08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə Avropa çempionatında 7-ci turun oyunları keçirilib

Rumıniyanın Mamaya şəhərində yeniyetmələrin və gənclərin şahmat üzrə Avropa çempionatında 7-ci turun oyunları keçirilib.Bu barədə Azərtac-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.On iki yaşlı oğlanların turnirində Aydın Süleymanlı Rusiya nümayəndəsi Vladimir Murzinə qalib gələrək 7 görüşdən 6 xal yarım toplayaraq turnir cədvəlinə başçılıq edir. Eyni yaş qrupunda yarışan qızların mübarizəsində Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva gürcüstanlı Diana Lomayaya qalib gələrək liderliyi ələ ala bilib.On dörd yaşlı qızların turnirində Gövhər Beydullayeva ukraynalı Mariya Berdniki məğlub edərək liderliyini daha da möhkəmləndirib.xeber100.com

Sentyabr 13, 2017 11:50

Tennis üzrə Avropa çempionatı keçiriləcək

Sentyabrın 13-17-də Lüksemburqda stolüstü tennis üzrə Avropa çempionatı keçiriləcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildirilib ki, çempionat ərəfəsində ümumi konqres və Avropa Stolüstü Tennis İttifaqının 60 illik ildönümünə həsr olunmuş tədbir keçiriləcək.Azərbaycanı çempionatda bir qadın və bir kişi komandası təmsil edəcək. Həmçinin federasiya rəsmilərinin konqresdə və yubiley tədbirində iştirakı nəzərdə tutulub.xeber100.com

Sentyabr 12, 2017 12:13

“Qarabağ” Futbol Klubunun məlumatı əsasında

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.Azərtac “Qarabağ” Futbol Klubunun saytına istinadla xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 30 minə çatıb.Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.xeber100.com

Sentyabr 12, 2017 12:08

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayacaq.Səkkiz qrupda çıxış edəcək iştirakçılar iki gün ərzində ilk turun qarşılaşmalarında üz-üzə gələcəklər. Bu gün “A”, “B”, “C” və “D” qruplarında, sabah isə digər qruplarda görüşlər keçiriləcək.İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.“A” qrupunda Portuqaliya təmsilçisi “Benfika” doğma meydanda Rusiyanın MOİK, İngiltərənin “Mançester Yunayted” klubu isə “Bazel”i (İsveçrə) qəbul edəcək.“B” qrupunda isə “Bavariya” (Almaniya)-“Anderlext” (Belçika) və “Seltik” (Şotlandiya)–PSJ (Fransa) oyunu keçiriləcək.“Qarabağ” klubunun yer aldığı “C” qrupunda isə Ağdam təmsilçisi İngiltərənin “Çelsi” klubunun, “Atletiko” (İspaniya) isə İtaliyanın “Roma” komandasının qonağı olacaq.“D” qrupunda isə İspaniyanın “Barselona” klubu “Yuventus”u (İtaliya), Yunanıstanın “Olimpiakos” komandası isə “Sportinq”i (Portuqaliya) qəbul edəcək.xeber100.com

Sentyabr 12, 2017 12:05

Güləş Federasiyasının məlumatına görə…

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmələrin dünya çempionatı başa çatıb.Çempionatda 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında dünya üçüncüsü olan sərbəst güləş yığmamız bu gün Vətənə qayıdıb.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Bütün rəqiblərindən üstün olan Əlihəsən Əmirli (42 kq) qızıl medal, yalnız final görüşündə uduzan Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş medala yiyələniblər. Bürünc medalı isə yığmamıza Hacımurad Hacıyev (63 kq) qazandırıb.Ümumilikdə isə güləş yığmalarımız çempionatı 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurublar. Yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların mübarizəsində isə 1 qızıl və 1 bürünc medala sahib olublar.xeber100.com

Sentyabr 12, 2017 11:57

Futbol üzrə beynəlxalq turnir keçirilib

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda futbol üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, 12 yaşlı futbolçular arasında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun komandası da mübarizə aparıb.İlk görüşdə Gürcüstanın “Saburtalo” komandasını 3:1 hesabı ilə məğlub edən “Neftçi İdman Klubu” növbəti oyunlarda "Qarabağ” (3:3) və "Səbail”lə (1:1) heç-heçə edərək yarımfinala yüksəlib. Bu mərhələdə “Neftçi” ilə üz-üzə gələn “Neftçi İdman Klubu”nun futbolçuları rəqibi 1:0 hesabı ilə məğlub edərək finala adlayıblar.Qızıl medal uğrunda qarşılaşmada Sumqayıtın eyniadlı komandasına 1:0 hesabı ilə qalib gələn “Neftçi İdman Klubu” beynəlxalq turnirin qalibi adını qazanıb.xeber100.com

