Naxçıvanda “Nakhchivan Open-2017” şahmat festivalı davam edir.Azərtac xəbər verir ki, üç qrupdan (“A”,”B”,”C”) ibarət turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.“A” qrupunda 9 ölkədən – Azərbaycan, Belarus, Gürcüstan, Bolqarıstan, Almaniya, İran, Rusiya, Türkiyə və Özbəkistandan 47 şahmatçı, o cümlədən FIDE adlarının sahibi olan 42 şahmatçı iştirak edir.Üç turdan sonra “A” qrupunda hər biri 2,5 xal toplayan Azərbaycan şahmatçıları Nicat Abbasov, Vüqar Əsədli, Misrəddin İsgəndərov, Günay Məmmədova, Ülvi Sadıqov, habelə Vladimir Burmakin (Rusiya), Nikita Mayorov (Belarus) və İqor Henkin (Almaniya) liderlik edirlər. Yeddi şahmatçı hərəyə 2 xal toplayıb, 17 şahmatçının hər birinin aktivində 1,5 xal var.“B” qrupunda 92 iştirakçı (onların ikisi FİDE adlarının sahibidir), “C” qrupunda 159 şahmatçı mübarizə aparır.“A” turnirinin birinci mükafatı 5 min dollardır.xeber100.com