08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Uşu yarışlarının final görüşləri start götürüb

Mayın 22-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının final görüşləri start götürüb.Azərtac xəbər verir ki, Azərbaycanın üç idmançısı finalda qızıl medal uğrunda mübarizə aparır. Onların hər üçünün rəqibi İran idmançılarıdır.İdmançılarımızdan ilk olaraq mübarizəyə 56 kiloqram çəki dərəcəsində çıxış edən Elçin Eminov qoşulacaq. Onun finaldakı rəqibi Mahdi Mohammadidir.Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov (65 kq) isə qızıl medal uğrunda görüşdə Foroud Zafari ilə qarşılaşacaq.Yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Kərəmov həlledici görüşdə Saeid Fazeli ilə üz-üzə gələcək.xeber100.com

May 22, 2017 2:58

Azərbaycan yığması Gürcüstan komandası ilə qarşılaşıb

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA inkişaf turnirində Gürcüstan komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.Qolları İlahə Nuriyeva, Firəngiz Teymurova, Peritan Bozdağ və Hatice Özdemir vurub.xeber100.com

May 22, 2017 2:35

“Qarabağ” futbol klubu transfer çalışmalarını davam etdirir

Ağdamın “Qarabağ” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.Azərtac xəbər verir ki, klub rəhbərliyi Qara Qarayev və Əfran İsmayılovun ardından daha bir futbolçu ilə müqavilə yeniləyib. Belə ki, Albaniya millisinin kapitanı Ansi Aqolli daha bir il “Qarabağ”ın uğurları üçün çalışacaq.Qeyd edək ki, müdafiəçi 2010-cu ildə Ağdam təmsilçisinə transfer olmuşdu.xeber100.com

May 22, 2017 2:33

Stolüstü tennis üzrə yarımfinal mərhələsinin görüşləri keçirilib

Mayın 21-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadın və kişi komandaları arasında yarımfinal mərhələsinin görüşləri keçirilib.Azərtac xəbər verir ki, qadın komandamız yarımfinalda Pakistan yığmasına 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Yarımfinalın digər görüşündə İran idmançıları Türkiyə komandasını 3:2 hesabı ilə məğlub edib. Beləliklə, final görüşündə Azərbaycan millisi İran yığması ilə qarşılaşacaq.Üçüncü yer uğrunda görüşdə Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər – 3:1.Kişi komandalarının yarışında təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb. Kişi komandaların yarışının finalında Türkiyə və İran komandaları üz-üzə gələcəklər.Azərbaycan komandası bürünc medal uğrunda görüşdə Səudiyyə Ərəbistanı təmsilçilərinə 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.Final görüşləri mayın 22-də keçiriləcək.xeber100.com

May 22, 2017 7:46

IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə…

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə Azərbaycan medal siyahısında liderliyini davam etdirib. Azərbaycan milli komandasının hesabında hazırda 154 medal (75 qızıl, 46 gümüş və 33 bürünc) var.Azərtac xəbər verir ki, gün ərzində Azərbaycan idmançıları 20 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı qadın güləşçilərimiz yazdırıblar. Qadın güləşi yarışlarında idmançılarımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.İslamiadanın doqquzuncu günündə aktivinə 13 medal yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 185 medal (68-63-54) var.Üçüncü sırada qərarlaşan İran idmançıları İslamiadada 90 medal (31-26-33) əldə ediblər. Hazırda siyahıda dördüncü yerdə qərarlaşan Özbəkistanın hesabında 62 medal (15-17-30) var. Bəhreyn 21 medalla (12-5-4) ilk beşliyi qapayır.Ümumilikdə doqquz gün ərzində 39 ölkənin idmançıları medal qazana biliblər.xeber100.com

May 22, 2017 7:42

İRNA xəbər agentliyinin məlumatı

İranın İRNA xəbər agentliyi IV İslam Həmrəylik Oyunlarını diqqət mərkəzində saxlayır. Bu gün agentlik Bakıda keçirilən bu beynəlxalq idman tədbiri haqqında növbəti materialını yayıb.Agentlik qeyd edir ki, İran idmançıları bu yarışlarda 60-dan çox medal qazanıblar. Atletlər idmanın ağırlıqqaldırma, atıcılıq, cüdo, karate, gimnastika növlərində fərqləniblər. Bununla yanaşı, İranın kişilərdən ibarət voleybol komandası da finala çıxıb. İran voleybolçuları finalda Azərbaycanın komandası ilə qarşılaşacaq.Diqqətə çatdırılır ki, 54 ölkənin idmançılarının qatıldığı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Yarışların keçirildiyi bütün idman arenaları müasir standartlara cavab verir. İdmançıların asudə vaxtları səmərəli təşkil edilib. Onlar Bakının gözəl yerləri ilə tanış olurlar.xeber100.com

