04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” komandası futbolçuların siyahısını UEFA-ya təqdim edib

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” komandası qrup mərhələsində oynayacaq futbolçularının siyahısını bu quruma təqdim edib.Azərtac xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov siyahıya 25 oyunçunun adını daxil edib. Bunlar arasında Ağdam təmsilçisinin üç yeni transferi - Ramil Şeydayev, Pedro Enriken və Tarik Elyunussi də var.Beləliklə, Azərbaycan çempionunun şərəfini Anton Kanibolotski, Şahruddin Məhəmmədəliyev, İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov, Arif Daşdəmirov, Ansi Aqolli, Abbas Hüseynov, Elvin Yunuszadə, Yakub Jezniçak, Bədavi Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Miçel, Pedro Enrike, Tarik Elyunussi, Riçard Almeyda, Əfran İsmayılov, Vild-Donald Gerye, Coşqun Diniyev, Dani Kintana, Dino Ndlovu, Mahir Mədətov, Ağabala Ramazanov və Ramil Şeydayev qoruyacaq.Qeyd edək ki, “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko Madrid” və İtaliyanın “Roma” klubları ilə qarşılaşacaq. Ağdam komandasının ilk matçı sentyabrın 12-də “Çelsi” komandası ilə səfərdə olacaq.xeber100.com

Sentyabr 2, 2017 10:25

Cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub

Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.Azərbaycan milli komandası sentyabrın 2-də keçirilən fərdi yarışların sonuncu günündə aktivinə daha iki medal yazdırıb. Azərtac xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb. Elmar üçüncü yer uğrunda görüşdə digər cüdoçumuz Elxan Məmmədova qalib gəlib. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (78 kq-dan yuxarı) dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüb.Beləliklə cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 2 gümüş və 2 bürünc olmaqla, dörd medalla yekunlaşdırıb.Xatırladaq ki, yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanıb.Aktivində dörd medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında səkkizinci yeri tutub.Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparıb. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə təmsil olunub.xeber100.com

Sentyabr 2, 2017 10:13

Dünya çempionatının yarımfinal mərhələsinə start verilib

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatının yarımfinal mərhələsinə start verilib. Bu mərhələ üzrə yarışların birinci günündə Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı rinqə çıxıb.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildiriblər ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız finala gedən yolda qazaxıstanlı Abilxan Amankul ilə qarşılaşıb. Döyüş Şahsuvarlı üçün uğurlu alınmayıb. O, 1:4 (28:29, 29:28, 27:30, 27:30, 28:29) hesabı ilə məğlub olaraq, mundialı bürünc medalla başa vurub.Yığmamızın digər üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinal döyüşünə sentyabrın 1-də çıxacaq. O, avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.xeber100.com

Sentyabr 1, 2017 12:32

Azərbaycan yığmasının heyəti açıqlanıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Norveç millisinin qonağı olacaq Azərbaycan yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki start heyətdə Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Bədavi Hüseynov, Namiq Ələsgərov, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Riçard Almeyda və Mahir Mədətova şans verəcək.Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com

Sentyabr 1, 2017 12:28

PSJ klubu “Monako”dan keçidini rəsmən elan edib

Fransanın PSJ klubu hücumçu Kilian Mbappenin "Monako"dan keçidini rəsmən elan edib.Azərtac PSJ klubunun rəsmi saytına istinadla xəbər verir ki, Paris klubu 18 yaşlı forvardı 2018-ci il iyunun 30-dək icarəyə götürməsi ilə bağlı "Monako" ilə müqavilə imzalayıb. Bu müddət başa çatdıqdan sonra PSJ oyunçunu almaq hüququna malik olacaq. Müqavilə 2022-ci il iyunun 30-dək nəzərdə tutulub. Transferin qiyməti barədə məlumat verilməyib.Qeyd edək ki, "Monako" ilə 60 oyunda meydana çıxan 18 yaşlı hücumçu 27 qol vurub və 16 məhsuldar ötürmə verib. Ötən il Fransa millisinin heyətində 19 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının qalibi olub.xeber100.com

