08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” futbol klubu yeni müqavilə imzalayıb

“Qarabağ” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Klub rəhbərliyi Qara Qarayevin ardından daha bir futbolçu ilə müqavilə yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Əfran İsmayılov daha bir il “Qarabağ”ın şərəfini qoruyacaq.Futbolçu bildirib ki, “Qarabağ” mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəyəm. Çalışacağam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir.xeber100.com

May 13, 2017 8:38

Üzgüçülük üzrə yarışlara start verilib

Mayın 13-də IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakıdakı Su İdman Oyunları Sarayında üzgüçülük üzrə yarışlara start verilib.Azərtac xəbər verir ki, səhər sessiyası kişilər arasında 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarından başlanıb. Burada türkiyəli üzgüçü Hüseyn Əmrə Sakçı ən yaxşı nəticə göstərib. O, finişə çatmaq üçün cəmi 28,09 saniyə vaxt sərf edib. Ölkəmizi təmsil edən Vəli İsrafilov (18.10.2002) 32,48 saniyə nəticə ilə 19-cu yeri tutub.Sonra kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışları başlanıb. Burada iordaniyalı Kader Getric Baqla (15.09.1998) 4:00.13 saniyə nəticə göstərərək birinci yeri tutub.Beləliklə “Bakı-2017” üzgüçülük yarışlarının birinci gününün səhər sessiyası başa çatıb.xeber100.com

May 13, 2017 8:06

Tennis yarışları davam edir

Mayın 13-də Bakı Tennis Akademiyasında IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışları davam edir.Azərtac xəbər verir ki, bu gün Azərbaycanın və Qətərin kişilərdən ibarət komandalarının qarşılaşması gözlənilir. Həmçinin kişilərdən ibarət İordaniya-Pakistan, Türkiyə-Türkmənistan komandalarının, qadınlardan ibarət isə Pakistan-Türkiyə tennisçilərinin görüşü olacaq.xeber100.com

May 13, 2017 8:01

“Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadası keçiriləcək

Mayın 13-14-də Riqada, ”Elektrum” Olimpiya İdman Mərkəzində “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadası keçiriləcək. Yarışlarda 6-80 yaş arasında təqribən 2 min müxtəlif səviyyəli idmançı iştirak edəcək. İdman meydanında 14 ölkənin – Azərbaycan, ABŞ, Rusiya, Nepal, Almaniya, İtaliya, Portuqaliya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Estoniya, Litva və Latviyanın nümayəndələri qarşılaşacaqlar.Olimpiadada Azərbaycanı məşqçi Vasif Namazovun rəhbərliyi ilə Nəvai Əlizadə, Araz Abdullayev, Musa Abdullayev, Arzu Eyvazova, Natiq Alışov və başqa idmançılar təmsil edəcəklər.Olimpiadanın unikallığı bundadır ki, turnirdə, demək olar, bütün təkbətək döyüş növləri, o cümlədən cüdo, müxtəlif karate versiyaları, kiokusinkay, taekvando, zərbə qüvvəsi, pankration, qreppinq, sərbəst üsul, aykido, vin-çun, kikboksinq, K-1, MMA, kunqfu, kosiki karate, qurşaqtutma nəzərdə tutulub.xeber100.com

May 13, 2017 8:09

IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları başlayıb

Mayın 13-də Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları start götürüb.Azərtac xəbər verir ki, mayın 17-dək davam edəcək yarışların ilk günündə kişilər və qadınlar arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş, o cümlədən kişilərin və qadınların səngər stendi, 25 metrdən tapança ilə atəşaçma yarışları keçirilir.Kişilər arasında 25 metrdən tapançadan mərkəzə atış yarışının təsnifat mərhələsində Azərbaycanı Ruslan Lunev təmsil edir.Azərbaycan idmançılarından Şəfəq Əmrahova və Aydan Camalova isə qadınlar arasında səngər stendi yarışının təsnifat mərhələsində mübarizə aparırlar.Kişilər arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş açmaq yarışının təsnifat mərhələsində Azərbaycanı Əli Məcidli təmsil edir.Xatırladaq ki, atıcılıq ilk dəfə Olimpiya Oyunlarının proqramına 1896-cı ildən daxil edilib. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Zemfira Meftahətdinova qızıl medal qazanıb.xeber100.com

