08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Yuventus” Fransada “Monako” ilə qarşılaşıb

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, İtaliya təmsilçisi “Yuventus” Fransada “Monako” ilə qarşılaşıb. Oyunda hesab 29-cu dəqiqədə açılıb. Qonzalo İquayn İtaliya klubunu hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb.İkinci hissədə böyük qüvvə ilə hücuma atılan “Monako” qapısında ikinci qolu görüb. Argentinalı hücumçu Qonzalo İquayn 59-cu dəqiqədə meydan sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmanın qalan dəqiqələri Fransa təmsilçisinin çoxsaylı hücumları ilə keçib. Lakin “Yuventus”un etibarlı müdafiə xəttini yarmaq mümkün olmayıb. Oyun İtaliya təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.Mayın 3-də, həmçinin Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Hollandiya təmsilçisi “Ayaks” turnirin favoritlərindən sayılan Fransanın Avropadakı daha bir təmsilçisi “Lion”u qəbul edib. Bu dəfə də fransızlar meydanı məğlub tərk ediblər. Qarşılama 4:1 hesabı ilə “Ayaks”ın qələbəsi ilə başa çatıb.xeber100.com

May 4, 2017 11:49

Beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib

Mayın 4-də “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib.Azərtac xəbər verir ki, ikinci mərhələdə velosipedçilər Şıxovdan start götürərək 187 kilometr məsafə qət edərək İsmayıllıya çatacaqlar.Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.İştirakçılar üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.xeber100.com

May 4, 2017 11:43

Azərbaycan kuboku uğrunda yarışın final oyununa təyinatlar açıqlanıb

“Qarabağ” və “Qəbələ” klubları arasında keçiriləcək futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın final oyununa təyinatlar açıqlanıb.Azərtac xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Fariz Yusifov olacaq. Ona Vaqif Musayev, Namiq Hüseynov və Əliyar Ağayev kömək edəcəklər.Görüşdə AFFA nümayəndəsi Əli Hüseynov, hakim-inspektor isə Məlik Həsənov olacaq.“Qarabağ”-“Qəbələ” oyunu mayın 5-də saat 16:00-da başlayacaq.xeber100.com

May 4, 2017 11:27

IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında…

Mayın 3-də Azərbaycan Uşu Federasiyası IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək uşu-sanda üzrə yığma komandanın hazırlığı, planları ilə bağlı mətbuat konfransı keçirib.Azərtac xəbər verir ki, Azərbaycan Uşu Federasiyasının prezidenti A.Həsənsoy mətbuat konfransında IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında 17 ölkədən idmançıların çıxış edəcəyini bildirib. Diqqətə çatdırıb ki, ölkəmiz bu idman növündə 7 çəki dərəcəsindən 6-da təmsil olunacaq.Ötən oyunlara 3 idmançı ilə qatıldıqlarını deyən federasiya prezidenti bir gümüş və bir bürünc medal qazanıldığını vurğulayıb.xeber100.com

May 3, 2017 12:03

Stolüstü tennis turniri keçirilib

Mayın 1-2-də Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi təyinatlı ali məktəblərin tələbə və müdavimləri arasında stolüstü tennis turniri keçirilib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan turniri Gömrük Akademiyası təşkil edib.Turnirdə Dövlət Gömrük Komitəsinin, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin akademiyaları, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Milli Aviasiya Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin komandaları iştirak ediblər.xeber100.com

May 3, 2017 11:53

UEFA Çempionlar Liqasının ilk oyunu keçirilib

Mayın 2-də UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.Azərtac xəbər verir ki, Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan görüşdə əzəli rəqiblər – “Real” və “Atletiko” qarşılaşıb. Matçda üstün tərəf olan “Real” portuqaliyalı ulduzu Kriştiano Ronaldonun 10, 73 və 86-cı dəqiqələrdə vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib.Bununla da K.Ronaldo Çempionlar Liqasında ardıcıl ikinci oyunda het-trik edib. Bundan əvvəl, o, Münxenin “Bavariya” klubunun qapısından 3 top keçirmişdi.Beləliklə, “Kral” klubu ardıcıl ikinci il Çempionlar Liqasının finalına vəsiqə qazanmağa yaxınlaşıb.Qeyd edək ki, Dieqo Simeonenin komandası UEFA Çempionlar Liqasının 2013-2014-cü və 2015-2016-cı il mövsümlərinin final qarşılaşmalarında “Real Madrid”ə məğlub olub.Yarımfinal mərhələsinin digər matçı bu gün Fransada “Monako” və “Yuventus” komandaları arasında baş tutacaq.xeber100.com

May 3, 2017 11:50

Beynəlxalq velosiped turuna start verilib

Mayın 3-də 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verilib.Azərtac xəbər verir ki, turun birinci mərhələsi Dövlət Bayrağı Meydanında başlayıb və velosipedçilər 150 kilometr qət edərək Sumqayıta çatacaqlar.Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.İştirakçılar ikinci mərhələdə Bakı-İsmayıllı (187 km), üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.xeber100.com

May 3, 2017 11:47

Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib

IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız növbəti dəfə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.Xatırladaq ki, voleybolçularımız bundan əvvəl Sloveniyada “Maribor” klubunu və Səudiyyə Ərəbistanı yığmasını 4:1 hesabı ilə məğlub etmişdi.xeber100.com

May 3, 2017 11:10

Futbol üzrə Avropa Liqasına hazırlıq prosesləri başlayıb

Futbol üzrə Avropa Liqasına vəsiqə qazanan “Zirə” heyətlə bağlı çalışmalara start verib.Azərtac kluba istinadla xəbər verir ki, baş məşqçi Ayxan Abbasov müqaviləsi başa çatan 3 futbolçu ilə yolları ayırmağı qərara alıb. Anlaşması başa çatan Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb.“Zirə” hər 3 futbolçuya göstərdikləri xidmətə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.xeber100.com

May 3, 2017 11:06

“Daşkənd Open 2017” turniri start götürüb

Sabah Daşkənddə 11-ci “Daşkənd Open 2017” turniri start götürüb.Azərtac xəbər verir ki, Özbəkistanın birinci qrossmeysteri Georgi Aqzamovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.Turnirin “A” qrupunda 15 ölkədən 71 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edəcək. Yarışda Azərbaycanı qrossmeyster Vüqar Rəsulov təmsil edəcək. Vüqarın birinci rəqibi yerli şahmatçı Baxtior Cumayev olacaq. O, qara fiqurlarla oynayacaq.Geoergi Aqzamovun xatirə turniri çərçivəsində yarışlar iki qrupda - əsas “A” və 12 yaşa qədər uşaqların yarışacağı “B” qruplarında keçiriləcək.Ümumi mükafat fondu 20 min ABŞ dolları olan turnir mayın 10-da başa çatacaq.xeber100.com

May 2, 2017 1:38
    Page 708 of 831« First«...102030...706707708709710...720730740...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az