Dünya çempionatının seçmə mərhələsinin dördüncü turu çərçivəsində…

Noyabrın 10-da futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin dördüncü turu çərçivəsində 9 qrupda 27 qarşılaşma oynanılacaq. Azərtac xəbər verir ki, mərhələnin birinci günündə “C”, “E” və “F” qruplarının bütün görüşləri, həmçinin “A” qrupunun bir qarşılaşması oynanılacaq. “C” qrupunun liderləri olan Almaniya və Azərbaycan milliləri səfərdə meydana çıxacaqlar. Millimiz komandamız Şimali İrlandiyanın, Almaniya isə autsayder San-Marinonun qonağı olacaq. Turun ikinci günündə “D”, “E” və “G” qruplarında matçlar keçiriləcək. Dünya çempionatının seçmə mərhələsinin dördüncü turunda aşağıdakı qarşılaşmalar oynanılacaq: 11 noyabr “C” qrupu 23:45 Çexiya – Norveç 23:45 San-Marino - Almaniya 23:45 Şimali İrlandiya - Azərbaycan “E” qrupu 21:00 Ermənistan – Monteneqro 23:45 Danimarka – Qazaxıstan 23:45 Rumıniya – Polşa “F” qrupu 23:45 Slovakiya - Litva 23:45 Malta - Sloveniya 23:45 İngiltərə - Şotlandiya “A” qrupu 23:45 Fransa – İsveç 12 noyabr “D” qrupu 21:00 Gürcüstan – Moldova 21:00 Avstriya – İrlandiya 23:45 Uels – Serbiya “G” qrupu 23:45 Lixtenşteyn - İtaliya 23:45 Albaniya - İsrail 23:45 İspaniya - Makedoniya “İ” qrupu 21:00 Türkiyə - Kosovo 21:00 Xorvatiya – İslandiya 23:45 Ukrayna – Finlandiya 13 noyabr “A” qrupu 21:00 Bolqarıstan - Belarus 21:00 Lüksemburq – Hollandiya “B” qrupu 21:00 Macarıstan – Andorra 21:00 İsveçrə - Farer adaları 23:45 Portuqaliya - Latviya “H” qrupu 21:00 Kipr - Cəbəllütariq 23:45 Belçika – Estoniya 23:45 Yunanıstan - Bosniya və Herseqovina

Noyabr 11, 2016 10:31

Bədən Tərbiyəsi və İdman Akademiyasının 86-cı ildönümü münasibətilə…

Noyabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyətə başlamasının 86-cı ildönümü tamam olur. Akademiya bu əlamətdar günü sosialyönümlü xeyriyyə layihəsinə həsr edib. Belə ki, əlamətdar gün münasibətilə bu ali təhsil ocağında qanvermə aksiyası keçirilib. Azərtac xəbər verir ki, irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədilə keçirilən aksiyada Akademiyanın əməkdaşları və tələbə heyəti iştirak edib. Aksiya çərçivəsində donorlar həkim-hematoloqlar tərəfindən yoxlanışdan keçirildikdən sonra isə qan veriblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək məqsədilə xüsusi tibb briqadasına təhvil verilib. Könüllü qanvermə aksiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ardıcıl həyata keçirdiyi sosialyönümlü layihələrdən biridir. Belə layihələrin əsas məqsədi tələbələrin sosial məsuliyyətini artırmaq, onları könüllülüyə və vətənə xidmətə ruhlandırmaqdır. Bu gün 86-cı ildönümünü qeyd edən Akademiya sosialyönümlü layihələrin icrasını bundan sonra da davam etdirəcək.xeber100.com

Noyabr 9, 2016 10:59