06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdoçular arasında Avropa çempionatı başlayır

Noyabrın 11-də Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək. Azərtac xəbər verir ki, iki gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq. Məşqçilər korpusu İsraildə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Telman Vəliyev (66 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov, Vasif Sərbətli (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınamağı qərara alıb. Qitə çempionatında 40 ölkədən 341 cüdoçunun iştirakı gözlənilir.xeber100.com

Noyabr 4, 2016 10:26

Messi növbəti rekorda imza atıb

“Barselona” komandasının argentinalı ulduzu Lionel Messi UEFA Çempionlar Liqasının qrup mərhələsində “Mançester Siti” ilə qarşılaşmada vurduğu qolla növbəti rekorda imza atıb. Azərtac xəbər verir ki, görüşün 21-ci dəqiqəsində fərqlənən argentinalı hücumçu Çempionlar Liqasının qrup mərhələlərində vurduğu qolların sayını 54-ə çatdırıb. Bununla da o, “Real Madrid”in sabiq futbolçusu Raul Qonzalezin 53 qolluq rekordunu yeniləyib. L.Messi qitənin ən nüfuzlu turnirində indiyədək rəqib qapılarından 90 top keçirib. Turnirin ən çox qol vuran futbolçusu isə 94 qolla “Real Madrid”in portuqaliyalı forvardı Kriştiano Ronaldodur.xeber100.com

Noyabr 3, 2016 10:51

Ən çox qazanc əldə edən klubların siyahısı açıqlanıb

UEFA 2015-2016-cı illər mövsümündə Çempionlar Liqasında göstərdiyi nəticələrə və yayım hüququna görə ən çox qazanc əldə edən klubların siyahısını açıqlayıb. Azərtac xəbər verir ki, siyahıya 83 milyon 853 min avro gəlirlə “Mançester Siti” klubu başçılıq edir. İlk onluqda sonrakı yerləri “Real Madrid” (80 milyon 67 min avro), “Yuventus” (76 milyon 256 min avro), “Pari-Sen-Jermen” (70 milyon 803 min avro), “Atletiko Madrid” (69 milyon 665 min avro), “Çelsi” (69 milyon 174 min avro), “Roma” (68 milyon 461 min avro), “Bavariya” (64 milyon 391 min avro), “Barselona” (56 milyon 552 min avro) və “Arsenal” (53 milyon 423 min avro) klubları tutur.xeber100.com  

Noyabr 3, 2016 10:33

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları başlayır

Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Azərtac xəbər verir ki, Ağdamın “Qarabağ” klubu səfərdə Yunanıstanın PAOK komandasının qonağı olacaq. Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) komandamız bunu Salonikidə də təkrarlamağa çalışacaq. “Qarabağ” heç-heçə sayəsində də qrupdakı vəziyyətini yaxşılaşdıra bilər. Komandamız səfərdə qazanılan bir xal sayəsində də PAOK-u qabaqlayaraq ikinci pilləyə yüksələ bilər. Qrupun digər oyununda “Fiorentina” İtaliyada “Slovan”ı (Çexiya) qəbul edəcək. Qeyd edək ki, PAOK-“Qarabağ” oyunu noyabrın 3-də Salonikidəki “Toumba” stadionunda Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.xeber100.com

Noyabr 3, 2016 10:30

Paralimpiya İdman Oyunları keçiriləcək

Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunları təşkil olunacaq. Azərtac xəbər verir ki, yarışlar Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK), “Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirdə respublikanın müxtəlif regionlarını təmsil edən uşaq paralimpiyaçılar idmanın beş növü (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) üzrə güclərini sınayacaqlar. Yarışda sağlamlıq imkanları məhdud 60-dan çox uşaq mübarizə aparacaq. AMPK beynəlxalq təcrübədə ilk dəfə olaraq, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb edilməsini himayəsinə götürərək, 2013-cü ilin sentyabrında Uşaq Paralimpiya Komitəsini yaradıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.xeber100.com

Noyabr 3, 2016 10:27

Boks üzrə Avropa çempionatına start veriləcək

Noyabrın 14-də Bolqarıstanın Sofiya şəhərində qadınlar arasında boks üzrə Avropa çempionatına start veriləcək. Azərtac xəbər verir ki, yarışa hazırlığı davam etdirən milli komandamız təlim-məşq prosesini Azərbaycan Boks Federasiyasında yekunlaşdırmaq üzrədir. Elbrus Rzayevin rəhbərliyi altında komandamız yarışa Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (60 kq), Məryəm Cəbrayılova (64 kq), Şəhla Allahverdiyeva (75 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) ilə hazırlaşır. Milli komandamız təlim-məşq toplanışının bir hissəsini Bolqarıstanda davam etdirəcək.xeber100.com

