06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə dünya çempionatının daha bir cavab görüşü keçirilib

Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinin daha bir cavab görüşü keçirilib.Azərtac xəbər verir ki, İtaliya millisi İsveçi qəbul edib.Milanın "San-Siro" stadionunda təşkil olunan qarşılaşmanı baş hakim ispaniyalı Antonio Matö Lahoz idarə edib. Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk görüşdə İsveç yığması 1:0 hesabı ilə qalib gəlib. Ona görə də İtaliya yığması mundiala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməli idi. Lakin meydan sahiblərinin 90 dəqiqə ərzində etdiyi cəhdlər heç bir fayda verməyib. Nəticədə skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala gedəcək komandaların sırasına yazdırıblar.Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yığması yenidən azarkeşlərini kədərə qərq edib.xeber100.com

Noyabr 14, 2017 12:27

“Play-off” mərhələsinə vəsiqə qazanacaq sonuncu komanda müəyyənləşəcək

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinə vəsiqə qazanacaq sonuncu komanda müəyyənləşəcək.Azərtac xəbər verir ki, Dublinin “Aviva” stadionunda baş tutacaq görüşdə İrlandiya və Danimarka yığmaları qarşılaşacaq. Komandalar arasında Kopenhagendə keçirilən ilk matçda qolsuz bərabərlik qeydə alınıb.Qeyd edək ki, artıq 29 komanda mundiala vəsiqə qazanıb.Dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.xeber100.com

Noyabr 14, 2017 11:49

“Qarabağ” klubu “Sumqayıt” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Qarabağ” klubu “Sumqayıt” ilə qarşılaşacaq.Azərtac “Qarabağ” futbol klubunun saytına istinadən xəbər verir ki, noyabrın 17-də keçiriləcək qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılanacaq və saat 18:30-da start götürəcək.xeber100.com

Noyabr 14, 2017 11:46

“ACB KB-12” turniri çərçivəsində

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.Azərtac xəbər verir ki, idmançımız ABŞ-ın Los-Anceles şəhərində keçirilən “ACB KB-12” turniri çərçivəsində qüvvəsini sınayıb.Turnirdə 77 kiloqram çəki dərəcəsində çıxış edən P.Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib. O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.xeber100.com

Noyabr 13, 2017 12:02

Həndbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçirilib

Noyabrın 12-də həndbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, kişilərin mübarizəsində "Məhsul" kollektivi "Bakı" komandasından 32:27 hesabı ilə üstün olub.Qadınlar arasında yarışlarda isə "Azəryol" həndbolçuları "Nur" kollektivini minimal hesabla məğlub ediblər - 33:32.xeber100.com

Noyabr 13, 2017 11:45

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində noyabrın 14-də Azərbaycan və Kosovo yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, görüşü estoniyalı baş hakim Roomer Tarajev idarə edəcək. Ona həmyerliləri Hannes Reinvald və Neeme Neemlaid kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eiko Saar yerinə yetirəcək.Matç “Dalğa Arena”da saat 18:00-da start götürəcək.xeber100.com

Noyabr 13, 2017 11:37

Şahmat üzrə “Baku Open–2017” turnirinə start verilib

Respublika Şahmat Mərkəzində 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə “Baku Open–2017” uşaq turnirinə start verilib.Azərtac xəbər verir ki, turnirdə paytaxt idmançıları ilə yanaşı Naxçıvan, Sumqayıt, Göyçay, Salyan, o cümlədən Ukraynanı təmsil edən 91 idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak edir.Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək.Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir.Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulayıblar.xeber100.com

Noyabr 13, 2017 11:32

Kyokşin Karate Federasiyasının məlumatı

Polşanın Kielse şəhərində karatenin kyokşin və şinkyokşin növləri üzrə kadetlər, 16 və 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib.Azərbaycan Kyokşin Karate Federasiyasından Azərtac-a bildirilib ki, 33 ölkənin iştirak etdiyi çempionatda milli federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında ölkəmizi qızların yarışında Solmaz Zeynallı (60 kq), oğlanların mübarizəsində isə Niyaməddin Əliyev (65 kq), Eltac Hümbətov, Kərəm Fərhadov (hər ikisi 75 kq), Kərim Eyyubov (80 kq), Rüfət Babayev, Turan Şirinov (hər ikisi 85 kq) təmsil ediblər.Təmsilçimiz Eltac Hümbətov Danimarka, Litva, Gürcüstan, Ukrayna və finalda İsveç idmançısına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turan Şirinov və Solmaz Zeynallı isə Avropa çempionatının bürünc medalını qazanıblar.Qeyd edək ki, turnirə Azərbaycandan olan beynəlxalq dərəcəli hakimlər Mübariz Məlikov, Qabil Sayadov və Mehdi Əhmədov dəvət alıblar.xeber100.com

Noyabr 13, 2017 11:29

Mərakeş millisi dünya çempionatında iştirak edəcək

Futbol üzrə Mərakeş milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin “C” qrupunda sonuncu matçda Kot-d-İvuar komandasını 2:0 hesabı ilə məğlub edərək 20 illik fasilədən sonra mundialda iştirak hüququ qazanıb.Azərtac xəbər verir ki, yığma komandanın bu uğuru ölkədə böyük sevinclə qarşılanıb.Oyundan dərhal sonra Kral VI Məhəmməd milli komandanın baş məşqçisi Herv Renarda telefon açaraq onu və futbolçuları qələbə münasibətilə təbrik edib.Vətənə qayıdan komandanın üzvlərini Rabat hava limanında çoxlu sayda azarkeş qarşılayıb.Xatırladaq ki, Avrika zonası üzrə seçmə mərhələnin “A” qrupunda mübarizə aparan Tunis millisi də sonuncu oyunda Liviya ilə heç-heçə edərək (0:0) dünya çempionatına vəsiqə qazanıb. Qrupda 14 xalla birinci yer tutan Tunis futbolçuları 12 illik fasilədən sonra mundialda çıxış edəcəklər.xeber100.com

Noyabr 13, 2017 11:26

“Qəbələ” növbəti yoxlama oyununu keçirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını Bakıda davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, “Zirə” ilə görüşdən sonra “qırmızı-qaralar” növbəti matçda “Səbail” ilə üz-üzə gəliblər.Qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda iki qol qeydə alınıb. İlk yarını daha fəal keçirən “qırmızı-qaralar” fasilə öncəsi istəklərinə çatıblar. Baxışda olan Kevin Penan hissənin son dəqiqəsində rəqib qapısına yol tapıb – 1:0. İkinci hissədə Kevin yerini “Qəbələ”nin sınadığı digər oyunçu Abdul Karimə verib. Ümumiyyətlə baş məşqçi Roman Qriqorçuk fasilədə və oyunun gedişində dəyişikliklərlə gənc futbolçulara da şans verib.İkinci hissədə qol sevinci yaşayan “Səbail” olub. Matçın 70-ci dəqiqəsində paytaxt təmsilçisi Adrian Popoviçinin qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Bu top görüşdə sonuncu olub və komandalar meydanı qollu bərabərliklə tərk ediblər.xeber100.com

Noyabr 13, 2017 11:11
    Page 607 of 830« First«...102030...605606607608609...620630640...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az