08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dohada Dünya Stadionlar Konqresi keçirilib

Qətərin paytaxtı Dohada Dünya Stadionlar Konqresi keçirilib.Azərtac xəbər verir ki, tədbirin sonunda müxtəlif nominasiyalar üzrə dünyanın ən yaxşı stadionları adına layiq görülən arenalar mükafatlara layiq görülüb.Bakı Olimpiya Stadionu (BOS) “Dünyanın ən yaxşı yeni stadionu” nominasiyasında mükafatla təltif edilib. BOS-un tikintisində iştirak edən “TEKFEN İnşaat” şirkəti də mükafata layiq görülüb.Müxtəlif kateqoriyalar üzrə Moskvadakı “VTB Arena”, Barselonadakı “Kamp Nou”, Aşqabad Olimpiya Stadionu və Birləşmiş Ərəb Əmirliklərindəki “Həzza Bin Zayed” stadionu da qalib elan edilib.Müsabiqənin münsiflər heyəti məşhur tikinti mütəxəssisləri Filip Herpel, Mark Fenvik və Kris Daytdan ibarət olub.xeber100.com

May 25, 2017 12:27

“Atletiko Madrid” 2024-cü ilədək müqavilənin müddətini artırıb

İspaniyanın “Atletiko Madrid” futbol komandasında çıxış edən yarımmüdafiəçi Koke daha 7 il klubun uğurları üçün çalışacaq.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı ispaniyalı oyunçu ilə 2024-cü ilədək müqavilənin müddətini artırıb.Futbol üzrə İspaniya millisində də forma geyinən oyunçu 2009-cu ildən bəri “Atletiko Madrid”in şərəfini qoruyur və oynadığı 323 matçda 28 qol vurub.xeber100.com

May 25, 2017 12:22

“Monako” futbol klubu ilk transferini edib

“Monako” futbol klubu yeni mövsüm üçün ilk transferini edib.Azərtac xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.Fransa klubu “Anderlext”in yarımmüdafiəçisi Yuri Tilemansı heyətinə cəlb edib. Belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.Qeyd edək ki, 20 yaşlı Tilemans ötən mövsüm 37 oyuna 13 qol vurub, 12 məhsuldar ötürmə edib.xeber100.com

May 25, 2017 12:20

Kempo döyüş növləri üzrə turnir keçirilib

28 May – Respublika Günü münasibətilə kempo döyüş növləri üzrə turnir keçirilib.Azərtac xəbər verir ki, Abşeron Rayon Gənclər və İdman İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı, “Toğrul” Şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında kempo full və kempo submişn gi üzrə turnirdə 16 klubdan 190-na yaxın idmançı gücünü sınayıb.Qalib idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.xeber100.com

May 25, 2017 12:16

“Ayaks” klubu ilə “Mançester Yunayted” komandası üz-üzə gələcəklər

Bu gün İsveçin paytaxtı Stokholmda futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasında Hollandiyanın “Ayaks” klubu ilə İngiltərənin “Mançester Yunayted” komandası üz-üzə gələcəklər.Azərtac xəbər verir ki, komandalar bu günədək 4 dəfə qarşılaşıblar. Bunlarında heç birində bərabərlik qeydə alınmayıb. İki dəfə İngiltərə, iki dəfə isə Hollandiya təmsilçisi qalib gəlib.Joze Mourinyonun yetirmələri cari mövsüm İngiltərə çempionatında uğursuz çıxış etdiyindən Çempionlar Liqası yarışlarında iştirak etmək hüququnu qazana bilməyiblər. Lakin “qırmızı –şeytanlar” Avropa Liqasını qazanaraq buna nail ola bilərlər.“Ayaks” isə məğlub olacağı təqdirdə mübarizəyə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən başlamalı olacaq.Hər iki klubun heyətində ciddi itkilər var. Belə ki, “Ayaks”dan Deyli Sinkqraven zədəli, Nik Virqever cəzalı, mançesterlilərdən isə Markos Roxo, Lük Şou, Eşli Yanq, Timoti Fosu-Mensa və Zlatan İbrahimoviç zədəli olduqlarından oyunu buraxmalı olacaqlar.Hollandiya klubu sonuncu dəfə 1992-ci ildə Avropa Liqasının qalibi olub. “Mançester Yunayted” isə bu titula indiyənədək yiyələnməyib.Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.xeber100.com

May 24, 2017 12:40

“A” lisenziya kursunda iştirak edən məşqçilər üçün seminar təşkil olunacaq

Mayın 25-də UEFA-nın “A” lisenziya kursunda iştirak edən qapıçı məşqçilər üçün seminar təşkil olunacaq.Azərtac xəbər verir ki, seminar AFFA-nın Futbol Akademiyasında UEFA-nın təlimatçısı Verner Micklerin rəhbərliyi ilə keçiriləcək.xeber100.com

May 24, 2017 12:22

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərindədir.Azərtac xəbər verir ki, millimiz bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Voleybolçularımız Türkiyə yığması ilə üz-üzə gələcəklər. Oyunu portuqaliyalı baş hakim Helio Ormonde idarə edəcək. Ona xorvatiyalı Milan Raykoviç kömək edəcək.“A” qrupunda yer alan millimiz Türkiyə yığması ilə yanaşı, Almaniya, Ukrayna, Fransa və İslandiya komandaları ilə qarşılaşacaq.Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.xeber100.com

May 24, 2017 12:20

“Kəpəz” futbol klubu transfer çalışmalarını davam etdirir

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.Azərtac kluba istinadla xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədov ilə bir il müddətinə anlaşıb.Son mövsümü “Turan Tovuz”da keçirən yarımmüdafiəçi komandasının kapitanı olub. A.Məmmədov bu il həm də Tovuz təmsilçisi ilə I divizionun çempionu adını qazanıb.xeber100.com

May 24, 2017 12:17

İtaliyada keçirilən futbol turnirinə yekun vurulub

İtaliyanın Rimini şəhərində Flavio Perottinin xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsinin son oyununda “Kapilan Pallo” ilə qarşılaşıb. Sərxan Mirzəzadənin qol sevinci yaşadığı matç “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bunadək “A” qrupundakı ilk iki oyununda “Milan” (0:3) və “Spal 2013” (0:0) ilə görüşən Ülfət Mədətovun baş məşqçisi olduğu komanda mərhələni 4-cü pillədə başa vurub.Növbəti mərhələdə “Qəbələ” daha iki oyun keçirib. Komandamız İtaliya təmsilçiləri “Forli” və “Prato” ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu qarşılaşmalarda komandamızın qollarını müvafiq olaraq, İbrahim Ramazanov və Fərid Kələntərəov vurublar.Turnirin final oyununda isə “Milan” və “Real” qarşılaşıb. İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.xeber100.com

May 23, 2017 4:17

Şahmatçılar arasında Avropa çempionatı başlayacaq

Mayın 29-da Minskdə kişi şahmatçılar arasında Avropa çempionatı başlayacaq.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı beş qrossmeyster - Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abbasov təmsil edəcəklər. Turnirdə 150-dən çox şahmatçı iştirak edəcək.Turnir İsveçrə sistemi ilə klassik vaxt rejimində keçiriləcək və 11 turdan ibarət olacaq.Qeyd edək ki, 1-22-ci yerləri tutan şahmatçılar Gürcüstanda Dünya Kuboku yarışlarına vəsiqə qazanacaqlar.Turnirin reytinq favoriti Rusiya təmsilçisi Dmitri Andreykindir.xeber100.com

May 23, 2017 4:14
    Page 696 of 831« First«...102030...694695696697698...710720730...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az