04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start verilib

Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start verilib.Azərtac xəbər verir ki, mərhələnin ilk oyunda "Keşlə" klubu "Kəpəz"i qəbul edib. Matçın 18-ci dəqiqədə Pərdis Fərcad hesabı açıb. Görüşün 41-ci dəqiqəsində Rəfael Məhərrəmli hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.Günün ikinci oyununda "Neftçi" "Zirə"nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 86-cı dəqiqədə David Manqa vurub.Dörddəbir final mərhələsinin növbəti oyunları dekabrın 11-də "Qəbələ" - "Səbail", "Qarabağ" - "Sumqayıt" klubları arasında keçiriləcək.xeber100.com

Dekabr 11, 2017 1:01

Kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib

Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanın və “Qəbələ” idman klubunun təmsilçisi Alim Nəbiyev də “Glory 49”un iştirakçısı olub.Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız turnirin sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb. Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən A.Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da “Glory” reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahıda 6-cı pillədə qərarlaşıb.Xatırladaq ki, Rotterdamdakı uğur Alimin “Glory” seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.xeber100.com

Dekabr 11, 2017 12:56

“Kütləvi futbolun inkişafı proqramı” çərçivəsində

AFFA-nın təşkilatçılığı ilə “Kütləvi futbolun inkişafı proqramı” çərçivəsində Balakən Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü uşaqlar (oğlanlar və qızlar) arasında futzal turniri keçirilib.Azərtac xəbər verir ki, iki gün davam edən yarışın birinci günündə oğlanlar mübarizəyə qoşulublar. İlkin qeydiyyatdan sonra bütün kollektivlərə oyun qaydaları ilə bağlı geniş məlumat verilib.Dairəvi sistem üzrə keçirilən yarışın ilk günü rayon mərkəzinin müxtəlif məktəblərini təmsil edən 9 komanda birincilik uğrunda yarışıb. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin ən güclüsü Balakən şəhərinin 3 nömrəli tam orta məktəbinin komandası olub. İkinci yeri “Qazma”, üçüncü pilləni “Katex” komandası tutub. Qalib komandaların üzvlərinə kubok, diplom və medallar verilib.Qızlardan ibarət komandaların mübarizəsində “Tülü” bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. İkinci pilləni “Nəsimi” komandası tutub. “Qazma” isə turniri üçüncü sırada bitirib. Mükafatçılar sırasına düşən kollektivlərin üzvlərinə kubok, diplom və medallar verilib.Futzal turnirində müxtəlif nominasiyalar üzrə fərqlənənlərə isə AFFA tərəfindən diplom və hədiyyələr təqdim olunub.xeber100.com

Dekabr 11, 2017 12:54

Cüdo üzrə VI beynəlxalq turnirə yekun vurulub

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən  cüdo üzrə VI beynəlxalq turnirə yekun vurulub.Azərtac xəbər verir ki, yeniyetmələr arasında keçirilən yarışda 39 komandanın tərkibində 563 idmançı qalib adı uğrunda mübarizə aparıb.Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirə Azərbaycan idmançıları ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin, eləcə də Ukraynanın yeniyetmə cüdoçuları qatılıblar.“Neftçi İdman Klubu”nun təmsilçisi, 32 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva qızlar arasında keçirilən yarışda bürünc medala sahib olub.xeber100.com

Dekabr 11, 2017 12:49

İtaliya çempionatında 16-cı tura start verilib

Futbol üzrə İtaliya çempionatında 16-cı tura start verilib.Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Kalyari” “Sampdoriya”nı qəbul edib. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.Bu matçdan sonra isə bütün diqqətlər Turinə yönəlib. Bu şəhərdə İtaliyanın iki nəhəng klubu - son ölkə çempionu “Yuventus”la lider “İnter” münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə ümumiyyətlə nə qol, nə də qalib olub. İtaliya A Seriyası 16-cı tur 9 dekabr Kalyari - Sampdoriya 2:2 Qol: Farias, 56. Pavoletti, 60 - Kvalyarella, 12; 19. Yuventus - İnter 0:0 10 dekabr 15:30 Kyevo - Roma 18:00 SPAL - Verona 18:00 Napoli - Fiorentina 18:00 Udineze - Benevento 21:00 Sassuolo - Krotone 23:45 Milan - Bolonya 11 dekabr 22:00 Cenoa - Atalanta 00:00 Latsio – Torino.xeber100.com

