04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dünya çempionatına vəsiqə qazanan ölkələrin adı məlum olub

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan sonuncu - 32-ci ölkənin adı məlum olub.Xarici KİV-lər xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda doğma meydanda Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.Artıq dünya çempionatının iştirakçıları səbətlərə bölünüblər. Belə ki, “A” səbətində Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa, “B” səbətində İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay, “C” səbətində Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran, “D” səbətində Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Koreya Respublikası, Səudiyyə Ərəbistanı və Avstraliya yığmaları yer alıblar.Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də Moskvada keçiriləcək.xeber100.com  

Noyabr 16, 2017 12:35

Amerika Futbol Federasiyası turnir keçirməsini planlaşdırır

Amerika Futbol Federasiyası (USSF) dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyən ölkələr arasında yayda turnirin keçirilməsini planlaşdırır.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, USSF Amerika Futbol Liqasının marketinq şöbəsi ilə birlikdə dünya çempionatından qabaq belə bir yarışın təşkilinin mümkünlüyünü müzakirə edir.İtaliya, Çili, Hollandiya, Qana və digər ölkələrin turnirə dəvət olunacağını açıqlayan təşkilatçılar yarışın reqlamenti barədə heç bir açıqlama verməyiblər.xeber100.com  

Noyabr 16, 2017 12:31

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, Azərbaycan millisi “Dalğa Arena”da Kosovo yığması ilə qarşılaşıb.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.xeber100.com

Noyabr 15, 2017 12:49

Futbol üzrə XII turun oyun cədvəli müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşib.Azərtac xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında – noyabrın 17-də “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edəcək.Turun ikinci günündə “Keşlə” klubu “Zirə” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Səbail” səfərdə “Kəpəz”in qonağı olacaq.Noyabrın 19-da isə “Neftçi” və “Qəbələ” klubları üz-üzə gələcəklər.Qeyd edək ki, turnir cədvəlinə 25 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 24 xalla ikinci pillədədir. İlk üçlükdə isə 22 xalla “Qəbələ” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16), “Neftçi” (13 xal), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.xeber100.com

Noyabr 15, 2017 12:42

WAKO versiyası üzrə keçirilən dünya çempionatında

Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatı yığma komandamız üçün uğurlu olub.Azərtac xəbər verir ki, 64 ölkədən 800-dən çox idmançının qatıldığı yarışda Azərbaycan komandası 15 kikboksçu ilə təmsil olunub. Yığma komandamızın tərkibində “Neftçi İdman Klubu” dörd idmançı ilə iştirak edib.Turnirdə 54 kiloqram çəkidə fu-kontakt və lou-kik versiyasında çıxış edən klubun yetirmələri Camal Məmmədov və Çingiz Əhmədov dünya çempionatının bürünc medalına sahib olublar.Çempionatda klubun məşqçi müəllimi, yarışın ədalət təmsilçisi kimi iştirak edən Elnur Alıyev “Ən yaxşı hakim” seçilərək "A+” kateqoriyasına layiq görülüb.Qarşıda kikboksçularımızı daha bir mühüm sınaq gözləyir. İdmançılarımız dekabrda Kiyevdə qitə çempionatında yenidən güclərini sınayacaqlar.xeber100.com

Noyabr 15, 2017 12:39

Skvoş üzrə paytaxt kuboku yarışları keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən skvoş üzrə paytaxt kuboku yarışları keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, yarışda 25 idmançı birincilik uğrunda mübarizə aparıb.Nəticələrə görə, Elmir Qəhrəmanov yarışın qalibi olub. Tomas Volker yarışı ikinci, Babək Mahmudov isə üçüncü pillədə başa vurub.Mükafatçılara Baş İdarə tərəfindən kubok, diplom və medallar təqdim olunub.xeber100.com

