08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Real Madrid” klubu müqavilənin müddətini uzadıb

“Real Madrid” klubu ispaniyalı müdafiəçi Daniel Karvaxal ilə müqavilənin müddətinin 2022-ci il iyunun 30-dək uzadıb.Azərtac xəbər verir ki, klubun açıqlamasında müqavilənin müddətinin uzadılması ilə əlaqədar Karvaxalın “Santyaqo Bernabeu” stadionunda mətbuat konfransının təşkil olunacağı bildirilib.İspaniya mətbuatı müqaviləyə əsasən, 25 yaşlı müdafiəçinin sərbəst qalması üçün ödəniləcək məbləğin 350 milyon avro olaraq müəyyən edildiyini yazıb.Xatırladaq ki, kral klubu bir müddət əvvəl Marselo və İsko ilə də müqavilənin müddətini 2022-ci ilə qədər uzadıb.xeber100.com

Sentyabr 19, 2017 10:47

Şahmat üzrə 24-cü Mixail Çiqorin Memorialı başlanacaq

Oktyabrın 20-dən Sankt-Peterburqda şahmat üzrə 24-cü Mixail Çiqorin Memorialı başlanacaq.Azərtac xəbər verir ki, ənənəvi beynəlxalq turnirin ilk günü blits-turnirlə açılacaq. Oktyabrın 21-dən 29-dək Rusiya Kubokunun mərhələsi olan klassik şahmat turniri keçiriləcək. Turnirdə hələ ki, 150 şahmatçının, o cümlədən 22 qrossmeysterin iştirakı gözlənilir. Azərbaycanı beynəlxalq turnirdə qrossmeyster Azər Mirzəyev və beynəlxalq dərəcəli usta Ülvi Sadıxov təmsil edəcəklər.Oktyabrın 29-da turnirin qalibləri elan olunacaq.“Mixail Çiqorin Memorialı” beynəlxalq festivalı hər il “Open” kateqoriyasında keçirilən ən kütləvi şahmat turniridir.xeber100.com

Sentyabr 19, 2017 10:42

Boks üzrə yoldaşlıq görüşləri keçiriləcək

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi sentyabrın 18-də Rusiyanın Nalçik şəhərinə yola düşüb. Baş məşqçi Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində yoldaşlıq görüşləri keçirəcək.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildiriblər ki, millimiz sentyabrın 24-dək davam edəcək səfərdə üç qarşılaşma keçirəcək. Rəqiblər Qazaxıstan, həmçinin Rusiyanın Dağıstan və Çeçenistan respublikalarının yığmaları olacaq.Vaqif Şirinov, Əli İsmayılov və Etibar Abdullayevdən ibarət məşqçilər korpusu yoxlama görüşlərində Həsən İbrahimov (49 kq), Əflatun Babayev, Amil Əlizadə (hər ikisi - 52 kq), Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq), Məhəmmədəli İsmayılov, Bəxtiyar Qazıbəyov (hər ikisi - 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (91 kq-dan yuxarı) şans verəcək.Boksçularımızın Avropa birinciliyinə hazırlığının sonuncu mərhələsi isə oktyabrın 1-dən 18-dək Bakıda olacaq.Qeyd edək ki, qitə çempionatı Türkiyənin Antalya şəhərində baş tutacaq. Yarış oktyabrın 20-dən 29-dək davam edəcək.xeber100.com

Sentyabr 19, 2017 10:39

Güləş üzrə 32-ci dünya çempionatının Yunan-Roma yarışında

Dünya çempionatına hazırlıq prosesini yüksək səviyyədə keçmişik. İnanıram ki, komanda yoldaşlarım və mən bizə bəslənən ümidləri doğruldacağıq.Bunu Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvü, hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının Yunan-Roma yarışında ölkəmizi 85 kiloqramda təmsil edəcək İslam Abbasov Azərtac-a müsahibəsində deyib.Yarışa ciddi hazırlaşdıqlarını vurğulayan İ.Abbasov bildirib: “Komandamız çox güclüdür. Bu dünya çempionatı əvvəlkilərdən daha gərgin idman mübarizəsi şəraitində keçəcək. Çünki bu il bu yarışın 100 illiyi tamam olur. Ona görə də çalışacağıq ki, yubiley çempionatında komanda hesabında da qalib gələk. Gənclər arasında dünya və Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının, böyüklər arasında Dünya Kubokunun qalibi olmuşam. Hədəfim bu yarışda da çempion olmaqdır”.xeber100.com

