08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dünya çempionatında Azərbaycan millisinin ilk medalı rəsmiləşib

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin ilk medalı rəsmiləşib.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildirilib ki, ölkəmizə mükafatı 75 kiloqram çəki dərəcəsində yarışan Kamran Şahsurvalı qazandırıb.İki gün öncə yarımfinalda uduzan Olimpiya mükafatçımızın 3-cü yer tutacağı həmin vaxt dəqiqləşsə də, yalnız finaldan sonra rəsmiləşib. Belə ki, həlledici qarşılaşma yekunlaşdıqdan sonra həm qızıl və gümüş mükafatın sahibi bəlli olub, həm də bürünc qazananların medalı onların hesabına yazılıb.Boksçumuza mükafatı təqdim edənlər arasında Vladimir Kliçko da olub.Qeyd edək ki, 75 kiloqram çəki dərəcəsində çempion adına ukraynalı Aleksandr Xijniyak layiq görülüb. O, finalda qazaxıstanlı Abilxan Amankula qalib gəlib. Digər bürünc medalı isə Troy İsley (ABŞ) qazanıb.xeber100.com

Sentyabr 3, 2017 9:04

UEFA zonası üzrə növbəti oyunlar keçirilib

DÇ-2018-in seçmə mərhələsinin UEFA zonası üzrə növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, daha 3 qrupda VII turun qarşılaşmaları baş tutub. Qarşılaşmalar D, G və İ qruplarını əhatə edib.Mərkəzi görüş G qrupunda İspaniya və İtaliya yığmaları arasında təşkil olunub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İ qrupunda Ukrayna Türkiyənin qapısından 2 cavabsız top keçirib. "Qarabağ"ın futbolçusu Ansi Aqolli isə kapitanı olduğu Albaniya millisinin Lixtenşteynə qalib gəldiyi görüşdə 2-ci qolun müəllifi olub.Baş tutmayan yeganə görüş isə Xorvatiya və Kosovo yığmaları arasında olub. Oyun güclü yağış səbəbindən 27-ci dəqiqədə dayandırılıb. Matç bu gün dayandırıldığı dəqiqədən davam etdiriləcək. DÇ-2018, seçmə mərhələ: VII tur, 2 sentyabr D qrupu Gürcüstan – İrlandiya - 1:1 Serbiya – Moldova - 3:0 Uels – Avstriya - 1:0 G qrupu Albaniya – Lixtenşteyn - 2:0 İspaniya – İtaliya - 3:0 İsrail – Makedoniya - 0:1 İ qrupu Finlandiya – İslandiya - 1:0 Ukrayna – Türkiyə - 2:0 Xorvatiya – Kosovo - 0:0 (Oyun 27-ci dəqiqədə əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb)xeber100.com

Sentyabr 3, 2017 8:56

Boksçular arasında dünya çempionatı başa çatıb

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb.Azərtac xəbər verir ki, doqquz gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı məlum olub.Mundialda 10 çəkidən dördündə təmsil olunan yığmamız 2 medala yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını dördüncü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə isə Avropada hamını qabaqlayıb.Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi altısı çempionluq sevinci yaşayıb.Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk üçlükdə iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada dördüncü olub.Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.xeber100.com

Sentyabr 3, 2017 8:49

Premyer Liqasının dördüncü turuna sentyabrın 8-də start veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna sentyabrın 8-də start veriləcək. Həmin gün turun ilk qarşılaşması “Dalğa Arena”da paytaxtın “Səbail” və Ağdamın “Qarabağ” komandaları arasında keçiriləcək.Sentyabrın 9-da turun mərkəzi matçı Qəbələ şəhər stadionunda oynanılacaq. Qəbələ təmsilçisi çempionatın lideri Bakının “Zirə” klubunu qəbul edəcək.Həmin gün Yevlax şəhər stadionunda “Kəpəz” komandası paytaxtın “İnter” klubu ilə görüşəcək. Turun sonuncu matçında “Sumqayıt” klubu “Kapital Bank Arena”da “Neftçi” klubu ilə üz-üzə gələcək.Qeyd edək ki, üç turdan sonra “Zirə” və “Qarabağ” kollektivləri çempionatda xal itkisi olmadan irəliləyirlər.Hazırda doqquz xala malik “Zirə” klubu Ağdam təmsilçisi ilə birlikdə turnir cədvəlində birinci-ikinci pillələri bölüşür. “Qəbələ” klubu isə altı xalla üçüncü yerdədir.xeber100.com