Noyabr 15, 2017 12:34

Avropa üzrə ən yaxşı futbolçu müəyyənləşib

Polşa millisinin hücumçusu Robert Levandovski dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin ən yaxşı məhsuldar futbolçusu seçilib.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, “Bavariya”nın forvardı rekord sayda – 16 qol vurub.Polşalı futbolçu 15 qol vuran Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu, belçikalı Romelu Lukaku və danimarkalı Kristian Erikseni (hər ikisi 11 qol) qabaqlayıb.xeber100.com

Noyabr 15, 2017 12:19

Alpaqut Federasiyasının məlumatı əsasında

Noyabrın 24-26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları keçiriləcək.Azərbaycan Alpaqut Federasiyasından Azərtac-a bildirilib ki, yarış Gənclər və İdman Nazirliyi, Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, Dünya və Azərbaycan Alpaqut federasiyaları tərəfindən təşkil edilir.Dünya kubokunda Azərbaycan, Türkiyə, Almaniya, Qazaxıstan, Türkmənistan, İran, Qırğızıstan, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Banqladeş Pakistan və Ukraynadan, ümumilikdə 300-dən çox idmançı iştirak edəcək.Yarış alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçiriləcək.xeber100.com

Noyabr 15, 2017 12:15

Boldrinq üzrə açıq respublika çempionatı keçirilib

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanma Mərkəzində boldrinq üzrə açıq respublika çempionatı keçirilib.FAIREX-dən Azərtac-a bildiriblər ki, təsnifat, yarımfinal və final mərhələlərindən ibarət yarışda müxtəlif regionları təmsil edən klubların üzvləri mübarizə aparıblar.Yarışın birinci günündə hər iki kateqoriya üzrə təsnifat mərhələləri keçirilib. Bu mərhələləri müvəffəqiyyətlə keçən idmançılar finala vəsiqə qazanıblar. Yarışın ikinci günündə isə idmançılar yarımfinal və final mərhələlərində birincilik uğrunda mübarizəyə qoşulublar.Çempionatda oğlanlar arasında Rinat Rəhimxanov birinci, Çingiz Tağızadə ikinci, Qiqa Canhoteli üçüncü yerə çıxıblar. Qızların mübarizəsində isə Nitsa Tvauri, Leyla Əhmədova və Sima Səfərova fəxri kürsüdə yer alıblar.Komandalar üzrə keçirilən yarışda “Qafqaz”, “Gürcüstan”, “Gömrükçü” Dağçılıq İdman klubları müvafiq olaraq ilk üçlükdə qərarlaşıblar.Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, FAIREX-in medal və sertifikatları ilə təltif olunublar.xeber100.com

Noyabr 15, 2017 12:12

Avropa Millətlər Kuboku beynəlxalq turniri keçirilib

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turniri keçirilib. Yarışda sərbəst və qadın güləşi üzrə yığma komandalarımız mübarizə aparıblar.Azərtac xəbər verir ki, sərbəst güləşçilərimiz turnirdə Rusiya, Gürcüstan və Moldova yığmaları ilə yarışıblar. Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanan güləşçilərimizin sonuncu qarşılaşması Rusiya ilə olub. Bunadək isə Rusiya komandası da hər iki görüşü qələbə ilə başa vurub. Final xarakteri daşıyan Rusiya-Azərbaycan qarşılaşması 5:3 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Azərbaycan yığması isə turniri ikinci sırada tamamlayıb.Yeddi idmançı ilə turnirdə iştirak edən qadın güləşçilərimiz Rusiya, Ukrayna və Rumıniya güləşçiləri ilə yarışıblar. 8 çəki dərəcəsində keçirilən yarışda qadın güləşçilərimiz ilk olaraq Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınan görüş rəqibin üstünlüyü ilə başa çatıb. Ardınca Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub edən güləşçilərimiz son görüşdə Rusiyaya uduzub və turniri üçüncü sırada tamamlayıblar.xeber100.com

Noyabr 14, 2017 12:42
    Page 606 of 830« First«...102030...604605606607608...620630640...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az