05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək

Noyabrın 10-dan 21-dək Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək. Mötəbər yarışda iştirak edəcək Azərbaycanın yığma komandalarının heyəti müəyyənləşib. Kişi şahmatçılardan ibarət millinin heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil edilib. Şahmatçı Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanacaq. Qadın şahmatçılardan ibarət yığmaya isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaq.xeber100.com

Oktyabr 18, 2023 1:44

Azərbaycan və Avstriya yığmaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb

AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Avstriya yığmaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb. UEFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşmanın baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq. Ona həmyerliləri Konstantinos Psarris və Andreas Meintanas kömək edəcəklər. Anastasios Papapetru isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.xeber100.com

Oktyabr 13, 2023 3:02

Futbolçulardan ibarət milli komandamızın yoldaşlıq oyunları üçün yekun heyəti müəyyənləşib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Özbəkistanla yoldaşlıq oyunları üçün yekun heyəti müəyyənləşib. AFFA-nın rəsmi saytı xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev sınaq matçlarında 22 futbolçunun xidmətindən yararlanacaq. Yığmanın heyəti: Rəvan Mirzəmmədov, Fəxri Məmmədli (hər ikisi “Sabah”), Musa Məmmədov, İbrahim İbrahimli, Uğur Səfərov, (hamısı “Qarabağ”) Zaman Zamanlı, Eyubov Əkbər, Adəm Topalov, (hamısı “Səbail”), Saleh Süleymanov (“Cəbrayıl”), Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, Sənan Ağalarov, Xəyyam Məmmədli (hamısı “Qəbələ”), Rüfət Abbasov, Murad Məmmədov (hər ikisi “Neftçi”), Arzu Atakişiyev (“Kəpəz”), Murad Ələkbərov (“Zirə”), Edqar Adilxanov (“Şamaxı”), Ceyhun Hacıyev (“Verl”, Almaniya), Sadiq Şəfiyev (“Turan Tovuz”), Xəyal Fərzullayev (“Sumqayıt”) Qeyd edək ki, görüşlər oktyabrın 14-də və 16-da Daşkənddə baş tutacaq.xeber100.com

Oktyabr 13, 2023 2:59

İspaniya çempionatının altıncı turunda “Atletiko” və “Real” komandaları qarşılaşıblar

Futbol üzrə İspaniya çempionatının altıncı turunda “Atletiko” və “Real” komandaları qarşılaşıblar. Oyunda “Atletiko” komandası 3:1 hesabı ilə qalib gəlib. Komanda da qolları Alvaro Morata (4-cü, 46-cı dəqiqə) və Antuan Qrizmann (18) vurub. Bununla “Real” cari çempionatda ilk məğlubiyyətini alıb. Komanda beş oyunun hamısında qalib gəlmişdi. “Real” 15 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Atletiko” beş oyundan 10 xalı var və beşinci yerdədir. “Real” sentyabrın 27-də növbəti turda “Las Palmas”ı qəbul edəcək. "Atletiko" sentyabrın 28-də səfərdə "Osasuna" ilə qarşılaşacaq.xeber100.com

Sentyabr 25, 2023 2:44

“Səbail” futbol komandası dördüncü qələbəsinə imza atıb

“Səbail” komandası futbol üzrə Azərbaycan Premyer Liqasında ardıcıl dördüncü qələbəsinə imza atıb. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən “dənizçilər” VII turda “Araz-Naxçıvan”ı da xalsız qoyub – 1:0. Bu, klub tarixində yeni rekorddur. Premyer Liqada 2017/2018-ci illər mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmayıblar.xeber100.com

Sentyabr 25, 2023 2:39

Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək oyunun yeri dəyişdirilib

Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun yeri dəyişdirilib. Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, “Azersun Arena”da keçiriləcək. PFL-ə müraciət edən Ağdam klubu mərkəzi arenadakı təmir-bərpa işləri ilə əlaqədar görüşün yerinin dəyişdirilməsini xahiş edib. Klubun rəsmi müraciətini, Respublika Stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan qurum “Qarabağ”ın istəyinə müsbət cavab verib. Görüşün günü və saatı ilə bağlı isə heç bir dəyişiklik yoxdur.xeber100.com