May 21, 2017 11:54

Stolüstü tennis üzrə yarımfinal oyunlarına start verilib

Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi və qadın komandaların yarımfinal oyunlarına start verilib.Azərtac xəbər verir ki, qadınların yarışında finala vəsiqə uğrunda Türkiyə-İran və Azərbaycan-Pakistan görüşləri keçiriləcək.Kişilərin mübarizəsində yarımfinalda Azərbaycan millisi Türkiyə yığması, Səudiyyə Ərəbistanı yığması isə İran millisi ilə üz-üzə gələcək.“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışlara mayın 22-də yekun vurulacaq.xeber100.com

May 21, 2017 11:50

Suyatullanma yarışlarının sonuncu günündə…

Mayın 21-də İslamiadanın Bakı Su İdmanı Sarayında keçirilən suyatullanma yarışlarının sonuncu günündə atletlər iki növ üzrə medallar uğrunda mübarizə aparırlar.Azərtac xəbər verir ki, kişi idmançılar 10 metr hündürlükdən sinxron, qadın atletlər isə 3 metr tramplindən suyatullanma üzrə yarışırlar.Azərbaycanı kişilərin yarışında Artyom Danilov və Dmitri Sorokin, qadınların mübarizəsində isə Olqa Bıkovskaya təmsil edirlər.xeber100.com

May 21, 2017 11:47

Basketbol yarışlarının iştirakçıları müəyyənləşib

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının dördüncü – sonuncu günündə qadınların və kişilərin mübarizəsində yarımfinal mərhələsinin digər iştirakçıları da müəyyənləşib.Azərtac xəbər verir ki, Azərbaycanın qadın basketbolçuları İndoneziya yığmasına 20:9 hesabı ilə qalib gələrək yarımfinala yüksəliblər. Digər oyunda Türkiyə millisi Əlcəzair yığmasını mübarizədən kənarlaşdırıb – 12:7.Kəişilərin mübarizəsində isə Qətər millisi Səudiyyə Ərəbistanından üstün olub – 15:7. Türkmənistan basketbolçuları isə Malini 13:10 hesabı ilə məğlub edib.Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk görüşləri ötən gün keçirilmişdi.Beləliklə, qadınların yarışında Azərbaycan, Türkiyə, Mali və Türkmənistan, kişilərin mübarizəsində Azərbaycan, Türkiyə, Qətər və Türkmənistan basketbolçuları yarımfinala vəsiqə qazanıblar.xeber100.com

May 21, 2017 10:36

Xarkovda açıq dünya çempionatı keçirilib

Xarkovda kempo karete və ko-budo idman növü üzrə açıq dünya çempionatı keçirilib.Azərtac xəbər verir ki, kata, kempo karate, iriqumi-cuqo və tərk-silah növləri üzrə təşkil olunan yarışda ölkəmizi 15 idmançı təmsil edib.Mundialda baş məşqçi Tanrıverdi Allahverdiyevin rəhbərliyi altında 75 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən üçqat dünya çempionu Fərid Əzizov tərk-silah yarışında mübarizə aparıb. İdmançı olmaqla yanaşı, jurnalist fəaliyyəti ilə də məşğul olan F.Əzizov 17 ölkədən idmançıların qatıldığı yarışda gümüş medala layiq görülüb.Yarışda idmanın bu növü üzrə güclü atletlərin mübarizə apardıqlarını deyən F.Əzizov bildirib: “Gərgin idman mübarizəsində öz gücümü tam şəkildə göstərə bilmədim və gümüş medalla kifayətlənməli oldum. İdmançı üçün ikinci yer də uğurdur. Lakin mən ikinci yerlə kifayətlənməyi düşünmürəm. Bu mübarizə mənim üçün böyük təcrübə oldu. Qarşıdakı yarışlarda böyük uğurlar qazanmaq üçün daha yaxşı hazırlaşacağam”.Xatırladaq ki, F.Əzizov 2014-cü və 2016-ci illərdə təşkil olunan dünya çempionatlarının qalibi olub.xeber100.com

May 20, 2017 8:54
    Page 697 of 831« First«...102030...695696697698699...710720730...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az