06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Mərakeş və İraq komandaları qarşılaşıblar

Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışının qrup mərhələsinin sonuncu turunda “B” qrupunda yer alan Mərakeş və İraq komandaları qarşılaşıblar.Azərtac xəbər verir ki, hər iki komandanın aktivində bir qələbə olduğu üçün həndbolçular yarımfinala vəsiqə uğrunda gərgin mübarizə aparıblar. Görüşün ilk hissəsində Mərakeş həndbolçuları cüzi fərqlə qalib gəliblər - 11:10. Lakin ikinci yarıda üstünlüyü ələ alan İraq yığması hissəni 15:11 hesabı ilə başa vurub. Ümumi hesabda 25:22 hesabı ilə qələbə qazanan İraq yığması Oyunların yarımfinalına vəsiqəni təmin edib.“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmanı bəhreynli hakimlər briqadası idarə edib.xeber100.com

May 11, 2017 11:55

Hollandiya millisinin baş məşqçi vəzifəsinə keçidi rəsmiləşib

Dik Advokatın futbol üzrə Hollandiya millisinin baş məşqçi vəzifəsinə keçidi rəsmiləşib.Azərtac xəbər verir ki, 69 yaşlı mütəxəssislə müqavilə imzalanıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.D.Advokatın köməkçisi vəzifəsinə Rud Qullit təyin edilib.D.Avdokat hazırda çalışdırdığı "Fənərbağça" ilə mövsümün sonu müqaviləsi başa çatdıqdan sonra Hollandiya millisində işinə başlayacaq.xeber100.com

May 11, 2017 11:35

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir.Azərtac xəbər verir ki, turnirin “B” qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib.“AZAL Arena”da təşkil olunan görüşün 27-ci dəqiqəsində türkiyəli futbolçu Melih Okutan hesabı açıb. İlk hissənin sonuncu dəqiqəsində Oğuzhan Kayar ikinci topu Oman millisinin qapısından keçirib. Görüşün birinci hissəsi Türkiyə millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.İkinci hissəyə daha fəal başlayan Oman millisi 58-ci dəqiqədə Ahmed Əl-Matruşi, 63-cü dəqiqədə isə Salaah Əl-Yahyainin qolu ilə hesabı bərabərləşdirib. Görüşün 72-ci dəqiqəsində Türkiyə yığmasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Muhsen Əl-Qassani Oman millisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.Beləliklə, Oman millisi Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub edib.Qeyd edək ki, Oman ilk oyunda Fələstin yığması ilə qarşılaşıb və görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Türkiyə isə Əlcəzair millisi ilə görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.xeber100.com

May 11, 2017 11:32

IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə konsert proqramı təşkil olunub

“Aygün City”də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə boulinq yarışması və konsert proqramı təşkil olunub.Azərtac xəbər verir ki, yarışda nazirliyin əməkdaşları, jurnalistlər, idmançılar və estrada ulduzları iştirak ediblər.İdman tədbirlərinin təşkilatçısı Bəhruz Səmədov çıxış edərək bildirib ki, belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları nümayiş etdirəcək. IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcəkdir.Xatırladaq1 ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Bakıda təşkil olunacaq. 50-dən çox İslam ölkəsindən olan üç mindən çox atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaqlar. Yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq.xeber100.com  

May 10, 2017 11:33

UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində…

Mayın 9-da UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində ilk cavab oyunu keçirilib.Azərtac xəbər verir ki, Turinin “Yuventus” klubu öz meydanında turnirin sürprizi Fransanın “Monako” kollektivini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Yuventus”un heyətində Mandzukiç və Dani Alveş fərqləniblər, “Monako”nun yeganə qoluna isə Mbappe imza atıb.İlk matçda səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Qoca sinyora” finala vəsiqə qazanıb.İtaliyalıların finaldakı rəqibi bu gün oynanılacaq “Atletiko”-“Real” qarşılaşmasından sonra müəyyənləşəcək.xeber100.com

May 10, 2017 11:26

Həndbol yarışlarının ikinci gününə start verilib

Mayın 10-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində kişi və qadınlar arasında həndbol yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, bu gün kişilər arasında yarışda "A" qrupunda Əlcəzair-Pakistan və Azərbaycan-Səudiyyə Ərəbistanı qarşılaşmaları keçiriləcək. "B" qrupunda yer alan komandalardan Türkiyə milli yığması İraq kollektivi, İordaniya həndbolçuları isə Mərakeş təmsilçiləri ilə qarşılaşacaqlar.Qadınların yarışında isə Kamerun həndbolçuları Türkiyə komandası ilə, Azərbaycan təmsilçiləri Özbəkistan yığması ilə üz-üzə gələcək.xeber100.com

May 10, 2017 11:22

Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzinin açılışı olub

Azərbaycan Cüdo Federasiyasının Mingəçevir Təlim-Məşq Mərkəzinin açılışı olub.AzərtacC xəbər verir ki, açılış mərasimində federasiya rəsmiləri, şəhər icra hakimiyyətinin məsul işçiləri, Olimpiya çempionu Nazim Hüseynov, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər.Natiqlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Mingəçevir şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Mingəçevir və ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.xeber100.com

May 10, 2017 11:19

“Kəpəz” futbol klubu yeni müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən “Kəpəz” klubu son mövsümdə komandanın heyətində çıxış etmiş daha 3 futbolçu ilə yeni anlaşma əldə edib.Azərtac kluba istinadla xəbər verir ki, yarımmüdafiəçilər Vüqar Bəybalayev, Ceyhun Cavadov və hücumçu Tural Rzayev ilə müqavilə uzadılıb.Futbolçular gələn mövsümdə də “sarı-göylər”in şərəfini qoruyacaqlar.xeber100.com  

May 10, 2017 11:11

Voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimizin heyətində birincilik uğrunda Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Emil Abdullayev, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Bartlomiej Lipinski, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Yusuf Ərdəm, Milos Hebda və Kənan Allahverdiyev yarışacaqlar.Voleybolçularımız IV İslam Həmrəyliyi Oyunlarının “A” qrupunda Türkiyə, Türkmənistan və Pakistan yığmaları ilə qarşılaşacaqlar. Millimiz ilk oyununu mayın 11-də Pakistan yığmasına qarşı keçirəcək.xeber100.com

May 10, 2017 11:02

Yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək

Gürcüstanda dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mayın 13-dən 14-dək Batumidə 13 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Heyətdə Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev, Elvin Mustafayev (hər ikisi 55 kq), Kamran Mirzəliyev, Elvin Musayev (hər ikisi 60 kq), Cavid Miralayev (74 kq), Tuncay Vəzirzadə, Aslan Məmmədov (hər ikisi 84 kq), Tehran Əminzadə, Soslan Fanziyev, Nizami Şəmilov, Sayqidmaqomed Omarov (hamısı 96 kq) yer alıblar.Turnirin ilk günündə 50, 60, 74, 96, ikinci günündə isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.xeber100.com

May 10, 2017 10:51
    Page 703 of 830« First«...102030...701702703704705...710720730...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az