Ağır Atletika Federasiyasının məlumatı

Kosovonun paytaxtı Priştinada keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, 85 kiloqram çəki dərəcəsində 15 yaşadək atletlərin mübarizəsində Tarmenxan Babayev birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib. Toplam 130 kiloqramı ram edən atletimiz ən yaxın izləyicisi bolqar Stefço Xristovu 15 kiloqram qabaqlayaraq bu hərəkətdə birinci olub.T.Babayev təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, ilk yanaşmada 150 kiloqramı ram edib. Bununla da idmançımız macarıstanlı atlet Adrian Terebesinin bu ilin aprelində Tailandda keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyənləşdirdiyi Avropa rekordunu (146 kq) yeniləyib. T.Babayev, eyni zamanda, yunanıstanlı Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçdə keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəki dərəcəsi üzrə yarışın yekununda müəyyənləşdirdiyi Avropa rekordunu (276 kq) da təzələyib.Atletimiz ikinci yanaşmasında 155 kiloqramı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha iki rekordu yeniləyib. Sonuncu yanaşmasında 161 kiloqramın da öhdəsindən gələn idmançımız rekordlarına ikisini də əlavə edib.Atletimiz toplam 291 kiloqram (130+161) nəticə ilə Avropa birinciliyində birinci yeri tutub. T.Babayev 15 yaşadək atletlər arasında altı Avropa rekordunu yeniləyərək böyük uğura imza atıb.Kosovodakı yarışda Rüstəm Qasımov və Səbinə Əzimovadan sonra Tarmenxan Babayev də qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com

Sentyabr 28, 2017 12:15

2017-2018-ci il mövsümünün ikinci turuna start verilib

Sentyabrın 27-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin ikinci turuna start verilib.Azərtac xəbər verir ki, ikinci turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşıblar.“E” qrupunda İspaniya təmsilçisi "Sevilya" doğma meydanda Sloveniyanın "Maribor" klubuna 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu Moskvada İngiltərənin “Liverpul” kollektivi ilə heç-heçə oynayıb-1:1.“F” qrupunda “Mançester Siti” (İngiltərə) öz meydanında “Şaxtyor”u (Ukrayna) (2:0), "Napoli" (İtaliya) isə "Feyenoord"u (Hollandiya) məğlub edib - 3:1.İstanbulun "Beşiktaş" klubunun yer aldığı “G” qrupunda isə Türkiyə təmsilçisi doğma meydanda "Leyptsiq"dən (Almaniya) üstün olub - 2:0. "Monako" (Fransa) isə öz meydanında Portuqaliyanın "Portu" klubuna uduzub - 0:3.“H” qrupunda isə İngiltərənin "Tottenhem" klubu səfərdə APOEL-ə (Kipr) 0:3 hesabı ilə qalib gəlib. Günün ən maraqlı qarşılaşması Dortmund şəhərində baş tutub. “Borussiya” komandası Madridin “Real” klubunu qəbul edib. Qarşılaşma qonaqların 1:3 hesablı üstünlüyü ilə başa çatıb.Xatırladaq ki, turun ikinci günündə ölkəmizi bu nüfuzlu klub turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu İtaliyanın “Roma” kollektivini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.xeber100.com

Sentyabr 27, 2017 11:21