Sentyabr 12, 2017 11:52

Qol güləşi üzrə XXXIX dünya çempionatı başa çatıb

Macarıstanın paytaxtı Budapeştdə qol güləşi üzrə XXXIX dünya çempionatı başa çatıb.Azərbaycan Qol Güləşi Federasiyasından (AQGF) Azərtac-a bildirilib ki, Azərbaycanın milli komandası yarışda 8 idmançı və bir məşqçi olmaqla, 9 nəfərlik heyətlə təmsil olunub. İdmançılarımız çempionatda yüksək nəticələr əldə ediblər.AQGF-nin idmançıları yığma komandanın aktivinə 6 qızıl və 2 gümüş olmaqla, ümumilikdə 8 medal qazandırıblar.Yarışda Azərbaycanı təmsil edən idmançılarımızdan 21 yaş kateqoriyasında Ramazan Rüstəmov (65kq) iki qızıl (sağ və sol qolda) və Nemət Vəkilov (60 kq) qızıl (sol qol) medal qazanıblar. İsgəndər Mustafayev (55 kq) 18 yaş kateqoriyasında qızıl (sağ qol) və gümüş medala (sol qol) sahib olub.Rahib Balakişiyev (60kq) paralimpiyaçıların mübarizəsində qızıl (sağ qol) və gümüş (sol qol) medal qazanıb.Minabəddin Qurbanov (100 kq-dan yuxarı) “Senior Grand Master” kateqoriyasında qızıl (sol qol) medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com

Sentyabr 11, 2017 11:52

Topaz Premyer Liqasında IV tura yekun vurulub

Bu gün futbol üzrə Topaz Premyer Liqasında IV tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda turnir cədvəlinin beşinci pilləsində qərarlaşan “Sumqayıt” klubu “Kapital Bank Arena”da paytaxt təmsilçisi “Neftçi” ilə görüşüb. Rəhim Həsənovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.Beləliklə, “Sumqayıt” klubu aktivinə 6-cı xalını yazdırıb.Qeyd edək ki, dörd turdan sonra hesabında on xal olan “Zirə” klubu Azərbaycan çempionatının vahid lideridir. Ağdamın “Qarabağ” komandası bir oyun az keçirib və doqquz xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Qəbələ” klubu isə yeddi xalla üçüncü pillədədir.xeber100.com

Sentyabr 11, 2017 11:47

Güləş üzrə dünya çempionatı başa çatıb

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb.Azərtac xəbər verir ki, yarışın son günündə - sentyabrın 10-da 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.Komandamız günü 1 bürünc medalla başa vurub.Dünya çempionatında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Kanada və Almaniyadan olan rəqiblərini vaxtından əvvəl, daha sonra isə Hindistan təmsilçisini texniki üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya idmançısına uduzan təmsilçimiz bürünc medal uğrunda görüşdə Monqolustan idmançısına da vaxtından əvvəl tam üstünlüklə qalib gəlib və çempionatın bürünc medalını qazanıb.Beləliklə, sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar. Bu nəticə ilə sərbəst güləş yığmamız komanda hesabında 61 xalla 3-cü nəticə göstərib. Rusiya 73 xalla birinci, ABŞ komandası isə 66 xalla ikinci yeri tutub.Qeyd edək ki, yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub.xeber100.com

Sentyabr 11, 2017 11:45

“Çelsi”–“Qarabağ” matçının hakimləri müəyyənləşib

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi”–“Qarabağ” matçının hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, qarşılaşmanı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Anastasios Sidiropoulos olacaq. Ona həmyerliləri Polixronis Kostaras və Lazaros Dimitriadis kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Damianos Efthimiadis yerinə yetirəcək.Qeyd edək ki, “Çelsi”–“Qarabağ” oyunu sentyabrın 12-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.xeber100.com

Sentyabr 11, 2017 11:38
    Page 641 of 831« First«...102030...639640641642643...650660670...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az