Noyabr 2, 2016 12:03

“Qarabağ” klubu haqda süjet hazırlanıb

UEFA Ağdamın “Qarabağ” futbol klubu haqda süjet hazırlayıb. Azərtac xəbər verir ki, UEFA-nın əməkdaşları Ağdam klubunun futbolçuları Qara Qarayev və Maksim Medvedev ilə görüşüb, Tofiq Bəhramov adına Respublika stadionunda olublar. Qara Qarayev qonaqlarla görüşündə “Qarabağ”da oynamağından qürur duyduğunu deyib: “Mən 1992-ci ildə Füzuli rayonunda anadan olmuşam. Bizim kəndimiz düşmən tərəfindən işğal olunduqdan sonra Bakıya gəldik. Həmin vaxt mənim bir yaşım var idi. Biz torpaqlarımızı itirdik. İndi fəxr edirəm ki, “Qarabağ”da forma geyinirəm. “Qarabağ”ın bir hissəsi olduğum üçün çox xoşbəxtəm”. Qara Qarayev UEFA Avropa Liqasının qrup mərhələsindəki çıxışlarından da danışıb. Maksim Medvedev də avroliqadakı mübarizəsindən söhbət açıb: “Fiorentina”ya 1:5 hesabı ilə uduzanda çox məyus olmuşduq. Ancaq uşaqlar özlərini ələ almağı bacardılar. Baş məşqçimizin düzgün göstərişləri nəticəsində oyunumuzu düzəltdik. PAOK ilə yaxşı oynadıq. Rəqibi düzgün qiymətləndirdik və qələbə qazandıq. “Qarabağ” qəlbimin bir parçasıdır. Bu klub mənə addım atmaqda və düzgün insan kimi yetişməkdə kömək edib”.xeber100.com

Noyabr 2, 2016 11:56

UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü tura start verilib

Noyabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü tura start verilib. Azərtac xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib. Ümumilikdə dörd qrup üzrə səkkiz qarşılaşmada aşağıdakı nəticələr qeydə alınıb: A qrupu “Ludoqorets” (Bolqarıstan) – “Arsenal” (İngiltərə) - 2:3 “Bazel” (İsveçrə) – PSJ (Fransa) - 1:2 B qrupu “Beşiktaş” (Türkiyə) – “Napoli” (İtaliya) - 1:1 “Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:0 C qrupu “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) - 3:1 “Borussiya” (Mönxenqladbax, Almaniya) – “Seltik” (Şotlandiya) - 1:1 D qrupu “PSV Eyndhoven” (Hollaniya) – “Bavariya” (Almaniya) - 1:2 “Atletiko” (İspaniya) – “Rostov” (Rusiya) - 2:1 Turun digər qrup oyunları noyabrın 2-də keçiriləcək.

Noyabr 2, 2016 11:52

“Femine Vize” həndbol klubu heyətini açıqlayıb

Belçikanın “Femine Vize” həndbol klubu Bakının ABU komandası ilə oyun üçün heyətini açıqlayıb. Azərtac xəbər verir ki, “Çelenc Cup” turnirinin üçüncü təsnifat mərhələsində Bakı təmsilçisi ilə qarşılaşacaq “Femine Vize” 19 oyunçu sifariş edib. Son mövsümdə Belçika çempionatının gümüş medalını qazanan baş məşqçi Linde Panisin rəhbərlik etdiyi komandanın heyətində Boons Fyen, Brihe Lauran, Dubuç Koralin, Hoq Aliks, Jolli Maud, Leonaers Kristin, Loureyro Laura, Martin Laura, Masrouki Monia, Masrouki Sabrin, Miçel Laura, Periç Tamara, Raj Maurin, Radermeker Selin, Tilquin Kamill (hamısı Belçika), Van den Boorn Kim, Viynen Linn (hər ikisi Hollandiya), Bouçard Sesil və Friri Margot (hər ikisi Fransa) yer alıblar. Qeyd edək ki, ABU komandası “Femine Vize” ilə hər 2 matçı Bakıda keçirəcək. Qarşılaşmalar noyabrın 12-13-də olacaq.xeber100.com

Noyabr 2, 2016 11:49

Madrid klubunun məlumatına görə…

Madridin “Real” futbol klubu uelsli yarımmüdafiəçi Qaret Beylin müqavilə müddətini 2022-ci il iyunun 30-dək artırıb. Madrid klubunun mətbuat xidməti xəbər verir ki, 27 yaşlı futbolçunun bundan əvvəlki müqavilə müddəti 2019-cu ilədək nəzərdə tutulmuşdu. Yeni sazışdə onun həm də illik əməkhaqqı məsələsinə də aydınlıq gəlib. Məlum olub ki, Q.Beyl komandanın kapitanı Serxio Ramos qədər əməkhaqqı alacaq. Onun illik maaşı 10 milyon avro təşkil edəcək. Qeyd edək ki, uelsli futbolçu “Real”a 2013-cü ildə İngiltərənin “Tottenhem” klubundan 101 milyon avroya transfer edilmişdi. O, “Kral” klubunda ikiqat Çempionlar Liqası və 2013/2014-cü il mövsümündə İspaniya kubokunun qalibi olub.xeber100.com

Noyabr 1, 2016 10:23
    Page 790 of 830« First«...102030...788789790791792...800810820...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az