08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Borussiya Mönhenqladbax” ilə qarşılaşmada…

Argentina millisinin və “Barselona” futbol klubunun forvardı Lionel Messi cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu qolların sayını 10-a çatdırıb.Azərtac  xəbər verir ki, argentinalı hücumçu buna qrup mərhələsinin son turunda “Borussiya Mönhenqladbax” ilə qarşılaşmada fərqlənməklə nail olub.Bununla da Messi Çempionlar Liqasının qrupunda 10 qol həddinə çatan ikinci futbolçu olub. Rekord ötən mövsüm qrupu 11 qolla tamamlayan “Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya məxsusdur.Argentinalı ulduz Çempionlar Liqasında ümumi qollarının sayını isə 93-ə çatdırıb.

Dekabr 7, 2016 12:13

Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub. Komandanın üzvlərindən Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi turnirdə qadınların mübarizəsində təmsil edə bilməyəcək.Azərtac xəbər verir ki, bu sözləri Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.Vitse-prezident qeyd edib ki, hər iki idmançının yarışda iştirak etməsi gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, P.Abakarovanın ayaq, F.Əzizovanın isə bel nahiyəsində zədələrin tam sağalmadığı aşkarlanıb və nəticədə onların turnirdə iştirak etməsi məqbul sayılmayıb.Beləliklə, Qran-pri yarışının finalında qadın taekvandoçularımızdan ölkəmizi yalnız Yaprak Eriş (57 kq) təmsil edəcək.Komandalararası dünya çempionatında isə heyətdə dəyişiklik olmayıb. Ölkəmiz çempionata Safiye Polat (49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Ooginkdan (73 kq) ibarət heyətlə qatılacaq.xeber100.com  

Dekabr 7, 2016 12:06

Futbolçularının xatirəsinə həsr edilən yoldaşlıq oyunu keçiriləcək

Braziliyanın “Şapokoense” klubunun təyyarə qəzasında həlak olmuş futbolçularının xatirəsinə həsr edilən yoldaşlıq oyunu keçiriləcək.Azərtac xəbər verir ki, xeyriyyə məqsədilə təşkil edilən yoldaşlıq oyunu Braziliya və Kolumbiya yığmaları arasında olacaq. Oyundan əldə edilən gəlir qəzada dünyasını dəyişənlərin ailələrinə veriləcək.Qarşılaşmanın yanvarda “Marakana” stadionunda və ya “Şapokoense”nin meydanında keçirilməsi nəzərdə tutulub.Matçın keçiriləcəyi tarix və stadionun adı yaxın günlərdə müəyyənləşəcək.xeber100.com

Dekabr 7, 2016 11:58

UEFA-nın reytinq siyahısı açıqlanıb

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin VI turunun ilk oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, keçirilən 8 qarşılaşma 10 ölkənin xal aktivini artırması ilə nəticələnib. Lakin onların heç biri bu qazancdan yararlanıb mövqeyini dəyişə bilməyib. Nəticədə qitənin 54 ölkəsinin sıralamasında heç nə dəyişməyib. Bu, təmsilçiləri “Qəbələ” və “Qarabağ” dekabrın 8-də meydana çıxacaq Azərbaycanın da 25-ci pillədə qalmasına səbəb olub. Son 5 mövsümə 17,750 xal qazanan Azərbaycan ən yaxın izləyicisi Kipri 0,200 xal qabaqlayır.Qeyd edək ki, siyahıya 96,570 xalla İspaniya başçılıq edir. Almaniya 75,784 xalla ikinci, İngiltərə isə 71,676 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 7, 2016 11:44

