Mayın 13-14-də Riqada, ”Elektrum” Olimpiya İdman Mərkəzində “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadası keçiriləcək. Yarışlarda 6-80 yaş arasında təqribən 2 min müxtəlif səviyyəli idmançı iştirak edəcək. İdman meydanında 14 ölkənin – Azərbaycan, ABŞ, Rusiya, Nepal, Almaniya, İtaliya, Portuqaliya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Estoniya, Litva və Latviyanın nümayəndələri qarşılaşacaqlar.Olimpiadada Azərbaycanı məşqçi Vasif Namazovun rəhbərliyi ilə Nəvai Əlizadə, Araz Abdullayev, Musa Abdullayev, Arzu Eyvazova, Natiq Alışov və başqa idmançılar təmsil edəcəklər.Olimpiadanın unikallığı bundadır ki, turnirdə, demək olar, bütün təkbətək döyüş növləri, o cümlədən cüdo, müxtəlif karate versiyaları, kiokusinkay, taekvando, zərbə qüvvəsi, pankration, qreppinq, sərbəst üsul, aykido, vin-çun, kikboksinq, K-1, MMA, kunqfu, kosiki karate, qurşaqtutma nəzərdə tutulub.xeber100.com