“Qarabağ” klubu futbol üzrə sonuncu oyununu keçirib

Dekabrın 6-da Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümündə sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, Azərbaycan çempionu turnirin qrup mərhələsinin sonuncu - altıncı turunda İtaliya paytaxtında “Roma” klubunun qonağı olub.Yetmiş iki min azarkeş tutumuna malik Romanın “Olimpiko” stadionunda keçirilən qarşılaşmanın birinci hissənin ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Oyunun 14-cü dəqiqəsində "Roma"nın futbolçusu Kostas Manolasın güclü zərbəsini "Qarabağ"ın qapıçısı İbrahim Şehiç dəf etməyi bacarıb. Növbəti təhlükəli vəziyyəti isə görüşün 22-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Dino Ndlovu yaradıb. Hücumçunun güclü zərbəsinə baxmayaraq top qapıdan keçməyib.İlk hissəsinin sonunadək "Roma" futbolçuları Ağdam təmsilçisinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, İbrahim Şehiçin möhtəşəm oyunu görüşdə hesabın açılmasına imkan verməyib.“Roma” futbolçuları ikinci hissəyə daha fəal başlayıblar. Görüşün 53-cü dəqiqəsində İtaliya təmsilçisi istəyinə nail olub. Dieqo Perotti İbrahim Şehiçin səhvindən yararlanaraq oyunda hesabı açıb. Görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Miçelin baş ilə zərbəsində bir az dəqiqlik çatmayıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.Beləliklə, görüş “Roma”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com  

Dekabr 6, 2017 12:21

2017-2018-ci il mövsümünün qrup mərhələsində mübarizə başa çatacaq

Dekabrın 6-da “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar arasında keçiriləcək qarşılaşmalarla UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsində mübarizə başa çatacaq.Azərtac xəbər verir ki, mötəbər turnirin “E” qrupunda “Liverpul” Moskvanın “Spartak” klubunu qəbul edəcək. “Sevilya” isə səfərdə Sloveniyanın “Maribor” komandası ilə üz-üzə gələcək. Bu qrupda “Liverpul”un 9, “Sevilya”nın 8, “Spartak”ın 6, “Maribor”un 2 xalı var.“F” qrupunda keçirdiyi bütün görüşlərdə qələbə qazanan “Mançester Siti” Ukraynada qrupun ikincisi “Şaxtyor” ilə qarşılaşacaq. Digər görüşdə isə bütün oyunlarda məğlubiyyətə uğrayan “Feyenord” qrupda üçüncü olan “Napoli”ni qəbul edəcək.“G” qrupunda birinci yeri əvvəlki turda təmin edən “Beşiktaş” Almaniya səfərində “Leypsiq”in qonağı olacaq. “Portu” komandası doğma divarlar arasında “Monako” ilə üz-üzə gələcək. “Leypsiq” və “Portu” komandalarının 7, “Monako”nun 2 xalı var.“H” qrupunda liderliyi əldən verməmək üçün “Tottenhem” komandasına Londonda Kiprin “APOEL” klubu ilə görüşdə heç-heçə də kifayət edir. Qrupda ikinci sırada yer alan “Real Madrid” isə Madriddə “Borussiya Dortmund” ilə üz-üzə gələcək. “Tottenhem”in aktivində 13, “Real Madrid”in 10 xalı var. “Borussiya Dortmund” və “APOEL” isə 2 xal toplayıblar.Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü dekabrın 11-də atılacaq.xeber100.com

Dekabr 6, 2017 12:17

Beynəlxalq Olimpiya Komitəsinin iclası keçirilib

Çərşənbə axşamı, dekabrın 5-də Lozannada (İsveçrə) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasın gündəliyinə 2018-ci il fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərində start veriləcək qış Olimpiya Oyunlarına rusiyalı idmançıların buraxılması barədə qərar məsələsi daxil edilib.İclasın yekunlarına əsasən Rusiya Olimpiya Komitəsi diskvalifikasiya edilib, RF yığması isə 2018-ci il Olimpiadasında iştirakdan kənarlaşdırılıb. Rusiyalı idmançılara neytral bayraq altında yarışmaq təklif olunub. “Təmiz” atletləri xüsusi komissiya seçəcək.BOK İcraiyyə Şurası qərara alıb ki, rusiyalılar “Rusiyada olan olimpiya idmançısı” statusu ilə fərdi və ya komanda idman növlərində yarışa bilərlər. Onlar Olimpiya bayrağı altında çıxış edəcək, bu idmançıların şərəfinə mərasimlərdə isə Olimpiya himni səslənəcək.Oyunların RF-dən olan iştirakçıları həm seçmə yarışlardan keçməli, həm də məxsusi onlar üçün müəyyən edilmiş “təmiz” atlet meyarlarına uyğun olmalıdırlar.Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun BOK-da üzvlüyü dayandırılıb.Rusiyanın sabiq idman naziri, hazırda Baş nazirin müavini olan Vitali Mutko və onun keçmiş müavini Yuri Naqornıx olimpiadalarda iştirakdan ömürlük kənarlaşdırılıblar.“Soçi-2014” Olimpiadasının Təşkilat Komitəsinin keçmiş rəhbəri Dmitri Çernışenko Pekində keçiriləcək 2022-ci il Olimpiya Oyunlarının Əlaqələndirmə Komissiyasından çıxarılıb.Həmçinin bildirir ki, Rusiya Olimpiya Komitəsi BOK-un təhqiqatlar üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi üçün 15 milyon dollar məbləğində cərimə edilib. Bu vəsait qlobal antidopinq sisteminin inkişafına yönəldiləcək.BOK belə bir halı istisna etmir ki, əgər Rusiya Olimpiya Komitəsi Pxençxanda Oyunların bağlanış mərasiminə qədər bütün tələbləri yerinə yetirərsə, onun kənarlaşdırılması qismən və ya tamamilə ləğv edilə bilər.Bu qərar Samuel Şmidin və Denis Osvaldın rəhbərlik etdiyi iki komissiyanın məruzəsi əsasında qəbul edilib. Həmin komissiyalar Riçard Maklarenin rəhbərliyi ilə Ümumdünya Antidopinq Agentliyinin (WADA) məruzəsində şərh edilən, RF-yə ünvanlanmış ittihamları araşdırıblar.xeber100.com  

Dekabr 6, 2017 11:59