Sentyabr 3, 2017 8:41

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə Azərbaycan millisi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Norveç yığmasının qonağı olub.Azərtac xəbər verir ki, Oslodakı "Ullevaal" stadionunda keçirilən matça meydan sahibləri daha fəal başlayıblar. Görüşün 32-ci dəqiqəsində hesab açılıb. Kobud oyuna görə, Azərbaycan millisinin qapısına təyin olunmuş penalti zərbəsini Coşua Kinq dəqiq yerinə yetirib. Komandaların səylərinə baxmayaraq birinci hissəsinin sonunadək hesab dəyişməyib – 1:0.Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 60-cı dəqiqəsində millimizin üzvü Rəşad Sadıqov avtoqolla yadda qalıb. Görüşün davam edən dəqiqələrində hər iki komanda hücuma keçsə də, tabloda rəqəmlər dəyişməyib.Beləliklə, görüş Norveç millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Norveç 7 xalla dördüncü, Azərbaycan yığması 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.xeber100.com

Sentyabr 2, 2017 10:29

“Qarabağ” komandası futbolçuların siyahısını UEFA-ya təqdim edib

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” komandası qrup mərhələsində oynayacaq futbolçularının siyahısını bu quruma təqdim edib.Azərtac xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov siyahıya 25 oyunçunun adını daxil edib. Bunlar arasında Ağdam təmsilçisinin üç yeni transferi - Ramil Şeydayev, Pedro Enriken və Tarik Elyunussi də var.Beləliklə, Azərbaycan çempionunun şərəfini Anton Kanibolotski, Şahruddin Məhəmmədəliyev, İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov, Arif Daşdəmirov, Ansi Aqolli, Abbas Hüseynov, Elvin Yunuszadə, Yakub Jezniçak, Bədavi Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Miçel, Pedro Enrike, Tarik Elyunussi, Riçard Almeyda, Əfran İsmayılov, Vild-Donald Gerye, Coşqun Diniyev, Dani Kintana, Dino Ndlovu, Mahir Mədətov, Ağabala Ramazanov və Ramil Şeydayev qoruyacaq.Qeyd edək ki, “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko Madrid” və İtaliyanın “Roma” klubları ilə qarşılaşacaq. Ağdam komandasının ilk matçı sentyabrın 12-də “Çelsi” komandası ilə səfərdə olacaq.xeber100.com

Sentyabr 2, 2017 10:25

Cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub

Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.Azərbaycan milli komandası sentyabrın 2-də keçirilən fərdi yarışların sonuncu günündə aktivinə daha iki medal yazdırıb. Azərtac xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb. Elmar üçüncü yer uğrunda görüşdə digər cüdoçumuz Elxan Məmmədova qalib gəlib. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (78 kq-dan yuxarı) dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüb.Beləliklə cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 2 gümüş və 2 bürünc olmaqla, dörd medalla yekunlaşdırıb.Xatırladaq ki, yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanıb.Aktivində dörd medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında səkkizinci yeri tutub.Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparıb. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə təmsil olunub.xeber100.com

Sentyabr 2, 2017 10:13

Dünya çempionatının yarımfinal mərhələsinə start verilib

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatının yarımfinal mərhələsinə start verilib. Bu mərhələ üzrə yarışların birinci günündə Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı rinqə çıxıb.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildiriblər ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız finala gedən yolda qazaxıstanlı Abilxan Amankul ilə qarşılaşıb. Döyüş Şahsuvarlı üçün uğurlu alınmayıb. O, 1:4 (28:29, 29:28, 27:30, 27:30, 28:29) hesabı ilə məğlub olaraq, mundialı bürünc medalla başa vurub.Yığmamızın digər üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinal döyüşünə sentyabrın 1-də çıxacaq. O, avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.xeber100.com

Sentyabr 1, 2017 12:32

Azərbaycan yığmasının heyəti açıqlanıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Norveç millisinin qonağı olacaq Azərbaycan yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki start heyətdə Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Bədavi Hüseynov, Namiq Ələsgərov, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Riçard Almeyda və Mahir Mədətova şans verəcək.Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com

Sentyabr 1, 2017 12:28

PSJ klubu “Monako”dan keçidini rəsmən elan edib

Fransanın PSJ klubu hücumçu Kilian Mbappenin "Monako"dan keçidini rəsmən elan edib.Azərtac PSJ klubunun rəsmi saytına istinadla xəbər verir ki, Paris klubu 18 yaşlı forvardı 2018-ci il iyunun 30-dək icarəyə götürməsi ilə bağlı "Monako" ilə müqavilə imzalayıb. Bu müddət başa çatdıqdan sonra PSJ oyunçunu almaq hüququna malik olacaq. Müqavilə 2022-ci il iyunun 30-dək nəzərdə tutulub. Transferin qiyməti barədə məlumat verilməyib.Qeyd edək ki, "Monako" ilə 60 oyunda meydana çıxan 18 yaşlı hücumçu 27 qol vurub və 16 məhsuldar ötürmə verib. Ötən il Fransa millisinin heyətində 19 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının qalibi olub.xeber100.com

Sentyabr 1, 2017 12:18
    Page 646 of 831« First«...102030...644645646647648...660670680...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az