Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində

Yerli kosmetik vasitələrinin istehsalçısı “Gazelli Group” şirkəti bu il Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Marşal Klubuna dəstək göstərəcək.Azərtac xəbər verir ki, əldə olunan razılığa əsasən, “Gazelli Group” iyunun 23-25-də Bakıda baş tutacaq Azərbaycan Qran-Prisində fəaliyyət göstərəcək marşalları öz məhsulları ilə təmin edəcək.“Gazelli Group” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı ölkəmizdə keçirilən yarışa dəstək göstərməkdən böyük məmnunluq duyduqlarını bildirərək deyib: “Şirkətimiz Azərbaycanda keçirilən əksər ictimai, mədəni və idman tədbirlərinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan Qran-Prisinə də istehsal etdiyimiz məhsullarla töhfə verəcəyimizə görə olduqca şadıq. Biz növbəti illərdə də oxşar tədbirlərə dəstək verməkdə davam edəcəyik”.“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin idman əməliyyatları şöbəsinin direktoru və qurumun tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev göstərilən əməkdaşlığa görə təşəkkürünü bildirib: “Marşallar müxtəlif hava şəraitində təlim keçirək yarışa hazırlaşırlar. Xüsusən də uzun çəkən yarış sessiyaları zamanı əksər hallarda günəşdən qorunma vasitələrinə ehtiyac duyurlar. İnsan amili Bakı Marşal Klubunun başlıca dəyərlərindəndir. Biz bunu rəhbər tutaraq marşallarımız üçün hər zaman ən keyfiyyətli vasitələri seçirik. Bu il yarış zamanı marşallarımız “Gazelli Group” şirkətinin bizə təqdim etdiyi xüsusi kosmetik vasitələri istifadə edəcəklər. Biz də öz növbəmizdə göstərilən diqqətə və dəstəyə görə “Gazelli Group” şirkətinə dərin minnətdarlığımızı bildiririk”.xeber100.com

İyun 19, 2017 12:07

Azərbaycan millisinin ilk rəqibi müəyyənləşib

Boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha 4 üzvünün ilk rəqibi müəyyənləşib.Azərtaac xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.Dünya çempionumuzun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda macarıstanlı İstvan Şakanı 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından 1/8 finalda Elvin Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan E. Məmişzadə Kappai ilə iyunun 19-da döyüşəcək.Ukraynanın Xarkov şəhərində keçirilən qitə birinciliyində 56 kiloqram çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə İrlandiya təmsilçisi Antoni Ceyms Uolkerlə gücünü yoxlayacaq. Təmsilçimizin rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Bolqarıstan boksçusu Simyon Çamov ilə qüvvəsini sınayacaq. Həmyerlimizin rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində belçikalı Anas Messaudini mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan P.Bağırovla qarşılaşmaq hüququ əldə edib. P.Bağırovun ilk görüşü iyunun 19-da olacaq.Abdulqadir Abdullayev (91 kq) isə startda şotlandiyalı Şott Antoni Forresti sınağa çəkəcək. Bu boksçu 1/16 finalda serbiyalı Zoran Radiçi 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin şotlandiyalı ilə qarşılaşması iyunun 20-də keçiriləcək.xeber100.com

İyun 19, 2017 11:45