Sentyabr 1, 2017 12:18

“Qarabağ” komandası transfer çalışmalarını yekunlaşdırmaq üzrədir

Ağdamın “Qarabağ” komandası bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. Komandamız millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.Azərtac xəbər verir ki, müqavilə ilə Türkiyənin “Trabzonspor” klubuna məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək.İyirmi bir yaşlı hücumçu “Zenit” klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yay “Trabzonspor”a transfer olunan R.Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.Qeyd edək ki, R.Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.xeber100.com

Sentyabr 1, 2017 12:11

“Qarabağ” ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Ağdamın “Qarabağ” futbol komandası UEFA Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.Azərtac xəbər verir ki, bu turnirin pley-off mərhələsinin Bakıda keçirilmiş oyununda stadionu tam dolduran “Qarabağ” azarkeşləri kluba olan sevgisini və inamını nümayiş etdirib. Bu uğurlu çıxışdan sonra oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu nəzərə alan Ağdam təmsilçisi ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda - Bakı Olimpiya Stadionunda keçirməklə bağlı UEFA-ya müraciət edib.Artıq UEFA tərəfindən “Qarabağ”ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu komandanın bu müraciətini təsdiqləyib.“Qarabağ” sentyabrın 27-də UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində İtaliyanın “Roma” klubunu Bakı Olimpiya Stadionunda qəbul edəcək.Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək.Qeyd edək ki, Bakı Olimpiya Stadionu 68 min 500 tamaşaçı tutumuna malikdir.xeber100.com

Avqust 31, 2017 5:37

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Avqustun 31-də Azərbaycanın U-21 millisi futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz İsrailin Akko şəhərindəki “Municipal” stadionunda bu ölkənin yığma komandası ilə qarşılaşacaq.Bakı vaxtı ilə saat 20:30-da başlayacaq oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.xeber100.com

Avqust 31, 2017 5:32

“Golden Apricot” adlı ənənəvi şahmat turniri başa çatıb

Türkiyənin şərqindəki Malatya şəhərində “Golden Apricot” adlı ənənəvi şahmat turniri başa çatıb.Azərtac xəbər verir ki, 9 mümkün xaldan 7 xal toplayan belaruslu qrossmeyster Andrey Jiqalko sayca beşinci turnirin qalibi olub. Ukraynalı Yuri Solodovniçenko, moldovalı Vladimir Xamitseviç və türkiyəli Mert Yılmazyerli də eynən bu qədər xal toplayıblar.Yeddi şahmatçı, o cümlədən Azərbaycan şahmatçıları – beynəlxalq usta Nail Bəşirli və qrossmeyster Zaur Məmmədov onlardan yarım xal geri qalıblar. Səkkiz şahmatçının, o cümlədən Azərbaycanın daha bir nümayəndəsi Talıb Babayevin hər birinin aktivində 6 xal var.“Golden Apricot” turnirində 10-dan çox ölkədən 108 şahmatçı iştirak edib.xeber100.com

Avqust 31, 2017 5:26

“Qalatasaray” daha bir futbolçu ilə müqavilə imzalayıb

Türkiyənin “Qalatasaray” futbol klubu İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Kvadvo Asamoanı heyətinə cəlb edib.Türkiyə mətbuatı xəbər verir ki, 28 yaşlı təcrübəli futbolçunun transferi üçün İtaliya klubuna 4,7 milyon avro ödənəcək.Qanalı futbolçunun yaxın vaxtlarda İstanbula gələcəyi və ictimaiyyətə təqdim edildikdın sonra onunla dörd illik müqavilə imzalanacağı gözlənilir. O, “sarı-qırmızılılar”ın heyətində ildə 2,5 milyon avro maaş alacaq.Qeyd edək ki, karyerası boyunca Qananın “Liberti Profeşionals”, İsveçrənin “Bellinsiona”, İtaliyanın “Torino” və “Udineze” komandalarında forma geyən futbolçu 2012-ci ildən “Yuventus”da çıxış edir və 97 matçda 4 qol vurub. O, 2008-ci ildən Qana millisinin heyətində yer alır.xeber100.com

Avqust 31, 2017 5:22
    Page 646 of 830« First«...102030...644645646647648...660670680...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az