Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışına start verilib.Azərtac xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışın ilk günündə kişi və qadın komandaları mübarizə aparırlar.Tennis yarışında 6 kortda paralel oyunlar keçirilir. Birinci kortda Azərbaycanın və Pakistanın kişilərdən ibarət komandaları qarşılaşırlar. Digər kortlarda İordaniya-Qətər, Səudiyyə Ərəbistanı–Türkiyə, Türkmənistan–Özbəkistan yığmaları üz-üzə gəlirlər.Qadınların yarışında Azərbaycan millisi Özbəkistan, Pakistan isə Türkmənistan ilə yarışır.IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət komandasının heyətində 6, qadınlardan ibarət kollektivdə isə 4 idmançı mübarizə aparır. Qaydalara əsasən, hər komandanın tərkibi 4 nəfərdən ibarətdir. Azərbaycan ev sahibi ölkə olduğuna görə kişilərdən ibarət komandamıza əlavə iki idmançının cəlb edilməsinə icazə verilib.xeber100.com