Avropa komanda çempionatı davam edir

Krit adasında (Yunanıstan) Avropa komanda çempionatı davam edir. Çərşənbə günü beşinci turun oyunları keçirilib. Azərtac xəbər verir ki, beşinci tur Azərbaycan şahmatçıları üçün çox uğurlu olub: ölkəmizin kişilərdən ibarət yığması Çexiya komandasına3:1 hesabı ilə, qadınlardan ibarət yığmamız isə israilli rəqiblərinə 2,5:1,5 hesabı ilə qalib gəlib.Kişilərin turnirində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov qalib gəlib, Teymur Rəcəbov və Arkadi Naydiç isə xalları rəqibləri ilə bölüşüblər.Çempionatın başa çatmasına 4 tur qalmış aktivində 9 xal olan Xorvatiya komandası turnir cədvəlində birinci yeri tutur. Dörd yığmanın hərəsinin aktivində 8 xal var. Azərbaycan komandasının topladığı 7 xal isə onun yeddinci yerdə qərarlaşmasına imkan verib.Beşinci turda Azərbaycanın qadınlardan ibarət komandasında Zeynəb Məmmədyarova rəqibinə qalib gəlib, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Xanım Balacayeva bu turda heç-heçə oynayıblar.Rusiyanın qadınlardan ibarət yığması yüz faiz nəticə göstərib – 10 xal. Növbəti yerləri hərəsi 8 xal toplamış Gürcüstan, Ukrayna, Polşa və Türkiyə komandaları tutur. Aktivində 6 xal olan Azərbaycan yığması 11-ci yerdədir.Bu gün turnirdə istirahət günüdür. Altıncı turun matçları cümə günü, noyabrın 3-də keçiriləcək. Həmin turda liderlər qrupunda kişilərin turnirində Macarıstan-Xorvatiya, Polşa-Rusiya, Ermənistan-Azərbaycan yığmaları, qadınların turnirində isə Polşa-Rusiya, Gürcüstan-Ukrayna, İtaliya-Türkiyə, Azərbaycan-Rumıniya komandaları qarşılaşacaq.Xatırladaq ki, Avropa komanda çempionatında kişilərdən ibarət 40 komanda və qadınlardan ibarət 32 komanda çıxış edir. İsveçrə sistemi üzrə təşkil olunmuş yarışlar doqquz turdan ibarət olacaq.xeber100.com

Noyabr 2, 2017 11:56

2017-2018-ci il mövsümünün IV turunun oyunları keçiriləcək

Noyabrın 2-də futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin IV turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, 12 qrupda ümumilikdə 24 matç oynanılacaq.Türkiyə təmsilçilərindən “Başakşehir” komandası doğma meydanda “Hoffenhaym”ı qəbul edəcək. “Konyaspor” isə səfərdə Avstriyanın “Zalsburq” klubunun qonağı olacaq.Ümumiyyətlə, gün ərzində aşağıdakı oyunlar keçiriləcək: “A” qrupu “Makkabi” (Təl-Əviv, İsrail) - “Astana” (Qazaxıstan) “Slaviya” (Praqa, Çexiya) - “Vilyarreal” (İspaniya) “B” qrupu “Yanq Boyz” (İsveçrə)- “Dinamo” (Kiyev, Ukrayna) “Partizan” (Serbiya) - “Skenderbeu” (Albaniya) “C” qrupu “Başakşehir” (Türkiyə) - “Hoffenhaym” (Almaniya) “Lüdoqorets” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) “D” qrupu AEK (Yunanıstan) - “Milan” (İtaliya) “Riyeka” (Xorvatiya) - “Austriya” (Avstriya) “E” qrupu “Lion” (Fransa) - “Everton” (İngiltərə) “Apollon” (Kipr) - “Atalanta” (İtaliya) “F” qrupu “Lokomotiv” (Moskva, Rusiya) - “Şerif” (Moldova) “Kopenhagen” (Danimarka) - “Zlin” (Çexiya) “G” qrupu “Styaua” (Rumıniya) - “Hapoel” (Beer-Şeva, İsrail) “Viktoriya” (Plzen, Çexiya) - “Luqano” (İsveçrə) “H” qrupu “Arsenal” (İngiltərə) - “Srvena Zvezda” (Serbiya) “Köln” (Almaniya) - BATE (Belarus) “I” qrupu “Gimaraeş” (Portuqaliya) - “Marsel” (Fransa) “Zalsburq” (Avstriya) - “Konyaspor” (Türkiyə) “J” qrupu “Herta” (Almaniya) - “Zarya” (Ukrayna) “Atletik” (İspaniya) - “Ostersun” (İsveç) “K” qrupu “Latsio” (İtaliya) - “Nitsa” (Fransa) “Vitess” (Hollandiya) - “Zülte-Varegem” (Belçika) “L” qrupu “Rusenborq” (Norveç) - “Zenit” (Rusiya) “Real Sosyedad” (İspaniya) - “Vardar” (Makedoniya).xeber100.com

Noyabr 2, 2017 11:38