Ağır Atletika Federasiyasının məlumatına görə…

Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatıb.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, yarışda 40-a yaxın ölkədən 264 atlet medallar uğrunda mübarizə aparıb.Azərbaycan ağır atletika yığmasının yeddi üzvü yaşı 15-ə qədər olan atletlərin mübarizəsinə qoşulub. Onların birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamda qazandıqları medal sayı 11-ə bərabər olub. Bunlardan altısı qızıl, ikisi gümüş, üçü bürünc medaldır. Elşən Məmmədov (50kq) birdən qaldırma və toplamda bürünc, Rüstəm Qasımov (56 kq) birdən, təkanla qaldırma və toplamda qızıl, Tarmenxan Babayev (85 kq) birdən, təkanla qaldırma və toplamda qızıl, Rəhman Kazımov (94 kq) birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada isə bürünc medalla fərqləniblər.Azərbaycanın yeniyetmə oğlan ağır atletlərdən ibarət yığma komandası medal sayında Avropa birinciliyinin ən yaxşı komandası seçilib.Həmçinin yığma komandamızın üzvləri yeddi Avropa rekordunu yeniləməklə də yadda qalıblar. Rüstəm Qasımov birdən qaldırma hərəkətində, Tarmenxan Babayev isə üç dəfə təkanla qaldırma, 3 dəfə də toplamda Avropa rekordlarını yeniləyiblər.Yaşı 17-yə qədər olan atletlərin mübarizəsində isə qızlar arasında Səbinə Əzimova (53 kq) qızıl medala sahib çıxaraq, üçqat Avropa çempionu tituluna yiyələnib.Bununla yanaşı, gözəl çıxışla yadda qalan Səbinə Əzimova Sinkleyr cədvəli üzrə hesablanan reytinqdə yeniyetmələr arasında Avropa birinciliyinin ən güclü qadın atletləri arasında ikinci yeri tutub.Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kosovoda tarixi nailiyyətə imza atıb. İndiyə qədər heç bir yarışda milli komandamız Avropanın ən yaxşısı adını qazanmamışdı.xeber100.com

Oktyabr 1, 2017 11:32

Voleybol üzrə Avropa çempionatına yekun vurulacaq

Oktyabrın 1-də qadınlar arasında voleybol üzrə Avropa çempionatına yekun vurulacaq.Azərtac xəbər verir ki, çempionatın sonuncu günündə bürünc və qızıl medallar uğrunda görüşlər keçiriləcək. Finalda Serbiya və Niderland milliləri çempion adı uğrunda mübarizə aparacaqlar. Azərbaycan millisi isə Türkiyə yığması ilə üçüncü yer uğrunda yarışacaq. Milli komandamız bu oyunda qalib gəlsə, bu, Azərbaycan voleybolçularının Avropa çempionatları tarixində ən yaxşı nəticəsi olacaq.Ötən gün keçirilən yarımfinal görüşündə Azərbaycan millisi güclü Niderland səddini keçə bilməyib – 2:3. Serbiya yığması isə yarımfinalda Türkiyə millisinə 3:0 hesabı ilə qalib gəlib.Sentyabrın 22-də start götürən çempionatın final mərhələsi Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə təşkil olunub. Çempionatda 16 komanda dörd qrupda mübarizə aparıb. Azərbaycan millisi Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə yer aldığı “A” qrupunu ilk sırada başa vuraraq dörddəbir finala birbaşa vəsiqəni təmin edib. Dörddəbir finalda Almaniya yığmasını 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn milli komandamız yarımfinalda Niderland kollektivi ilə görüşdən sonra üçüncü yer uğrunda mübarizə aparmalı olub.Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.xeber100.com

Oktyabr 1, 2017 11:27

Futbol üzrə Azərbaycan çempionatında altıncı tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan çempionatında altıncı tura start veriləcək.Azərtac xəbər verir ki, turun görüşləri üç gün ərzində keçiriləcək. İlk oyun günündə əvvəlcə turnir cədvəlində dördüncü pillədəki “İnter” klubu “İnter Arena”da yeddinci sırada qərarlaşan paytaxtın “Neftçi” komandası ilə qarşılaşacaq. “Neftçi” indiyədək “İnter”lə 51 Premyer Liqa matçından 24-də uduzub, 13 dəfə qalib gəlib, 14 dəfə heç-heçə edib. Son beş oyunda hər iki komanda qol vurub. “Neftçi” ardıcıl üç qələbə qazanıb.Günün digər görüşündə Gəncənin “Kəpəz” komandası səfərdə “Qəbələ”nin qonağı olacaq. Turnir cədvəlində “Qəbələ” üçüncü sırada, “Kəpəz” sonuncu yerdədir. “Kəpəz” son üç oyunda meydanı qolsuz tərk etməyib. Son dörd matçda meydan sahibi olan komanda uduzmayıb. Əvvəlki 16 qarşılaşmada “Qəbələ” klubunun altı qələbəsi, beş heç-heçəsi və beş məğlubiyyəti var.Sentyabrın 30-da “Dalğa Arena”da paytaxtın “Səbail” klubu “Sumqayıt” ilə üz-üzə gələcək. Hazırda altıncı olan Bakı təmsilçisi rəqibindən bir pillə geri qalır. Bu kollektivlər indiyədək çempionat oyunlarında qarşılaşmayıblar.Turun son oyunu 15 xalla Premyer Liqanın lideri olan Ağdamın “Qarabağ” komandası ilə ikinci sıradakı “Zirə” arasında olacaq. Rəqibindən bir oyun çox keçirən paytaxt komandasının aktivində 14 xal var. Əvvəlki səkkiz qarşılaşmadan altısı “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. “Qarabağ” heç vaxt “Zirə”yə uduzmayıb. Paytaxt klubu səfərdə xal ala bilməyib. Ağdam klubu ardıcıl yeddi oyunda qapısında qol buraxmayıb. Bu matç oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.xeber100.com

Sentyabr 29, 2017 2:34