May 13, 2017 7:58

Həndbolçular arasında yarımfinal mərhələsinə start verilib

Mayın 13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarımfinal mərhələsinə start verilib.Azərtac xəbər verir ki, finala gedən mərhələdə əvvəlcə meydana Azərbaycanın və Özbəkistanın qadın həndbolçuları çıxıblar. Qadınlar arasında digər görüş Türkiyə və Kamerun yığmaları arasında keçiriləcək.Kişi həndbolçuların yarışında isə Səudiyyə Ərəbistanı-İraq, Əlcəzair-Türkiyə matçları oynanılacaq.Həndbol üzrə final yarışları mayın 14-də baş tutacaq.xeber100.com

May 13, 2017 7:54

“Neftçi” futbol klubunda yeni təyinat…

“Neftçi” futbol klubunun baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982-ci, 1985-1989-cu və 1991-1992-ci illərdə “Neftçi”nin heyətində 146 oyun keçirib 5 qol vuran N.Əzimov Azərbaycan çempionudur.“Kəpəz” və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı”nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub.xeber100.com

May 12, 2017 12:30

UEFA Avropa Liqasında cavab oyunları keçirilib

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.Azərtac xəbər verir ki, ilk oyunda səfərdə “Ayaks”a 4:1 hesabı ilə məğlub olan “Lion”u doğma meydandakı 3:1 hesablı qələbə də xilas etməyib. Hollandiyalılar azlıqda qalsalar da, sona qədər əzmkar oyun nümayiş etdirərək, finala çıxıblar.“Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” isə bu dəfə rəqibini “Old Trafford”da qəbul edib və oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. İki oyunun nəticəsinə görə “Mançester Yunayted” finala yüksəlib.Beləliklə, mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək final matçında “Mançester Yunayted”lə “Ayaks” üz-üzə gələcək.xeber100.com

May 12, 2017 12:26

“Qarabağ” klubu transfer çalışmalarını davam etdirir

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu bir futbolçusu ilə müqaviləni yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, komandanın yetirməsi və millimizin üzvü Qara Qarayev ilə yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən yarımmüdafiəçi daha iki il “Qarabağ”ın formasını geyinəcək.Futbolçu deyib: “Daha iki il "Qarabağ"ın heyətində çıxış etmək mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın xidmətində olmağa çalışacağam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəyəm”.xeber100.com

May 12, 2017 12:23

Tennis yarışına start verilib

Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışına start verilib.Azərtac xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışın ilk günündə kişi və qadın komandaları mübarizə aparırlar.Tennis yarışında 6 kortda paralel oyunlar keçirilir. Birinci kortda Azərbaycanın və Pakistanın kişilərdən ibarət komandaları qarşılaşırlar. Digər kortlarda İordaniya-Qətər, Səudiyyə Ərəbistanı–Türkiyə, Türkmənistan–Özbəkistan yığmaları üz-üzə gəlirlər.Qadınların yarışında Azərbaycan millisi Özbəkistan, Pakistan isə Türkmənistan ilə yarışır.IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət komandasının heyətində 6, qadınlardan ibarət kollektivdə isə 4 idmançı mübarizə aparır. Qaydalara əsasən, hər komandanın tərkibi 4 nəfərdən ibarətdir. Azərbaycan ev sahibi ölkə olduğuna görə kişilərdən ibarət komandamıza əlavə iki idmançının cəlb edilməsinə icazə verilib.xeber100.com

May 12, 2017 12:19
    Page 702 of 831« First«...102030...700701702703704...710720730...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az