Cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək

Martın 10-12-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan millisinin yarış üçün heyəti açıqlanıb. Yarışda ölkəmizi 51 cüdoçu təmsil edəcək.Məşqçilər heyəti kişilərin yarışında Orxan Səfərov, Oruc Vəlizadə, Mehman Sadiqov, Natiq Qurbanlı (hamısı 60 kq), Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Vüqar Şirinli, Emil Həsənov (hamısı 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Elvin Mustafayev, Telman Vəliyev (hamısı 73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Tural Hüseynov, Vüqar Bayramov (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əbdulhaqq Rəsullu, Aslan Mirzəyev (hamısı 90 kq), Elmar Qasımov, Elxan Məmmədov, Zelim Kotsoyev, Sənan Əhmədov (hamısı 100 kq), Uşanqi Kokauri, İsa Hüseynov, Ayxan Cəfərov və Kənan Abdullaxanlıya (hamısı 100 kq-dan yuxarı) şans verəcəklər.Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva, Şəfəq Məmmədova, Şəfəq Həmidova (hamısı 48 kq), Nəzakət Əzizova, Gülşən Nəzərova, Gültac Məmmədəliyeva (hər üçü 52 kq), Səkinə Zairova, Leyla Şahin, Günel Bəkirzadə, Şəhanə Əlməmmədova (hamısı 57 kq), Xanım Hüseynova, Nuriyə Axundova, Gülsədəf Kərimova, Diana Şoranova (hamısı 63 kq), Validə Mirzəzadə, Nərgiz İbrahimova, Rəfiqə Mənsimova, Nərgiz Hacıyeva (hamısı 70 kq), Günel Həsənli, Fəridə Səfərova (hər ikisi 78 kq), Şəms Hacıyeva və Bəsti Səfərova (78 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.xeber100.com

Fevral 27, 2017 11:29

Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib

Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib. Qış hazırlıq prosesini başa vuran velosipedçilər mövsümün ilk yarışında iştirak ediblər.Azərtac xəbər verir ki, Bakı Olimpiya Stadionunun ətrafında baş tutan yarışda klub və cəmiyyətlərin ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparıb. Startdan öncə yeni mövsümün açılışı ilə əlaqədar Azərbaycanın dövlət himni səsləndirilib. Üç yaş qrupu üzrə təşkil olunan yarış Handikap sistemi üzrə keçirilib.Qızlar arasında 30 kilometr məsafəyə yarışda 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri ilk üçlükdə qərarlaşıblar - Validə Cabbarova və Ayan Xankişiyeva finiş xəttini 1 saat 4 dəqiqə 35 saniyəyə keçsələr də, fotofinişə əsasən Validə 1-ci, Ayan 2-ci olub. Onlardan 2 saniyə geri qalan Elfanə Camalova isə 3-cü yeri tutub.On yeddi yaşadək oğlanlar da 30 kilometr məsafəyə mübarizə aparıblar və bu kateqoriyada 1-ci yerə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Nikita Sıtov sahib olub. 8 saylı İdman Olimpiya Məktəbinin üzvləri Emil Əliyev və Əhməd Əhmədov isə qalibə 12 saniyə uduzmaqla 2-3-cü yerləri bölüşüblər.Gənclər kateqoriyasında “Lokomotiv” klubunun nümayəndəsi Mahmud Məmmədov 60 kilometr məsafəni 1 saat, 37 dəqiqə, 55 saniyəyə başa vurmaqla çempion olub. Ondan müvafiq olaraq 3 dəqiqə 40 saniyə və 3 dəqiqə 41 saniyə geri qalan Musa Mikayılzadə (BCP/Lokomotiv) və Mikayıl Səfərli (8 saylı Olimpiya İdman Məktəbi) isə 2-ci və 3-cü olublar.xeber100.com

Fevral 27, 2017 11:20

Bədən Tərbiyəsi və İdman Akademiyasının məlumatı

Son dövrlər idman təhsili sahəsində yenilikləri ilə seçilən Bədən Tərbiyəsi və İdman Akademiyası 2017-2018-ci tədris ili üçün yeni magistr ixtisasları ilə yanaşı, yeni bakalavr ixtisasları üzrə də tələbə qəbul etməyə hazırlaşır.Akademiyadan Azərtac-a bildiriblər ki, Azərbaycanda ali təhsilin bakalavr səviyyəsi üzrə ixtisasların sayı artırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli qərarına əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişikliklər edilərək yeni ixtisaslar yaradılıb. “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “Məşqçi (idman növü üzrə)”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman menecmenti və kommunikasiya” ixtisasları əlavə edilib.Bundan əlavə, Akademiyada bakalavr səviyyəsində "Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi" ixtisası tədris olunacaq. Ümumilikdə isə ADBTİA-da 2017-2018-ci tədris ili üçün bakalavr təhsil səviyyəsi üzrə məşqçi (idman növü üzrə) – (ötən illərdə olan “Bədən tərbiyəsi və idman” ixtisasının yerinə), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, idman menecmenti və kommunikasiya, bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasları üzrə tələbə qəbulu aparılması planlaşdırılır.Bu ixtisaslar üzrə tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.xeber100.com

Fevral 26, 2017 11:10