08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində eyni qrupda millimizin rəqiblərindən olan Norveç yığmasının baş məşqçisi istefa verib.Azərtac xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.2013-cü ildən Skandinaviya təmsilçisinin baş məşqçisi olan Per-Matias Hoqmo son turda Çexiya ilə səfər matçında üzləşdikləri məğlubiyyətdən sonra postundan getmək qərarına gəlib.Hoqmo bildirib ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Qeyd edək ki, Azərbaycan millisi ilə keçirdiyi ilk görüşdə meydanı məğlub tərk edən Norveç cari seçmə mərhələdə 4 oyundan sonra cəmi 3 xal toplayıb.xeber100.com

Noyabr 17, 2016 12:07

“Globe Soccer Awards” mükafatının namizədləri…

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EPAA) birgə təsis etdiyi “Globe Soccer Awards” mükafatına namizədlərin adları açıqlanıb. Mükafat dörd nominasiya üzrə təqdim olunur. İlin futbolçusu mükafatına portuqaliyalı Kriştiano Ronaldo (“Real”), argentinalılar Lionel Messi (“Barselona”) və Qonzalo İquain (“Yuventus”), uelsli Qaret Beyl (Real), fransalı Antuan Qrizmann (“Atletiko”), həmçinin ingiltərəli Ceymi Vardi (“Lester”) iddia edir.2016-cı ilin ən yaxşı komandası adına İspaniya təmsilçiləri “Real” və “Sevilya”, “Molde” (İsveç), “Lester” (İngiltərə) və “Legiya” (Polşa) iddialıdır.İlin məşqçisi nominasiyasında isə beş namizəd yer alıb. Bunlar Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş, Zinəddin Zidan (“Real”), Klaudio Ranyeri (“Lester”), həmçinin Unay Emeri (PSJ) və Massimiliano Alleqridir (“Yuventus”).İlin ən yaxşı hakimi adına namizədlərin sırasına isə irlandiyalı Alireza Faqani, qambiyalı Bakari Qassama, argentinalı Nestor Pitana, salvadorlu Xoel Agilar və ingiltərəli Mark Klattenburq daxildir.Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.xeber100.com

Noyabr 17, 2016 12:03

“UEFA KİSS Marketing Awards-2016”…

AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards-2016”ya təqdim olunmuş “CBC Sport” layihəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib. Azərtac xəbər verir ki, noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı qalib layihə müəyyənləşəcək. Qalib adı uğrunda “CBC Sport” Niderland Krallığı Futbol Assosiasiyasının İNG Bank həvəskar futbol sponsorluq proqramı və Polşa Futbol Federasiyası PZPN-in lisenziyalaşdırma proqramı layihələri ilə rəqabət aparacaq. “UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. İki il əvvəl AFFA tərəfindən keçirilmiş “3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.xeber100.com

Noyabr 16, 2016 10:38

“The Telegaph” qəzeti yazır…

ABŞ-ın “Nyu-York Siti” klubunun yarımmüdafiəçisi Frenk Lempard “Çelsi”yə qayıda bilər. “The Telegaph” qəzeti xəbər verir ki, London klubu veteran futbolçuya təklif göndərib. İlin sonunda Amerika klubundan ayrılmağa hazırlaşan 38 yaşlı Lempard karyerasını başa vuracağı halda, “Çelsi”də ya məşqçi ya da səfir kimi fəaliyyət göstərəcək. Digər tərəfdən “Sky Sports” kanalı da ulduz futbolçuya şərhçi-ekspert kimi çalışmağı təklif edib. Qeyd edək ki, F.Lempard 2001-2014-cü illərdə “Çelsi”nin formasını geyinib. O, bu komandanın heyətində keçirdiyi 429 oyunda rekord sayda - 211 qol vurub.xeber100.com

