04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kremen” klubu “Çerkaski Mavpi-2” komandası ilə qarşılaşma keçirib

Basketbol üzrə Azərbaycan milli komandasının üzvü Amil Həmzəyev çıxış etdiyi Ukraynanın Yüksək Liqasında inamlı oyunu ilə seçilib.Azərtac xəbər verir ki, millimizin üzvünün formasını geydiyi “Kremen” klubu rəqib meydanında "Çerkaski Mavpi-2" komandası ilə iki qarşılaşma keçirib. “Kremen” komandası görüşlərin hər ikisində qalib gəlib - 80:54, 87:63.Amil Həmzəyev ikinci oyunda 27 xal, 8 ribaundluq nəticə ilə oyunun ən yaxşılarından biri olub.xeber100.com

Oktyabr 12, 2017 11:47

Çimərlik voleybolu üzrə beynəlxalq turnir başlayıb

Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir başlayıb.Azərtac xəbər verir ki, yarışda kişilər arasında Azərbaycan, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Latviya, Hollandiya, Rusiya, Sloveniya, İsveç, Türkiyə və Ukrayna voleybolçuları mübarizə aparırlar.Qadınların mübarizəsində isə Azərbaycan, Avstriya, Belçika, Belarus, Cənubi Kipr, Çexiya, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Hollandiya, Rusiya, Şotlandiya, Sloveniya və İsveç təmsilçiləri yarışır.Turnirə oktyabrın 14-də yekun vurulacaq.xeber100.com

Oktyabr 11, 2017 1:15

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək.AFFA-dan Azərtac-a bildirilib ki, təmsilçimiz Rumıniyanın Deva şəhərindəki idman kompleksində Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşacaq.Oyunu Tomasz Frak (Polşa), Kiril Naişouler (Finlandiya) və Şota Kuxilavadan (Gürcüstan) ibarət hakimlər idarə edəcəklər.“Araz”ın heyətində Rövşən Hüseynli, Emin Kürdov, Qabriel Bastos, Eduardo Borges, Karvalho dos Santos, Maykon da Silva, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Teles Thaqo, Xətai Bağırov, İsa Atayev, Ramil Quliyev və Oktay Rüstəmli yer alıblar.xeber100.com

Oktyabr 11, 2017 1:10

U-19 komandası Kipr millisi ilə qarşılaşıb

Azərbaycan millisi 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununa çıxıb.Azərtac xəbər verir ki, futbolçularımız İrlandiyanın Ueksford şəhərindəki “Ferrycarrig Park” stadionunda Kipr yığması ilə qarşılaşıblar.Matç 2:1 hesabı ilə Kipr yığmasının xeyrinə başa çatıb.Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya komandası ilə 0:0 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Serbiya yığmasına 1:4 hesabı ilə məğlub olub.xeber100.com

Oktyabr 11, 2017 1:06

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məlumatı

Stend Atıcılığı İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən kişilər arasında stend atıcılığı üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.Baş İdarədən Azərtac-a bildiriblər ki, yarış dairəvi və səngər stendi sistemi üzrə keçirilib. Səngər sistemi üzrə yarışda Mirmömin Ağazadə, Cabir Mehdizadə və Vaqif Məmmədov birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Dairəvi sistem üzrə yarışda isə Niyaz Ağazadə, Cavid Həsənov, Əli Səfərli ilk üç pillədə yer alıblar.Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.xeber100.com

Oktyabr 11, 2017 1:03

Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub

İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.Azərtac xəbər verir ki, 2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində ismayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında birinci yeri tutublar.Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar.Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.xeber100.com

Oktyabr 11, 2017 12:55

Avropa zonası üzrə pley-off mərhələsində iştirak edəcək komandalar müəyyənləşib

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində iştirak edəcək milli komandalar müəyyənləşib.Azərtac xəbər verir ki, Avropa zonası üzrə seçmə mərhələnin sonuncu turundan sonra İsveç, İsveçrə və Yunanıstan pley-off mərhələsində iştirak hüququ qazanıblar.Öz qrupunda ikinci olan 9 yığma komanda arasında ən zəif nəticə göstərən Slovakiya millisi isə növbəti mərhələyə yüksələ bilməyib.Beləliklə, noyabrda keçiriləcək pley-off mərhələsində İtaliya, Danimarka, Şimali İrlandiya, İsveçrə, İsveç, İrlandiya, Xorvatiya və Yunanıstan yığmaları dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaqlar.Oktyabrın 17-də FIFA-nın açıqlayacağı yeni reytinq cədvəlinə əsasən komandalar əmsallarına görə, iki səbətə bölünəcəklər. Həmin gün isə pley-off mərhələsinin püşkü atılacaq.Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab görüşləri isə 12-14-də keçiriləcək.xeber100.com

Oktyabr 11, 2017 12:50

Dünya çempionatı üçün seçmə mərhələ yekunlaşıb

Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasının dünya çempionatı üçün seçmə mərhələsi yekunlaşıb.Azərtac xəbər verir ki, turnir cədvəlində üçüncü olan Panama millisi dünya çempionatına vəsiqə qazanıb. Panama yığması tarixində ilk dəfə mundialda mübarizə aparacaq.Dördüncü olan Honduras millisi isə pley-off mərhələsində Avstraliya ilə qarşılaşacaq.Qeyd edək ki, turnir cədvəlində ilk iki pillədə qərarlaşan Meksika və Kosta-Rika yığmaları daha əvvəldən dünya çempionatına vəsiqəni təmin ediblər.xeber100.com

Oktyabr 11, 2017 12:47

Ralli üzrə dünya çempionatının 11-ci mərhələsi keçirilib

İspaniyada klassik ralli üzrə dünya çempionatının 11-ci mərhələsi keçirilib.Azərbaycan Avtomobil Federasiyasından Azərtac-a bildirilib ki, Kataloniya dövrələrində təşkil olunan yarışda əsas mübarizə “Citroen” və “M-Sport” komandalarının nümayəndələri arasında gedib. Birinciliyi britaniyalı pilot Kris Mik bayram edib. Marşrutu 3 saat 1 dəqiqə 21,1 saniyəyə qət edən “Citroen” təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.“M-Sport” kollektivindən Sebastyen Ojye (+28 saniyə) və Ott Tyanak (+33 saniyə) müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.Bu mərhələdən sonra şəxsi hesabda liderlik 198 xalla S.Ojyeyə məxsusdur. O.Tyanak 161 xalla ikinci, “Hyundai Motorsport”un belçikalı üzvü T.Nevil 160 xalla üçüncü yerdədir.Növbəti mərhələ oktyabrın 26-29-da Böyük Britaniyada keçiriləcək.xeber100.com

Oktyabr 11, 2017 12:43

Gimnastika Federasiyasının məlumatı

Batut gimnastikası üzrə yığma komandamızın üzvləri İspaniyanın Valladolid şəhərində keçirilən Dünya Kubokunda iştirak ediblər.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə ölkəmizi Svetlana Makştaryova, Veronika Zemlyanaya, İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil ediblər.Bir neçə gün əvvəl Portuqaliyada keçirilən Dünya Kubokunun qızıl medalına sahib olan Mixail bu turnirdə də uğurlu çıxışı ilə yadda qalıb. Gimnastımızın tamblinq cığırındakı hərəkətlərinin icrası hakimlər tərəfindən 70,900 xalla dəyərləndirilib. Bu isə ona yarışların bürünc medalını qazandırıb.xeber100.com

Oktyabr 10, 2017 12:22
    Page 626 of 830« First«...102030...624625626627628...640650660...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az