“Bavariya” klubu ilə yeni müqavilə imzalanacaq

Futbol üzrə Polşa millisinin hücumçusu Robert Levandovski dekabrın sonunadək Münxenin “Bavariya” klubu ilə yeni müqavilə imzalayacaq.Azərtac xəbər verir ki, bunu “Kicker” nəşrinə müsahibəsində forvardın məsləhətçisi Mark Bartel açıqlayıb. Onun sözlərinə görə, sövdələşmə artıq yeni ilədək həllini tapmalıdır. Məlum olub ki, Levandovski yeni müqavilənin şərtlərinə görə, mövsümə 15 milyon avro alacaq.2014-cü ildə Almaniyanın ən titullu komandasına transfer olunan 28 yaşlı polşalı hücumçunun Münxen klubu ilə mövcud müqaviləsi 2019-cu ilədək nəzərdə tutulub.xeber100.com

Dekabr 6, 2016 10:56

Liderlər akademiyasının seminar-müşavirəsi keçirilir

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin liderlər akademiyasının seminar-müşavirəsi işə başlayıb.Azərtac xəbər verir ki, tədbirdə Avrasiyanın 40-dan çox ölkəsindən nümayəndələr, deputatlar və idman xadimləri iştirak edirlər.Əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov əqli imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasında xüsusi olimpiya hərəkatının rolunu yüksək qiymətləndirib. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard, Avropa Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Evangines də bu humanist hərəkatın dünya miqyasında rəğbətlə qarşılandığını qeyd edərək Azərbaycanda görülən işləri yüksək qiymətləndiriblər.Çıxışlardan sonra müzakirələr aparılıb.Seminar-müşavirə dörd gün davam edəcək.xeber100.com

Dekabr 6, 2016 10:49

Futbol üzrə kubok yarışlarının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə oynanılacaq.Dekabrın 13-də keçiriləcək matçlara Qəbələdə start veriləcək. Ardınca digər üç görüş paytaxtda təşkil olunacaq. Dörddəbir finalın ilk oyunları çərçivəsində “Qəbələ”–AZAL, “Zirə”–“Neftçi”, “İnter”-“Kəpəz” və “Qarabağ”–“Sumqayıt” görüşləri keçiriləcək.Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 21-də təşkil olunacaq.xeber100.com

Dekabr 6, 2016 10:44

Formula-1 üzrə qeydiyyat prosesinə start verilib

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələn il keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramı üçün dekabrın 5-də qeydiyyat prosesinə start verib.BŞH-dən Azərtac-a bildiriblər ki, Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla keçirilməsinə töhfə vermək istəyən, yaşı 21-dən çox olan hər kəs yaşayış yerindən asılı olmayaraq, marşal proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar Bakıda keçiriləcək Formula-1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanı əldə edəcəklər.Formula-1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təsdiq etdiyi sertifikat təqdim olunacaq. Bu sertifikat marşallara, təkcə Azərbaycanda deyil, Formula-1 üzrə Qran-pri yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.xeber100.com

Dekabr 6, 2016 10:29

Basketbol üzrə respublika birinciliyinin qalibi müəyyənləşib

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında respublika birinciliyi davam edir.Azərtac xəbər verir ki, təqvim planına şahmat, dama, stolüstü tennis, voleybol və basketbol daxildir.Oğlanlar arasında basketbol yarışı Bakı 2 nömrəli Baza Tibb Kollecinin idman zalında keçirilib.Bütün rəqiblərindən üstün olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi qalib adını qazanıb. Bakı 2 nömrəli Baza Tibb Kollecinin təmsilçiləri ikinci, Bakı Qida Sənayesi Kollecinin yetirmələri isə üçüncü olublar.xeber100.com

Dekabr 5, 2016 11:40

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda…

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Ağdamın "Qarabağ" klubu İtaliyanın “Fiorentina” komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, qarşılaşmanın biletləri artıq satışa çıxarılıb. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.Sektorlardan asılı olaraq biletlərin qiyməti 1, 2, 5, 10, 20, VİP sektorlara isə 50 manatdır.Qeyd edək ki, “Qarabağ”–“Fiorentina” matçı dekabrın 8-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.xeber100.com

Dekabr 5, 2016 11:34
    Page 779 of 831« First«...102030...777778779780781...790800810...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az