“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) gələn il aprelin 27-29-da keçiriləcək növbəti Azərbaycan Qran-prisi üçün könüllülərin qəbuluna başlayıb.BŞH-dən Azərtac-a bildiriblər ki, bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən namizədlərdən xarici dil bilikləri tələb olunur.Həmçinin builki hazırlıq prosesində daha çox peşəkar inkişafyönümlü təlimlərə yer veriləcək və könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstəriləcək.Gələn mövsüm keçiriləcək Azərbaycan Qran-prisinin təşkilatçılıq işlərinə, ümumilikdə 3 min könüllünün cəlb olunması nəzərdə tutulur.Müsahibə mərhələsini uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.xeber100.com