Sentyabr 19, 2017 10:34

Voleybolçuları arasında yoldaşlıq oyunu keçirilib

Milli Gimnastika Arenasında Azərbaycanın və İtaliyanın qadın voleybolçuları arasında yoldaşlıq oyunu keçirilib.Azərtac xəbər verir ki, oyun 3:1 hesabı ilə İtaliya komandasının qələbəsi ilə başa çatıb.Qeyd edək ki, Azərbaycanın Gürcüstanla birgə təşkil etdiyi voleybol üzrə Avropa Çempionatı sentyabrın 22-də start götürəcək. Turnir 10 gün davam edəcək. Turnirin qalibi oktyabrın 1-i məlum olacaq.xeber100.com

Sentyabr 19, 2017 10:31

“Aşqabad-2017”nin üçüncü günündə…

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.Azərtac xəbər verir ki, Oyunların üçüncü günündə - sentyabrın 19-da idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, atçılıq, futzal, tennis, atletika, ciu-citsu, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.Bu gün 30 dəst medal sahibini tapacaq.Qeyd edək ki, “Aşqabad-2017”də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır.xeber100.com

Sentyabr 19, 2017 10:29

Milli Paralimpiya Komitəsinin məlumatı

Azərbaycan paralimpiyaçıları Belarusun paytaxtı Minskdə paraşütlə tullanma idman növü üzrə beynəlxalq turnirdə iştirak ediblər.Azərbaycan Milli Paralimpiya Komitəsindən Azərtac-a bildirilib ki, yarışa 8 ölkədən 24 idmançı qatılıb. Turnirin nəticəsinə görə, idmançılarımızdan Vüsalə Kərimova 14-cü, Babayeva Kəmalə isə 19-cu yerə layiq görülüblər.İdmançılarımız sentyabrın 19-da vətənə dönəcəklər.Qeyd edək ki, sentyabrın 14-də Minskdə əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatında Vüsalə Kərimova və Fərid Mehdiyev Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempionatın qızıl medallarını qazanıblar.Məlumat üçün bildirək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşütlə tullanma idman növünün dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşıb. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşütlə tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.xeber100.com

Sentyabr 18, 2017 12:31

Həndbolçular arasında növbəti oyun keçirilib

Sentyabrın 17-də qadın həndbolçular arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda Azərbaycan təmsilçisi “Nur” İsveçin “Luqi HK” komandası ilə növbəti oyununu keçirib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, Mingəçevirdə “Kür Olimpiya Tədris-İdman Mərkəzi”ndə baş tutan oyun komandamızın üstünlüyü ilə yekunlaşıb. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan komandamız birinci hissəni beş xal fərqlə öndə bitirib: 15:10. İkinci hissə daha gərgin mübarizə ilə yadda qalıb. Hər iki komandanın maraqlı və qarşılıqlı hücumları şəaitində keçən oyunda daha dəqiq oynayan skandinaviyalılar seti 17:14 hesabı ilə öz xeyirlərinə başa vurublar. Lakin iki hissənin nəticəsinə görə 29:27 hesabı ilə Azərbaycan həndbolçuları qalib gəliblər.Xatırladaq ki, sentyabrın 16-da keçirilən ilk oyunda komandalar 24:24 hesablı bərabərliklə kifayətlənməli olmuşdular. İki oyunun ümumi nəticəsinə görə isə Mingəçevir təmsilçiləri 53:51 hesabı ilə güclü rəqiblərini məğlub ediblər.xeber100.com  

Sentyabr 18, 2017 12:28

“Qarabağ” komandası “Kəpəz”i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" komandası "Kəpəz"i məğlub edib.Azərtac xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Topları 34-cü dəqiqədə Coşqun Diniyev, 80-ci dəqiqədə isə Dani Kintana qapıdan keçirib.Matçda Türkiyənin "Trabzonspor" komandasından icarəyə götürülmüş Ramil Şeydayev Azərbaycan Premyer Liqasında debüt edib.Qeyd edək ki, bu qələbə sayəsində "Qarabağ" xallarını 12-yə çatdırsa da, turnir cədvəlində ikinci pillədə möhkəmlənib. Lakin Ağdam komandasının ehtiyatda bir oyunu var. Bir xalı olan "Kəpəz" isə "Neftçi" ilə 7-8-ci yerləri bölüşür.xeber100.com

Sentyabr 18, 2017 12:25

Cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib

Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.Azərtac Azərbaycan Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, milli komandamız mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər. Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub. Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.xeber100.com

Sentyabr 18, 2017 12:22
    Page 637 of 831« First«...102030...635636637638639...650660670...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az