Noyabr 16, 2016 10:34

Taekvando Federasiyasının təşkilatçılığı ilə…

Dekabrın 9-10-da Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvando üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası dünya çempionatı keçiriləcək. Azərtac xəbər verir ki, Dünya Taekvando Federasiyasının və Azərbaycan Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq Qran-pri turnirinin finalında dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuları mübarizə aparacaqlar. Turnirin qalibləri 6 min dollar və 80 reytinq xalı, finalçılar 3 min dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı əldə edəcəklər.Dekabrın 12-13-də keçiriləcək milli komandalar arasında dünya çempionatında isə səkkiz yığma yarışacaq. Dekabrın 11-də təşkil olunacaq qala gecə mərasimində isə ilin ən yaxşı taekvandoçusu, ən yaxşı məşqçisi, ən yaxşı hakimi və ən yaxşı milli federasiyası mükafatlandırılacaq. Taekvando üzrə Azərbaycan milli komandasının üzvü, “Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Radik İsayevin də yer alacağı millinin heyəti yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, kişilərdən ibarət yığmamız ötən il Meksikada təşkil edilmiş dünya kubokunun qalibi olub.

Noyabr 16, 2016 10:31

2018-ci il dünya çempionatı çərçivəsində XII turun oyunları keçirilib

Cənubi Amerika zonasında 2018-ci il dünya çempionatı çərçivəsində XII turun oyunları keçirilib. Azərtac xəbər verir ki, braziliyalı futbolçular səfərdə Peru millisi üzərində qələbə qazanıb - 2:0.Argentina millisi isə öz meydanında Kolumbiyanın qapısından üç cavabsız top keçirərək ilk beşlikdə yer alıb. Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb: Çili – Uruqvay – 3:1 Boliviya – Paraqvay – 1:0 Ekvador – Venesuela – 3:0 Argentina – Kolumbiya – 3:0 Peru – Braziliya – 0:2 Qeyd edək ki, Cənubi Amerika zonası üzrə XIII turun oyunları martın 24-də oynanılacaq.xeber100.com

Noyabr 16, 2016 10:26

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. Azərtac xəbər verir ki, Gəncə klubu “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb. Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub.xeber100.com

Noyabr 15, 2016 11:36

“Sunday times” qəzeti yazır…

Portuqaliya millisinin və Madridin “Real” klubunun futbolçusu Kriştianu Ronaldo yeni müqavilə imzalayıb. “Sunday times” qəzeti xəbər verir ki, 31 yaşlı hücumçunun bu dəfə sponsorluq anlaşmasının təfərrüatı üzə çıxıb. Belə ki, Ronaldo “Nike” firması ilə ömürlük saziş imzalayıb. Müqavilənin şərtlərinə görə, futbolçu “Nike”in geyimlərindən istifadə edəcək və bundan ildə 24 milyon dollar gəlir əldə edəcək. Ronaldo 73 yaşınadək “Nike”in geyimlərindən istifadə edəcəyi təqdirdə bir milyard dollar qazanacaq. O, adıçəkilən brendlə ömürlük müqavilə imzalayan üçüncü idmançı olub. Ona qədər məşhur basketbolçular Lebron Ceyms və Maykl Cordan da analoji sövdələşmədən yararlanıblar. Qeyd edək ki, Ronaldo bu yaxınlarda “Real”la müqavilə müddətini 2021-ci ilə qədər uzadıb. Razılığa görə, onun illik məvacibi 50 milyon avro təşkil edəcək.xeber100.com

Noyabr 15, 2016 11:15

44-cü Avropa çempionati keçirilib

İsveçrənin Sürix şəhərində karatenin vado-kai növü üzrə 44-cü Avropa çempionati keçirilib. Azərtac xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə yarışa qatılan vado-ryu karate–do üzrə paytaxt yığmamız çempionatda uğurla çıxış edərək birinci yerə sahib olub. Komandamız baş məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında mübarizə aparıb.xeber100.com

Noyabr 15, 2016 11:12

Azərbaycan – Almaniya oyununun yeri rəsmiləşib

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununun yeri rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 2017-ci il martın 26-da Bakıda keçiriləcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Öncədən bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar arenada müvafiq təşkilati işlərin həyata keçiriləcəyi planları dəyişib. Bu üzdən Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb. Artıq bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.xeber100.com

Noyabr 15, 2016 11:07
    Page 787 of 831« First«...102030...785786787788789...800810820...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az