08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir

Bakı İdman Sarayında güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.Azərtac xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi iştirak edir.Proqrama əsasən, yarışın ikinci günüdə qadın güləşçilər mübarizəyə qoşulublar.Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 12 qadın güləşçimiz birincilik uğrunda mübarizə aparır. Yarışda ölkəmizi Patimat Baqomedova, Şəfəq Muradzadə, Sona Tumarxanova (hər üçü 48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Alyona Kolesnik, Solmaz Həşimzadə (hər ikisi 55 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edirlər.Beynəlxalq turnirin rəsmi media tərəfdaşı Azərtac-dır.xeber100.com

Noyabr 25, 2016 10:48

UEFA kubokunun elit-raund mərhələsində…

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” ikinci oyununu keçirib.Azərtac xəbər verir ki, təmsilçimiz Xorvatiyada Rusiyanın “Uqra” komandası ilə qarşılaşıb. Oyun 4:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb.“Araz” son oyunda Almaniyanın “Hamburq” komandası ilə qarşılaşacaq. Oyun noyabrın 26-da Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.xeber100.com

Noyabr 25, 2016 10:41

UEFA Avropa Liqasının beşinci turunun oyunları keçiriləcək

Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycanın bu turnirdə mübarizə aparan “Qarabağ” və “Qəbələ” komandaları da növbəti oyunlarına çıxacaqlar.“Qəbələ” komandası doğma meydanda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək oyunu ukraynalı referi Yevgeni Aranovski idarə edəcək.“Qarabağ” klubu isə səfərdə Çexiyanın “Slovan Libereç” komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı isveçli hakim Stefan Yohannesson idarə edəcək.Ağdamlılar Çexiya səfərində qələbə qazana bilsələr, UEFA Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcəklər. Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixi nailiyyətə imza atmasına kifayət edir. Bunun üçün “Fiorentina” öz meydanında PAOK-a uduzmamalıdır.xeber100.com

Noyabr 24, 2016 11:43

AZAL-la qarşılaşmanın hazırlığına start verilib

Premyer Liqanın son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" futbol klubu ikigünlük istirahəti başa vurub. Komanda artıq "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib.“Sumqayıt” FK-nın mətbuat xidmətindən Azərtac–a bildirilib ki, son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb.Qeyd edək ki, Premyer Liqanın 13-cü turunda "Sumqayıt" AZAL ilə qarşılaşacaq. Oyun noyabrın 27-də “AZAL Arena” stadionunda keçiriləcək.xeber100.com

Noyabr 24, 2016 11:39

Çempionlar Liqasının 2016/2017-ci il mövsümü üçün heyəti dəqiqləşib

Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandasının Çempionlar Liqasının 2016/2017-ci il mövsümü üçün heyəti dəqiqləşib.Azərtac xəbər verir ki, heyətdə Ceyran Əliyeva, Marten Bettendorf (ABŞ), Anastasiya Qurbanova, Malika Kanzonq (Tailand), Ayşən Abduləzimova, Mersi Moim (Keniya), Danitsa Radenkoviç (Serbiya), Yekaterina Jidkova, Valeriya Məmmədova, Edina Dobi (Macarıstan), Aynur Kərimova və Şəfaqət Həbibova yer alıblar.Qeyd edək ki, “Azərreyl” “Dabrova Qornitsa” (Polşa), “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) ilə birgə “C” qrupunda mübarizə aparacaq.xeber100.com

Noyabr 24, 2016 11:22

“Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb

Bakı İdman Sarayında güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb.Azərtac xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Proqrama əsasən, yarışın ilk günündə sərbəst güləşçilər mübarizə aparırlar.Sərbəst güləş yarışlarında baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusu 22 güləşçimizi sınaqdan keçirir.xeber100.com  

Noyabr 24, 2016 11:13

Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi işə başlayıb

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi işə başlayıb.Azərtac xəbər verir ki, “Boulevard Hotel Baku”da təşkil olunan tədbirə 89 ölkədən 200-dən çox nümayəndə qatılıb. Daha 29 ölkə isə səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. Beləliklə, ICF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edəcək.Proqrama əsasən, tədbirin ilk günündə növbədənkənar konqres keçirilib.ICF-in prezidenti Xose Perurena Lopez Konqresi açıq elan edib.Sonra sonuncu Konqresdən ötən müddətdə qurumun dünyasını dəyişən üzvlərinin xatirəsi yad olunub.xber100.com

Noyabr 24, 2016 11:09

XXVIII spartakiadanın bağlanış mərasimi olub

Noyabrın 22-də Bakı şəhər məktəbliləri arasında keçirilmiş XXVIII spartakiadanın bağlanış mərasimi olub.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, tədbirdə çıxış edənlər ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan danışıb, sağlam nəslin yetişməsi baxımından belə yarışların əhəmiyyətini diqqətə çatdırıblar.Qeyd edək ki, Bakı şəhər məktəbliləri arasında keçirilən XXVIII spartakiadada 747 idmançı (511 oğlan, 236 qız) iştirak edib. Spartakiadanın yekun nəticələrinə görə Xətai rayonu 21 xalla birinci, Sabunçu rayonu 34 xalla ikinci, Suraxanı rayonu 41 xalla üçüncü, Qaradağ rayonu 41 xalla dördüncü, Yasamal rayonu 44 xalla beşinci, Nəsimi rayonu 51 xalla altıncı, Nərimanov rayonu 55 xalla yeddinci, Səbail rayonu 56 xalla səkkizinci, Binəqədi rayonu 61 xalla doqquzuncu, Nizami rayonu 63 xalla onuncu, Xəzər rayonu 93 xalla on birinci yeri tutub.Sonda spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda birinci, ikinci və üçüncü yerləri tutan rayon komandalarının nümayəndələri kubok və müvafiq dərəcəli diplomlarla təltif olunublar.xeber100.com

Noyabr 23, 2016 11:11

Beynəlxalq turnirin final mərhələsi başlayır

Noyabrın 24-də güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayır. Sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən məlumata görə, turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, bir gün sonra isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.xeber100.com

Noyabr 23, 2016 11:02

İntizam Komitəsinin iclası keçirilib

Noyabrın 22-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, yığıncaqda UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymət verilib.Məsələ AFFA və Peşəkar Futbol Liqası tərəfindən ciddi şəkildə araşdırılır. Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən 22 futbolçu, 1 klub rəsmisi və 1 hakim araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.xeber100.com

Noyabr 23, 2016 10:54
    Page 784 of 831« First«...102030...782783784785786...790800810...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az