Sentyabr 25, 2023 2:36

Bakı Atıcılıq Mərkəzində stend atıcılığının “sporting” növü üzrə yarış təşkil edilib

Sentyabrın 23-də Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında ilk dəfə stend atıcılığının "sporting" növü üzrə yarış təşkil edilib. Ümumilikdə 44 qurumdan 166 əməkdaşın (120 kişi, 46 qadın) iştirak etdiyi yarışlar sentyabrın 24-dək davam edəcək. Yarışın birinci gününün nəticələrinə görə ilk 5 yeri tutan şəxslər sabah final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaqlar. Atışlarda toplanan ümumi xallara əsasən ilk dörd yeri tutan kişi və qadınlardan ibarət fərqli komandalar final yarışında iştirak edəcəklər. Bundan əlavə, hər qurumun qadın və kişilərdən ibarət qarışıq komandalarından ilk dördlükdə olanlar finalda yarışacaq. İlk üç yeri tutan şəxslər, komanda və qarışıq komandalar diplom və medallarla təltif olunacaq, qaliblərə hədiyyələr təqdim ediləcək.xeber100.com  

Sentyabr 23, 2023 3:08

Avropa Həndbol Federasiyasının Avropa Kuboku çərçivəsində

Mingəçevirin qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Həndbol Federasiyasının Avropa Kuboku çərçivəsində İtaliyanın “Jomi Salerno" klubu ilə qarşılaşıb. Matç rəqib komandanın 29:19 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, komandalar arasında cavab qarşılaşma sabah keçiriləcək.xeber100.com

Sentyabr 23, 2023 3:05

Azərbaycan millisinin sentyabr ayı üçün FİFA reytinqindəki mövqeyi açıqlanıb

Azərbaycan millisinin sentyabr ayı üçün FİFA reytinqindəki mövqeyi açıqlanıb. Canni De Byazinin baş məşqçisi olduğu komanda mövqeyini dəyişməyib. Yığma 1147 xalla 121-ci sırada qalıb. Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. “Ay-ulduzlular”ın hesabında 1475 xal var. Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb. İlk “10-luq”: 1. Argentina – 1851 xal 2. Fransa – 1840 3. Braziliya – 1837 4. İngiltərə - 1794 5. Belçika – 1792 6. Xorvatiya – 1747 7. Niderland – 1743 8. Portuqaliya – 1728 9. İtaliya – 1727 10. İspaniya – 1710 AVRO-2024-ün seçmə mərhələsinin F qrupu: 5. Belçika – 1792 23. İsveç – 1538 25. Avstriya – 1537 115. Estoniya – 1172 121. Azərbaycan – 1147 Postsovet məkanı: 24. Ukrayna – 1538 39. Rusiya – 1495 75. Özbəkistan – 1328 79. Gürcüstan – 1299 91. Ermənistan – 1254 96. Qırğızıstan – 1228 100. Qazaxıstan – 1206 105. Belarus – 1198 110. Tacikistan – 1183 115. Estoniya – 1172 121. Azərbaycan – 1147 136. Latviya – 1089 140. Türkmənistan – 1086 143. Litva – 1072 159. Moldova - 1010.xeber100.com

Sentyabr 21, 2023 2:43

“Zirə” – “Neftçi” komandalarının oyunu Zirə İdman Kompleksində gerçəkləşəcək

Bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası (PFL) tərəfindən araşdırılıb. PFL-in rəsmi saytı xəbər verir ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. PFL tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi”nin rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL bu komandalar arasında keçiriləcək 1-ci və 2-ci dövrənin görüşlərinin yerini dəyişdirib. Belə ki, şənbə günü baş tutacaq “Zirə” - “Neftçi” oyunu Zirə İdman Kompleksində gerçəkləşəcək. Oyun saat 20:30-da start götürəcək. Bu qərar əvəzedici komandalara aid edilmir.xeber100.com

Sentyabr 21, 2023 2:40
    Page 7 of 830« First«...56789...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az