Basketbol üzrə 40-cı Avropa çempionatında

Sentyabrın 13-də basketbol üzrə 40-cı Avropa çempionatının sonuncu iki yarımfinalçısının adları məlum olub.Azərtac xəbər verir ki, İstanbuldakı Sinan Erdem arenasında keçirilən dörddəbir final mərhələsinin sonuncu iki görüşündə Yunanıstan və Rusiya, İtaliya və Serbiya milli komandaları üz-üzə gəliblər.Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Rusiya millisi birinci periodda hesabda geri düşsə də, əzmkar oyun nümayiş etdirərək matçı qələbə ilə başa vura bilib - 74:69. Rusiya millisinin heyətində Aleksey Şved 26 xalla gecənin ən məhsuldar oyunçusu olub. Yunanıstan yığmasının heyətində isə Nik Kalates 25 xal və 5 ribaundla yadda qalıb.Çempionatın yarımfinal mərhələsinə sonuncu vəsiqənin sahibi İtaliya yığmasını 83:67 hesabı ilə məğlub edən Serbiya millisi olub. Serbiya yığmasının heyətində Boqdanoviç 22 xal, İtaliya millisində isə Belinelli 18 xalla ən məhsuldar oyunçu kimi yadda qalıblar.Beləliklə, İspaniya və Sloveniyadan sonra, Rusiya və Serbiya milliləri də yarımfinala vəsiqə qazanıblar. Yarımfinal qarşılaşmaları sentyabrın 14-də və 15-də keçiriləcək. İlk matçda İspaniya və Sloveniya, bir gün sonra isə Rusiya və Serbiya yığma komandaları finala vəsiqə uğrunda güclərini sınayacaqlar.Qitə birinciliyində üçüncü yer uğrunda görüş və final matçı sentyabrın 17-də keçiriləcək.Xatırladaq ki, dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.xeber100.com

Sentyabr 14, 2017 11:51

Voleybol Federasiyasının məlumatı

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov milli komandamızın üzvləri ilə görüşüb.Federasiyadan Azərtac-a bildiriblər ki, AVF rəhbəri əvvəlcə təlim-məşq toplanışından qayıdan komandanın hazırkı durumu ilə maraqlanıb.Azərbaycanın sentyabrın 22-də start götürəcək qadın voleybolçular arasında Avropa çempionatına yüksək səviyyədə hazırlaşdığını vurğulayan C.Qurbanov komandamızın mükafatçılar sırasında yer alacağına əminliyini bildirib.Federasiya rəhbəri deyib ki, təcrübəli baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə komanda mükafatçılar sırasında yer almaq gücündədir: “Avropa çempionatına ev sahibliyi etmək Azərbaycanın növbəti böyük uğurudur. Çalışırıq ki, bu mötəbər yarışı yüksək səviyyədə təşkil edək. Amma əsas yük sizin üzərinizdədir. Yaxşı nəticə qazanmağa çalışmaq lazımdır. Yığmamız mükafatçılar sırasında yer almağa qadirdir. Komandada Faiq Qarayev kimi böyük mütəxəssis olduğundan bunu bacaracağınıza inanıram”.AVF-in vitse-prezidenti və yığmanın baş məşqçisi Faiq Qarayev komandanın hazırkı durumundan danışıb. Maribordakı hazırlıq prosesinin və yoxlama oyunlarının milli komandanın voleybolçuları üçün faydalı olduğunu vurğulayan Faiq Qarayev deyib: “Sloveniyada uzun müddət təlim-məşq toplanışı keçdik. Komandamızda bəzi zədəli oyunçular var idi. Onların formaya düşməsi üçün xüsusi proqram tərtib etdik. Azərbaycanın Avropa çempionatına ev sahibliyi etməsi bizim üçün böyük məsuliyyətdir. Qarşıda komandamızı yoxlama matçları gözləyir. Milli komandamızın yaxşı nəticə əldə etməsi üçün var gücümüzlə çalışacağıq”.Qadınlar arasında voleybol üzrə Avropa çempionatı Azərbaycanda və Gürcüstanda təşkil olunacaq. Millimiz Polşa, Almaniya və Macarıstan yığmaları ilə birlikdə “A” qrupunda yer alıb.xeber100.com  

Sentyabr 13, 2017 11:56