Millimiz San-Marinonu 5:1 hesabı ilə məğlub edib

Azərbaycan-San-Marino oyunu başa çatıb. Millimiz rəqibini 5:1 hesabı ilə məğlub edib.Matçın 81-ci dəqiqəsində Rəşad Sadıqov San-Marino millisinin qapsına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirib - 5:1.Azərbaycan-San-Marino oyununun 71-ci dəqiqəsində avtoqol qeydə alınıb. Belə ki, San-Marino millisinin futbolçusu Miçel Cevoni topu öz qapısına vurub. Üç dəqiqə sonra san-marinolu futbolçu Mirko Palazzi hesab arasındakı fərqi azaldıb - 4:1.Azərbaycan millisi üçüncü topu rəqib qapısından keçirib. Görüşün 57-ci dəqiqəsində Əfran İsmayılov dubl edib.Azərbaycan-San-Marino oyununun birinci hissəsi futbolçularımızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.San-Marino ilə oyun Azərbaycan millisində debütlə əlamətdar olub. Start heyətində yer alan Təmkin Xəlilzadə ilk dəfə milli forma geyinib. “Zirə”nin gənc futbolçusu yığmamızın tarixinə 222-ci futbolçu kimi düşüb. Belə ki, bunadək 231 rəsmi matç keçirən millimizin oyunlarında 221 futbolçumuz meydana çıxmışdı.Azərbaycan yığması hesabda önə çıxıb. Bu dəfə millimizin heyətində Araz Abdullayev fərqlənib - 2:0.Azərbaycan millisi hesabı açıb. Görüşün 20-ci dəqiqəsində Əfran İsmayılov fərqlənib - 1:0.2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-San-Marino oyunu başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edir. Matçın baş hakimi Nikola Dabanovicdir. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirir.Qarşılaşmanın hakim-inspektoru danimarkalı Kaj Ostergaard, komissar isə qazaxıstanlı Oljas Abrayevdir.Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Norveç 7 xalla dördüncü, Azərbaycan yığması 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.xeber100.com

Sentyabr 5, 2017 10:52

Avropa zonası üzrə seçmə mərhələnin VIII turuna start verilib

Sentyabrın 3-də 2018-ci ildə Rusiyada keçiriləcək dünya futbol çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin yeddinci turunun oyunlarına start verilib.Azərtac xəbər verir ki, gün ərzində “A”, “B” və “H” qruplarında yer alan komandalar üz-üzə gəliblər.“A” qrupunda Belarus yığması doğma meydanda İsveç millisinə 0:4 hesabı ilə məğlub olub. Niderland komandası isə ev oyununda Bolqarıstandan üstün olub – 3:1. Qrupun digər oyununda isə Fransa millisi Lüksemburq yığmasının müqavimətini qıra bilməyib - 0:0.“B” qrupunda keçirdiyi yeddi görüşün hamısında qələbə qazanan İsveçrə yığma komandası səfərdə Latviya millisinin qapısından üç cavabsız top keçirib.Qrupun ikincisi Portuqaliya millisi isə səfərdə Macarıstan yığmasına minimal hesabla qalib gəlib. Digər oyunda isə Farer adaları yığması Andorranı eyni hesabla məğlub edib – 1:0.“H” qrupunda da maraqlı qarşılaşmalar oynanılıb. Belə ki, qrupun ikincisi Yunanıstan yığması lider Belçika komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda qonaqlar üstün olublar - 1:2.Digər oyunda isə Estoniya yığması doğma meydanda son saniyələrdə vurduğu qolla Kipri məğlubiyyətə uğradıb – 1:0.Qrupun üçüncüsü Bosniya və Herseqovina seçməsi isə səfərdə Cəbəllütariq millisini darmadağın edib - 4:0.Qeyd edək ki, seçmə mərhələnin “C” qrupunda yer alan Azərbaycan millisi səkkizinci tur çərçivəsində sentyabrın 4-də Bakıda San-Marino yığmasını qəbul edəcək.xeber100.com

Sentyabr 4, 2017 3:05