Azərbaycan kuboku yarışlarında növbəti final matçları keçirilib

Dekabrın 3-də futbol üzrə Azərbaycan kuboku yarışlarında növbəti səkkizdəbir final matçları keçirilib.Azərtac xəbər verir ki, oynanılan dörd qarşılaşma ilə növbəti dörddəbir finalçıların adlarına aydınlıq gəlib.Bu dəfə də püşk I divizion təmsilçiləri ilə elita klublarını üz-üzə qoyub. Ötən gün olduğu kimi bu görüşlərdə də elita təmsilçiləri rahatlıqla mərhələ adlamağı bacarıblar.Qusarın “Şahdağ” klubu “Kəpəz”lə üz-üzə gəlib. Gəncə təmsilçisi I divizion klubunu böyük hesabla məğlub edərək dörddəbir mərhələyə adlayıb - 5:1.“Turan Tovuz” komandası “Zirə”dən zəif olub. Qonaqlar minimal hesabla meydan sahiblərinə qalib gəlməklə növbəti mərhələni təmin ediblər -1:0.“Zaqatala” isə “Qəbələ”nin qonağı olub. Oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Penalti seriyasında 6:3 hesabı ilə qalib gələn “Qəbələ” dörddəbir finala yüksələn tərəf olub.Püşkdə bəxti gətirməyən “Səbail” klubu “Qarabağ”ın darmadağını ilə üzləşib – 5:0. Ağdam təmsilçisi asan qalibiyyət ilə adını növbəti mərhələyə yazdırıb.Beləliklə, dörddəbir finalda "Zirə"–"Neftçi", “Qarabağ”–"Sumqayıt", "İnter"–"Kəpəz" və "Qəbələ"–AZAL görüşləri oynanılacaq. Bu mərhələnin ilk oyunları dekabrın 11-13-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.xeber100.com

Dekabr 3, 2016 6:21

“Qarabağ”–“Qəbələ” matçı müzakirə edilib

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIII turunun “Qarabağ”–“Qəbələ” matçında baş verənləri müzakirə edib.Azərtac xəbər verir ki, komitə üzvləri görüş zamanı yaşanan neqativ hallara hüquqi qiymət veriblər. Ağdam təmsilçisinə ümumilikdə 6400 manat cərimə cəzası kəsilib.Dörd futbolçusu sarı vərəqə ilə cəzalanan “Qarabağ” 800 manat cərimə olunub. Görüşün 39-cu dəqiqəsində ev sahiblərinin məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.Qarşılaşmanın 90+4-cü dəqiqəsində yaşananlar da komitənin diqqətindən yayınmayıb. “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün dörd oyun cəzalanıb və kluba 3200 manat cərimə kəsilib.Matçın videoyazısı izlənildikdən sonra müəyyən olunub ki, 90+4-cü dəqiqədə “Qarabağ”ın digər üzvü Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Lakin bu hakimin diqqətindən yayınıb. Bu səbəbdən futbolçu iki oyun cəzalanıb və klub 1600 manat xərcə düşüb.“Qarabağ”ın 2-ci qolundan sonra klubun ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb.Bunda başqa, növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub. Hər iki kluba nizam-intizam qaydalarına ciddi şəkildə əməl edilməsi və bu halların yenidən təkrarlanmaması tapşırılıb.xeber100.com

Dekabr 1, 2016 11:14