16 Aprel 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Avropa Liqasının V turu çərçivəsində…

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qəbələ”–“Anderlext” (Belçika) oyununun biletləri satışa çıxarılıb.Azərtac xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarından almaq olar.xeber100.com  

Noyabr 22, 2016 10:05

Şahmat turniri keçirilib

Azərbaycan Şahmat Federasiyasında 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş şahmat turniri keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Az'rtac-a bildiriblər ki, şahmat turniri İqtisadiyyat Nazirliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında beynəlxalq usta Rəhim Qasımovun hakimliyi altında İsveçrə sistemi əsasında keçirilib və yarış 9 turdan ibarət olub.Turnirin keçirilməsində məqsəd ölkəmiz üçün önəmli olan günlərin bir daha xatırladılması, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.Turnirdə 1-ci yeri Sənan Quliyev, 2-ci yeri Fazil Alməmmədov, 3-cü yeri Tünar Quluyeva tutublar.xeber100.com

Noyabr 22, 2016 10:03

Çempionlar Liqasının qrup mərhələsində…

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək sonuncu dörd klub müəyyənləşib. Belə ki, “Əczaçıbaşı” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa), “Modena” (İtaliya) və “Dinamo” (Krasnodar, Rusiya) klubları növbəti mərhələdə oynamaq şansı əldə ediblər.Azərtac xəbər verir ki, bu klublardan “Dabrova Qornitsa” komandası “Azərreyl”, “Modena” kollektivi isə “Telekom” komandası ilə qarşılaşacaq.“Dəmiryolçular”ın “C” qrupunda digər rəqibləri “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) komandalarıdır.“Rabitəçilər” isə “A” qrupunda, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) klubları ilə yarışacaqlar.xeber100.com

Noyabr 21, 2016 10:59

Topaz Premyer Liqasında XII turun növbəti matçı oynanılıb

Noyabrın 20-də futbol üzrə Topaz Premyer Liqasında XII turun növbəti matçı oynanılıb.Azərtac xəbər verir ki, ikinci oyun günündə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “İnter” autsayder “AZAL”ı sınağa çəkib. Paytaxt derbisində sevinən tərəf meydan sahibləri olub–3:0.“İnter”in heyətində 22-ci dəqiqədə Ruslan Abışov, 56-da İlkin Qırtımov və 65-də isə Slavik Alxasov fərqləniblər.Beləliklə, “İnter” üçüncü pillədəki yerini möhkəmləndirib, “Təyyarəçilər” isə 4 xalla sonuncu yerdə qərarlaşıblar.xeber100.com

Noyabr 21, 2016 10:54

Türkiyə Super Liqasının XI turunda…

Noyabrın 20-də futbol üzrə Türkiyə Super Liqasının XI turunda İstanbul derbisi baş tutub.Azərtac xəbər verir ki, İstanbulun “Şükrü Saracoğlu” stadionunda “Fənərbağça” və “Qalatasaray” klubları qarşılaşıb. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Sarı bülbüllər”in hər iki qoluna hollandiyalı hücumçu Robin Van Persi imza atıb.Beləliklə, bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində əzəli rəqibi “Qalatasaray”ı geridə qoyub.xeber100.com

Noyabr 21, 2016 10:52

Voleybol birinciliyinə start verilib

Noyabrın 21-də Ali Hərbi Məktəbində Silahlı Qüvvələrdə voleybol birinciliyinə start verilib.Azərtac xəbər verir ki, şəhid Nadir Bədəlovun xatirəsinə həsr olunan yarışın açılış mərasimində çıxış edənlər ölkəmizdə hərbçilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.Sonra Nadir Bədəlova həsr olunan videoçarx nümayiş etdirilib.Tədbirdə Nadir Bədəlovun ailə üzvləri, şəhidin adını daşıyan məktəbin kollektivi də iştirak edib.Yeddi gün davam edəcək yarışda 12 komanda birincilik uğrunda mübarizə aparacaq.xeber100.com

Noyabr 21, 2016 10:48

Topaz Premyer Liqasında daha bir oyun keçirilib

Noyabrın 19-da futbol üzrə Topaz Premyer Liqasında daha bir oyun keçirilib.Azərtac xəbər verir ki, turun ikinci oyununda son ölkə çempionu “Qarabağ” “Kəpəz”lə qarşılaşıb. “Qarabağ” görüşdən qalib ayrılıb - 1:0.İlk hissədən oyunda təşəbbüsə yiyələnən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda görüşün 17-ci dəqiqəsində istəyinə çatıb. Dani Ndlovu topu “Kəpəz”in qapısından keçirib. İlk hissə “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.Beləliklə, bu nəticə ilə “Qarabağ” 12 oyundan 28 xal toplayıb və lider “Qəbələ” ilə birinci və ikinci pillələri bölüşür. “Kəpəz” isə 12 xalla yenə beşincidir.xeber100.com

Noyabr 20, 2016 11:26

Super Liqasında ilk qarşılaşma keçirilib

Noyabrın 19-da qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin ilk qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Azərreyl” Voleybol Mərkəzində “Azəryol” və “Telekom” komandaları qarşılaşıb. İlk iki seti “rabitəçilər” aktivlərinə yazıblar - 26:24 və 25:13. Üçüncü və dördüncü setlərdə qalib gələn “dəmiryolçular” oyunda hesabı bərabərləşdiriblər - 31:29 və 25:18. Qarşılaşmada qalib beşinci setdə məlum olub. Daha dəqiq oynayan “Telekom” komandası seti 15:9 hesabı ilə qalib başa vuraraq, oyunda qələbə qazanıb - 3:2.xeber100.com

Noyabr 20, 2016 11:19

Milli komandaların yeni reytinq siyahısı açıqlanıb

UEFA futbol üzrə milli komandaların yeni reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarının həm seçmə, həm də final mərhələlərini, həmçinin 2018-ci ildə Rusiyada təşkil olunacaq mundialın geridə qalan seçmə oyunlarını özündə əks etdirən siyahıda 55 milli komanda yer alıb. Reytinqdə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib.Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzan yığmamızın xal hesabı 16 min 701-dək azalıb. Bu matçadək 16 min 871 xalı olan millimiz 164 xal itirib. Bu xal itkisi Robert Prosineçkinin yetirmələrinin 39-cu yerə enməsi ilə nəticələnib. Komandamız 38-ci pilləni Kiprə təhvil verib.Millimizin seçmə qrupundakı rəqiblərdən Almaniya 1-ci, San-Marino 54-cü yerdə qalsa da, hərəyə 1 pillə irəliləyən Çexiya 23-cü, Şimali İrlandiya 26-cı olub. Norveç isə 32-ci yerə enib.xeber100.com

Noyabr 19, 2016 12:40

“Neftçi” futbolçusu ilə yollarını ayırıb

“Neftçi” futbol komandası daha bir futbolçusu ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, hücumçu Denilson Pereyra ölkəsinə yola salınıb.Bir müddət əvvəl əvəzedici heyətə göndərilən Denilsonla icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bununla da 21 yaşlı braziliyalı forvard müqavilə ilə məxsus olduğu “Qranada” klubuna qayıdıb.Qeyd edək ki, mövsümlərarası fasilədə “Neftçi”nin heyətinə cəlb edilən Denilson Pereyra Topaz Premyer Liqasında keçirdiyi 9 oyunda bir qola imza atıb.xeber100.com

Noyabr 19, 2016 12:37
    Page 785 of 830« First«...102030...783784785786787...790800810...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az