamkir Chess-2018”in iştirakçıları müəyyənləşib

Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess” super turnirinin iştirakçıları müəyyənləşib.Azərtac xəbər verir ki, turnir aprelin 18-dən 28-dək Şəmkirdə keçiriləcək. Ümumilikdə 10 şahmatçının qatılacağı yarış dairəvi sistem üzrə 9 turdan ibarət olacaq. “Shamkir Chess-2018”də hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, eks-dünya çempionu rusiyalı Vladimir Kramnik, güclü hollandiyalı şahmatçı Aniş Giri, çinli Dinq Liren, bolqarıstanlı Veselin Topalov, daha bir rusiyalı Sergey Karyakin mübarizə aparacaqlar. Yarışda Azərbaycanı hazırda dünya reytinqində ikinci olan Şəhriyar Məmmədyarov, beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcəklər.Xatırladaq ki, sonuncu iki “Shamkir Chess” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.xeber100.com

Mart 29, 2018 2:19

XXVI Azərbaycan çempionatına start veriləcək

Aprelin 7–də Şağan Olimpiya İdman Kompleksində uşu idman növü üzrə XXVI Azərbaycan çempionatına start veriləcək.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda əsas məqsəd idmançıların ustalıq dərəcəsinin artırılması, 2018-ci il Avropa çempionatında iştirak edəcək heyətin müəyyənləşdirilməsidir.Kişi idmançılar sanda və çinda növləri üzrə müxtəlif yaş kateqoriyasında və çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, çempionata aprelin 8-də yekun vurulacaq.xeber100.com

Mart 29, 2018 2:15

“Mançester Siti” klubu yeni müqavilə imzalamağı planlaşdırır

“Mançester Siti” klubu yarımmüdafiəçisi Rahim Sterlinqlə yeni uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.Azərtac xəbər verir ki, klub ilə 23 yaşlı futbolçu arasında danışıqlara apreldə start veriləcək.Sterlinqin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2020-ci ilin yayınadək nəzərdə tutulub. İmzalanacaq yeni müqavilədən sonra xavbekin məvacibi həftəyə 220 min funt təşkil edəcək.Qeyd edək ki, daha əvvəl “Mançester Siti” Kevin de Breyyne, David Silva, Fernandino və Nikolas Otamendi ilə müqaviləni yeniləyib.xeber100.com

Mart 29, 2018 2:11

Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 4-dən 11-dək Çinin Haikou şəhərində təşkil olunacaq “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edəcək.Azərtac xəbər verir ki, millimiz aprelin 6-da, 7-də və 8-də müvafiq olaraq Macarıstan, Çin və Çexiya yığma komandaları ilə qarşılaşacaq.Bu turnirdə iştirak üçün millinin heyətinə Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev və Əbdül Əliyev cəlb edilib.xeber100.com

Mart 29, 2018 2:09

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məlumatı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 2004-2005-ci il təvəllüdlü idmançılar arasında sambo üzrə paytaxt birinciliyi keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, birincilikdə 11 çəki dərəcəsi üzrə 145 idmançı mübarizə aparıb.Yarışda Ziyəddin Zeynallı (32 kq), Nicat İsmayılov (35 kq), Əhməd Ağayev (38 kq), Taryel Şıxəliyev (42 kq), Kənan Həsənov (46 kq), Musaxan Gülməmmədov (50 kq), Sadiq Zeynallı (54 kq), Zahid Səfərzadə (59 kq), Nihad Şeyxov (65 kq), İsmayıl Kamilov (71 kq) və Orxan Məcidli (71 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.xeber100.com

Mart 29, 2018 2:03

“Mançester Yunayted” klubu “Bavariya”ya 48 milyon avro təklif edib

“Mançester Yunayted” klubu “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal ilə maraqlanır.Azərtac xəbər verir ki, “Mançester Yunayted” transfer üçün 48 milyon avro, dördillik müqavilə və illik 14,4 milyon avro təklif edib.Otuz yaşlı çilili futbolçunun “Bavariya” ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. Münxen klubu yarımmüdafiəçini bu yay satmayacağı təqdirdə oyunçunun azad agent kimi transferi reallaşa bilər. Oyunçunun agenti Fernando Feliseviç artıq İngiltərəyə yollanaraq klub rəsmiləri ilə görüş keçirib.Qeyd edək ki, cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 34 oyuna 6 qol vurub və 2 asist verib.xeber100.com

Mart 29, 2018 1:59
    Page 543 of 830« First«...102030...541542543544545...550560570...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az