05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“A” lisenziya kursunda iştirak edən məşqçilər üçün seminar təşkil olunacaq

Mayın 25-də UEFA-nın “A” lisenziya kursunda iştirak edən qapıçı məşqçilər üçün seminar təşkil olunacaq.Azərtac xəbər verir ki, seminar AFFA-nın Futbol Akademiyasında UEFA-nın təlimatçısı Verner Micklerin rəhbərliyi ilə keçiriləcək.xeber100.com

May 24, 2017 12:22

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərindədir.Azərtac xəbər verir ki, millimiz bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Voleybolçularımız Türkiyə yığması ilə üz-üzə gələcəklər. Oyunu portuqaliyalı baş hakim Helio Ormonde idarə edəcək. Ona xorvatiyalı Milan Raykoviç kömək edəcək.“A” qrupunda yer alan millimiz Türkiyə yığması ilə yanaşı, Almaniya, Ukrayna, Fransa və İslandiya komandaları ilə qarşılaşacaq.Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.xeber100.com

May 24, 2017 12:20

“Kəpəz” futbol klubu transfer çalışmalarını davam etdirir

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.Azərtac kluba istinadla xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədov ilə bir il müddətinə anlaşıb.Son mövsümü “Turan Tovuz”da keçirən yarımmüdafiəçi komandasının kapitanı olub. A.Məmmədov bu il həm də Tovuz təmsilçisi ilə I divizionun çempionu adını qazanıb.xeber100.com

May 24, 2017 12:17

İtaliyada keçirilən futbol turnirinə yekun vurulub

İtaliyanın Rimini şəhərində Flavio Perottinin xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsinin son oyununda “Kapilan Pallo” ilə qarşılaşıb. Sərxan Mirzəzadənin qol sevinci yaşadığı matç “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bunadək “A” qrupundakı ilk iki oyununda “Milan” (0:3) və “Spal 2013” (0:0) ilə görüşən Ülfət Mədətovun baş məşqçisi olduğu komanda mərhələni 4-cü pillədə başa vurub.Növbəti mərhələdə “Qəbələ” daha iki oyun keçirib. Komandamız İtaliya təmsilçiləri “Forli” və “Prato” ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu qarşılaşmalarda komandamızın qollarını müvafiq olaraq, İbrahim Ramazanov və Fərid Kələntərəov vurublar.Turnirin final oyununda isə “Milan” və “Real” qarşılaşıb. İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.xeber100.com

May 23, 2017 4:17

Şahmatçılar arasında Avropa çempionatı başlayacaq

Mayın 29-da Minskdə kişi şahmatçılar arasında Avropa çempionatı başlayacaq.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı beş qrossmeyster - Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abbasov təmsil edəcəklər. Turnirdə 150-dən çox şahmatçı iştirak edəcək.Turnir İsveçrə sistemi ilə klassik vaxt rejimində keçiriləcək və 11 turdan ibarət olacaq.Qeyd edək ki, 1-22-ci yerləri tutan şahmatçılar Gürcüstanda Dünya Kuboku yarışlarına vəsiqə qazanacaqlar.Turnirin reytinq favoriti Rusiya təmsilçisi Dmitri Andreykindir.xeber100.com

May 23, 2017 4:14

Uşu yarışlarının final görüşləri start götürüb

Mayın 22-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının final görüşləri start götürüb.Azərtac xəbər verir ki, Azərbaycanın üç idmançısı finalda qızıl medal uğrunda mübarizə aparır. Onların hər üçünün rəqibi İran idmançılarıdır.İdmançılarımızdan ilk olaraq mübarizəyə 56 kiloqram çəki dərəcəsində çıxış edən Elçin Eminov qoşulacaq. Onun finaldakı rəqibi Mahdi Mohammadidir.Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov (65 kq) isə qızıl medal uğrunda görüşdə Foroud Zafari ilə qarşılaşacaq.Yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Kərəmov həlledici görüşdə Saeid Fazeli ilə üz-üzə gələcək.xeber100.com

May 22, 2017 2:58

Azərbaycan yığması Gürcüstan komandası ilə qarşılaşıb

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA inkişaf turnirində Gürcüstan komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.Qolları İlahə Nuriyeva, Firəngiz Teymurova, Peritan Bozdağ və Hatice Özdemir vurub.xeber100.com

May 22, 2017 2:35

“Qarabağ” futbol klubu transfer çalışmalarını davam etdirir

Ağdamın “Qarabağ” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.Azərtac xəbər verir ki, klub rəhbərliyi Qara Qarayev və Əfran İsmayılovun ardından daha bir futbolçu ilə müqavilə yeniləyib. Belə ki, Albaniya millisinin kapitanı Ansi Aqolli daha bir il “Qarabağ”ın uğurları üçün çalışacaq.Qeyd edək ki, müdafiəçi 2010-cu ildə Ağdam təmsilçisinə transfer olmuşdu.xeber100.com

May 22, 2017 2:33

Stolüstü tennis üzrə yarımfinal mərhələsinin görüşləri keçirilib

Mayın 21-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadın və kişi komandaları arasında yarımfinal mərhələsinin görüşləri keçirilib.Azərtac xəbər verir ki, qadın komandamız yarımfinalda Pakistan yığmasına 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Yarımfinalın digər görüşündə İran idmançıları Türkiyə komandasını 3:2 hesabı ilə məğlub edib. Beləliklə, final görüşündə Azərbaycan millisi İran yığması ilə qarşılaşacaq.Üçüncü yer uğrunda görüşdə Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər – 3:1.Kişi komandalarının yarışında təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb. Kişi komandaların yarışının finalında Türkiyə və İran komandaları üz-üzə gələcəklər.Azərbaycan komandası bürünc medal uğrunda görüşdə Səudiyyə Ərəbistanı təmsilçilərinə 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.Final görüşləri mayın 22-də keçiriləcək.xeber100.com

May 22, 2017 7:46

IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə…

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə Azərbaycan medal siyahısında liderliyini davam etdirib. Azərbaycan milli komandasının hesabında hazırda 154 medal (75 qızıl, 46 gümüş və 33 bürünc) var.Azərtac xəbər verir ki, gün ərzində Azərbaycan idmançıları 20 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı qadın güləşçilərimiz yazdırıblar. Qadın güləşi yarışlarında idmançılarımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.İslamiadanın doqquzuncu günündə aktivinə 13 medal yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 185 medal (68-63-54) var.Üçüncü sırada qərarlaşan İran idmançıları İslamiadada 90 medal (31-26-33) əldə ediblər. Hazırda siyahıda dördüncü yerdə qərarlaşan Özbəkistanın hesabında 62 medal (15-17-30) var. Bəhreyn 21 medalla (12-5-4) ilk beşliyi qapayır.Ümumilikdə doqquz gün ərzində 39 ölkənin idmançıları medal qazana biliblər.xeber100.com

May 22, 2017 7:42
    Page 696 of 830« First«...102030...694695696697698...710720730...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az