2017-2018-ci il mövsümünün beşinci turuna start veriləcək

Noyabrın 23-də futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start veriləcək.Azərtac xəbər verir ki, turun ilk günündə 8 qrupda ümumilikdə 14 matç oynanılacaq.Türkiyə təmsilçilərindən “Konyaspor” komandası doğma meydanda “Olimpik”i qəbul edəcək. Maraqla gözlənilən qarşılaşmalardan biri isə “Köln” və “Arsenal” klubları arasında oynanılacaq.Ümumiyyətlə, gün ərzində aşağıdakı oyunlar keçiriləcək: “A” qrupu “Astana” (Qazaxıstan) - “Vilyarreal” (İspaniya) “F” qrupu “Lokomotiv” (Moskva, Rusiya) - “Kopenhagen” (Danimarka) “G” qrupu “Luqano” (İsveçrə) - “Hapoel” (Beer-Şeva, İsrail) “Viktoriya” (Plzen, Çexiya) - “Styaua” (Rumıniya) “H” qrupu “Köln” (Almaniya) - “Arsenal” (İngiltərə) BATE (Belarus) - “Srvena Zvezda” (Serbiya) “I” qrupu “Konyaspor” (Türkiyə) - “Olimpik” (Ukrayna) “Zalsburq” (Avstriya) - “Gimaraeş” (Portuqaliya) “J” qrupu “Ostersun” (İsveç) - “Zarya” (Ukrayna) “Atletik” (İspaniya) - “Herta” (Almaniya) “Ostersun” (İsveç) “K” qrupu “Latsio” (İtaliya) - “Vitess” (Hollandiya) “Nitsa” (Fransa) “Nitsa” (Fransa) - “Zülte-Varegem” (Belçika) “L” qrupu “Zenit” (Rusiya) - “Vardar” (Makedoniya) “Real Sosyedad” (İspaniya) - “Rusenborq” (Norveç).xeber100.com

Noyabr 23, 2017 11:06

Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib. Azərtac xəbər verir ki, federasiyanın prezidenti Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən tədbirdə gündəlikdə duran əsas məsələ Azərbaycanda qılıncoynatmanın inkişafında gələcək fəaliyyət planının müzakirəsi olub.Bildirilib ki, bu idman növünün inkişafı üçün bir sıra addımlar atılıb. Ötən həftə Azərbaycan Texniki Universitetinin idman sarayında yeni qılıncoynatma zalı idmançıların istifadəsinə verilib.Yığıncaqda idman məktəblərində qılıncoynatma idman növünün yeni bölməsinin açılması, ümumtəhsil məktəblərində dərsdənkənar vaxtlarda qılıncoynatma qruplarının təşkilinə dair şəraitin yaradılması, yığma komandanın və kütləvi idman üçün müvafiq ləvazimatların sifariş olunması və digər məsələlər müzakirə olunub.Daha sonra federasiyanın yeni vitse-prezidentlərinin və baş katibinin seçkisi keçirilib.Fikrət Zeynalov, Fərhad Kasimov vitse-prezident, Vasif Məmmədov baş katib seçiliblər.Eyni zamanda, federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi yığıncaq tərəfindən təsdiqlənib. Mikayıl Cabbarov, Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov, Sadiq Sadiqov, Yusif Hüseynov və Balaş Qasımov komitənin tərkibində yer alıblar.Azərbaycan Qılıncoynatma Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib. Komitənin qərarı ilə Çingiz Mustafayev baş məşqçi təyin edilib.xeber100.com

Noyabr 22, 2017 7:14

Tamblinq üzrə 25-ci dünya yaş qrupu yarışları keçirilib

Bolqarıstanın paytaxtı Sofiyada 43 ölkədən 900-dən çox gimnastın iştirakı ilə batut və tamblinq üzrə 25-ci dünya yaş qrupu yarışları keçirilib.Gənclər və İdman Nazirliyindən Azərtac-a bildiriblər ki, Azərbaycanın gimnastika tarixində ilk dəfə bu qəbildən yarışlarda tamblinq cığırında ölkəmizi təmsil edən Mixail Malkin 31 iştirakçı arasında ən yüksək nəticə göstərərək qızıl medal qazanıb. M.Malkinin təsnifat mərhələsindən birinci sırada finala adlaması qızıl medala olan ümidləri daha da artırıb. Gimnastımız həlledici mərhələdə də bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın dövlət himninin səsləndirilməsinə nail olub.Dünya yaş qrupu yarışlarında ilk dəfə çıxış edən digər tamblinqçilərimiz Adil Hacızadə 11-12 yaşlı gimnastlar arasında 9-cu olub. Eyni yaş qrupunda çıxış edən Zeynəb Qasımlı 12-ci, Tofiq Əliyev isə 13-14 yaş qrupunda 13-cü yeri tutublar.Turnirdə ölkəmiz ilk dəfə olaraq batut və ikili mini batut üzrə yarışlarda da təmsil olunub. Belə ki, bu növlər üzrə yeganə iştirakçımız Selcan Maqsudova batut üzərində çıxışlarda 15-ci yerdə qərarlaşıb. Belə irimiqyaslı yarışda ilk dəfə çıxış etməsinə baxmayaraq, zərif gimnastımız ikili mini batut üzrə öz yaş qrupunda (13-14 yaş) 24 idmançı arasında finala vəsiqə qazanmağı bacarıb və yekun mərhələdə altıncı yerlə kifayətlənib.Qeyd edək ki, dünya yaş qrupu yarışları gimnastikanın üç növü – batut, aerobika və akrobatika gimnastikası üzrə Olimpiya ili istisna olmaqla hər il keçirilir. Bu yarışlar yeniyetmələr arasında dünya miqyasında ən vacib turnir hesab edilir.xeber100.com

Noyabr 21, 2017 12:09