Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.Azərtac-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların səkkizinci günündə - sentyabrın 24-də idmançılar basketbol 3x3, bilyard, boulinq, şahmat, futzal, tennis, sambo, üzgüçülük, kikboksinq, ağırlıqqaldırma və güləş yarışlarında mübarizə aparırlar.“Aşqabad-2017”nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.Hesabında 77 qızıl, 54 gümüş və 62 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü İran (19-15-43) və Özbəkistan (16-26-47) yığmaları tamamlayır. Tailand (16-17-21) dördüncü, Çin (16-16-15) beşinci, Qazaxıstan (15-13-21) altıncı, Koreya Respublikası (9-5-8) yeddinci, Honkonq (8-4-9) səkkizinci, Vyetnam (7-6-15) doqquzuncu və Qırğızıstan (6-13-21) isə onuncu pillədə yer alıb.İndiyədək 34 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.xeber100.com