Dekabr 10, 2017 9:46

İspaniya çempionatında 15-ci tur həyəcanı davam edir

Futbol üzrə İspaniya çempionatında 15-ci tur həyəcanı davam edir.Futbolinfo.az xəbər verir ki, çempion “Real” şənbə günü meydana çıxıb. “Kral klubu” doğma meydanda “Sevilya”nı sınağa çəkib və rəqibini 5 cavabsız qolla yenib."Valensiya" isə doğma meydanda "Leqanes"i minimal hesabla üstələyib. İspaniya La Liqası 15-ci tur 8 dekabr Alaves - Las-Palmas 2:0 Qol: Qomes, 23. El Haddadi, 55. 9 dekabr Xetafe - Eybar 0:0 Real - Sevilya 5:0 Qol: Fernandes, 3. Ronaldo, 23; 31-pen. Kroos, 38. Hakimi, 42. Deportivo - Leqanes 1:0 Qol: Lopes, 24. Valensiya - Selta 2:1 Qol: Zaza, 28. Parexo, 81-pen - Aspas, 46. 10 dekabr 15:00 Real Sosyedad - Malaqa 19:15 Betis - Atletiko 21:30 Levante - Atletik 23:45 Vilyarreal – Barselona.xeber100.com

Dekabr 10, 2017 9:37

“Keşlə” ilə “Kəpəz” bir araya gəlib

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk iki oyunu keçirilir.Premyer.az xəbər verir ki, ilk olaraq, "Keşlə" ilə "Kəpəz" bir araya gəlib. Premyer Liqada son iki pillədə qərarlaşan komandalar Kubokda yarımfinala adlamağa çalışacaqlar. Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada, qonaq komanda hesabdakı fərqi nə qədər azaltmağa çalışsa da, bütün cəhdləri boşa çıxıb. Beləliklə də cavab qarşılaşmasından öncə, keşləlilər böyük üstünlük əldə edib.xeber100.com

Dekabr 10, 2017 9:29

Azərbaycan kubokunun 1/4 final mərhələsində

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində, "Keşlə" - "Kəpəz" matçının gedişində maraqlı hadisə yaşanıb.idmanxeber.com-un məlumatına görə, meydan sahiblərinin qapıçısı Orxan Sadıqlı ilə "Kəpəz" azarkeşləri arasında kiçik dialoq diqqətdən qaçmayıb. Belə ki, "sarı göylər"in tərəfdarları qış transfer pəncərəsində Gəncə klubuna keçməsi gözlənilən qolkiperin adını səsləndiriblər. Hörmət əlaməti olaraq azarkeşlərə tərəf dönən Orxan "hər birinizin qarşısında baş əyirəm" ifadələrini işlədib.xeber100.com

Dekabr 10, 2017 9:21

“Qalatasaray”ın baş məşqçisi postuna yeni namizəd…

Fatih Terim Bosniya və Herseqovina millisinin “sükanı arxası”na keçməyəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.Bildirilir ki, türkiyəli mütəxəssis federasiya rəsmilərinin təklifinə mədəni şəkildə “yox” cavabını verib. Buna səbəb kimi isə onun tezliklə “Qalatasaray”ın baş məşqçisi postuna keçəcəyi göstərilib. Belə ki, “cim-bom”un hazırkı çalışdırıcısı İqor Tudorla rəhbərlik dil tapmadığı üçün yaxın günlərdə onu Terimin əvəzləməsi gözlənilir.Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının baş məşqçisi postuna namizədlərdən biri də Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçkidi.xeber100.com

Dekabr 9, 2017 7:01

Avropa Liqasında qrup mərhələsinin ən yaxşı oyunçusu müəyyənləşib

Avropa Liqasında (AL) qrup mərhələsinin son turunun ən yaxşı oyunçusu müəyyənləşib.Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında keçirilən sorğuda "Zenit"in müdafiəçisi Branislav İvanoviç hər kəsi qabaqlayıb.Serbiyalı futbolçu 39 faiz səs toplayaraq, AL-də həftənin ən yaxşı futbolçusu seçilib."Styaua"nın hücumçusu Harlem Noere 21 faiz səslə ikinci olub.Azarkeşlər üçüncü pilləyə isə Moskva "Lokomotiv"inin üzvü Manuel Fernandeşi layiq görüblər. Portuqaliyalı yarımmüdafiəçi 19 faiz səs toplayıb.xeber100.com

Dekabr 9, 2017 6:52
    Page 592 of 830« First«...102030...590591592593594...600610620...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az