Avqustun 28-də Bakıda muay-tay və K-1 döyüş növü üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, sayca 20-ci dəfə təşkil olunan turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran, Rusiya və Gürcüstan atletləri də mübarizə aparıb. Turnirdə peşəkar döyüşçülər 7 çəki dərəcəsində yarışıblar.Gərgin idman mübarizəsi şəraitində davam edən turnirdə Azərbaycan millisi 5 qızıl medalla komanda hesabında birinci yeri tutub. İran komandası 3 qızıl medalla ikinci, Rusiya təmsilçiləri 2 qızıl medalla üçüncü olublar. Aktivində bir qızıl medal olan Gürcüstan komandası isə dördüncü yerdə qərarlaşıb.Qızıl mükafatları millimizə böyüklərin mübarizəsində Cavidan Cəfərli (51 kq), Babək Qənbərov (54 kq), Murad Babayev (71 kq), gənclərin yarışında isə Fazil Nuriyev (51 kq) və Rəşad Mikayilov (67 kq) qazanıblar.Qeyd edək ki, sentyabrın 22-24-də Bakıda muay-tay üzrə beynəlxalq Açıq Xəzər Dəniz Kuboku, daha sonra Gürcüstanda, oktyabrda isə Türkiyədə beynəlxalq turnirlər, noyabrda Belarusda Avropa çempionatı keçiriləcək. Azərbaycan idmançılarının bu turnirlərdə də iştirakı nəzərdə tutulub.xeber100.com