Basketbol üzrə 40-cı Avropa çempionatı başa çatıb

Basketbol üzrə 40-cı Avropa çempionatı Sloveniya yığma komandasının qələbəsi ilə başa çatıb.Azərtac xəbər verir ki, İstanbuldakı Sinan Erdem arenasında keçirilən final qarşılaşmasında Serbiya yığma komandasını 93:85 hesabı ilə məğlub edən Sloveniya basketbolçuları qızıl medallara sahib olublar.Oyunun ilk periodunda 20:22 hesabı ilə məğlub olan Sloveniya millisi ikinci periodda qələbə qazanıb - 36:25. Ümumi hesabda tarazlığı bərpa etmək istəyən serbiyalılar üçüncü periodda 20:15 hesabı ilə qalib gəliblər. Lakin Sloveniya yığması dördüncü periodu də qələbə ilə başa vuraraq (22:18) rəqibinə heç bir şans verməyib. Beləliklə, ümumi hesabda 93:85 hesabı ilə üstün olan Sloveniya basketbolçuları Avropa çempionu adını qazanıblar.Çempionların heyətinə Qoran Draqiç 35 xal və 7 ribaund ilə final matçının ən məhsuldar basketbolçusu olub.Üçüncü yer uğrunda görüşdə - İspaniya-Rusiya qarşılaşmasında da 93:85 hesablı nəticə qeydə alınıb. İspaniyalılar gərgin idman mübarizəsi şəraitində keçən oyunda qalib gələrək ““Eurobasket 2017”nin bürünc medallarına layiq görülüblər.Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.xeber100.com

Sentyabr 18, 2017 12:07

Topaz Premyer Liqasının V turu çərçivəsində

Sentyabrın 16-da Topaz Premyer Liqasının V turu çərçivəsində paytaxtın “Neftçi” və “Zirə” komandaları qarşılaşıblar.Azərtac xəbər verir ki, “Bakcell Arena”da oynanılan görüşdə “Zirə” komandası 2:1 hesabı ilə qalib gəlib. Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı matçın 17-ci dəqiqəsində qonaqlar açıblar. “Zirə”nin heyətində Vüsal İsgəndərli adını tabloya yazdırıb. İlk hissə bu hesabla başa çatıb.İkinci hissənin əvvəlində - qarşılaşmanın 52-ci dəqiqəsində Riçard Qadze hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin qonaqların sevinci cəmi bir dəqiqə davam edib. “Neftçi”nin legioneri Uqo Barqas 53-cü dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb – 1:2.Matçın 86-cı dəqiqəsində ev sahiblərinin heyətində Mirabdulla Abbasov qırmızı vərəqə alaraq komandasını sayca azlıqda qoyub. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbədən sonra “Zirə” komandası xallarının sayını 13-ə çatdıraraq liderliyini davam etdirir. “Neftçi” isə 1 xalla sonuncu sırada qərarlaşıb.“İnter”-“Sumqayıt” (1:1) oyunu ilə start verilən beşinci tura sentyabrın 17-də “Səbail”-“Qəbələ” və “Qarabağ”-“Kəpəz” görüşləri ilə yekun vurulacaq.xeber100.com

Sentyabr 17, 2017 10:59