2016-cı ilin ən yaxşı futbolçuları müəyyənləşib

“Qızıl top” mükafatına daha 15 namizədin adı açıqlanıb. Azərtac xəbər verir ki, “France Football”un 2016-cı ilin ən yaxşı futbolçusu adına yekun “30-luğ”u müəyyənləşib. Namizədlər aşağıdakılardır: Serxio Aquero (Argentina / “Mançester Siti”) Pyerr-Emerik Obameyanq (Qabon / “Borussiya” Dortmund) Qaret Beyl (Uels / “Real”) Canluici Buffon (İtaliya / “Yuventus”) Kriştianu Ronaldo (Portuqaliya / “Real”) Kevin de Bruyne (Belçika / “Mançester Siti”) Paulo Dibala (Argentina / “Yuventus”) Dieqo Qodin (Uruqvay / “Atletiko”) Antuan Qrizmann (Fransa / “Atletiko”) Qonzalo İquain (Argentina / “Yuventus”) Zlatan İbrahimoviç (İsveç / “Mançester Yunayted”) Andres İnyesta (İspaniya / “Barselona”) Koke (İspaniya / “Atletiko”) Toni Kroos (Almaniya / “Real”) Robert Levandovski (Polşa / “Bavariya”) Uqo Lloris (Fransa / “Tottenhem”) Riyad Mahrez (Əlcəzair / “Lester”) Lionel Messi (Argentina / “Barselona”) Luka Modriç (Xorvatiya / “Real”) Tomas Müller (Almaniya / “Bavariya) Manuel Noyer (Almaniya / “Bavariya”) Neymar (Braziliya / “Barselona”) Dmitri Paye (Fransa / “Vest Hem”) Pol Poqba (Fransa / “Mançester Yunayted”) Pepe (Portuqaliya / “Real”) Rui Patrisio (Portuqaliya / “Sportinq”) Serxio Ramos (İspaniya / “Real”) Luis Suares (Uruqvay / “Barselona”) Ceymi Vardi (İngiltərə / “Lester”) Arturo Vidal (Çili / “Bavariya”) Xatırladaq ki, bu il ilk dəfə olaraq “Qızıl top”un sahibi yalnız jurnalistlərin səsverməsinə əsasən seçiləcək. “Qızıl top”a bu il əsas namizəd “Real”la Çempionlar Liqası və Portuqaliya yığması ilə Avropa çempionluğunu qazanan 31 yaşlı Ronaldo sayılır. Bu mükafatı son dəfə Messi qazanıb.xeber100.com

Oktyabr 25, 2016 10:25

Avropa Liqasında üçüncü tura yekun vurulub

Oktyabrın 20-də UEFA Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Tur çərçivəsində 12 qrupda ümumilikdə 24 görüş oynanılıb. Azərtac xəbər verir ki, azərbaycanlı futbol azarkeşləri üçün maraqlı oyunlardan biri İngiltərənin Mançester şəhərində olub. “A” qrupunda Türkiyənin “Fənərbağça” klubunu qəbul edən “Mançester Yunayted” komandası 4:1 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə isə Hollandiyada “Feyenoord” komandası “Zarya”nı (Ukrayna) 1:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Mançester Yunayted” və “Feyenoord” 6 xalla qrupda ilk iki pilləni bölüşür. “Qəbələ”nin çıxış etdiyi “C” qrupunda “Anderlext” (Belçika)-“Maynts” (Almaniya) görüşündə qalib müəyyənləşməyib - 1:1. Fransada “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Sent-Etyen” xal ehtiyatını artırıb. Üç oyundan sonra “Anderlext”, “Sent-Etyen” və “Maynts”ın aktivində 5 xal var. “Qarabağ”ın mübarizə apardığı “J” qrupunda isə “Fiorentina” (İtaliya) komandası Çexiyanın “Slovan Liberek” komandasının qonağı olub. Qarşılaşma Florensiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” isə Bakıda Yunanıstanın PAOK kollektivini 2:0 hesabı ilə məğlub edib. Bu qrupda xallarının sayını 7-yə çatdıran “Fiorentina” vahid liderdir. Hər birinin dörd xalı olan “Qarabağ” ikinci, PAOK isə üçüncüdür. “Slovan Liberek”in isə aktivində 1 xal var. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi “Konyaspor”–“Braqa” (Portuqaliya) matçında qalib müəyyənləşməyib - 1:1. “H” qrupunun digər görüşündə Ukraynanın “Şaxtyor” klubu ev oyununda Belçikanın “Gent” komandasını 5:0 hesabı ilə darmadağın edib. Digər qruplarda aşağıdakı nəticələr qeydə alınıb: “B” qrupu “Olimpiakos” (Yunanıstan)–“Astana” (Qazaxıstan) - 4:1 “Yanq Boyz” (İsveçrə)-APOEL (Kipr) - 3:1 “D” qrupu “AZ Alkmaar” (Hollandiya)–“Makkabi” (Təl-Əviv, İsrail) - 1:2 “Dundalk" (İrlandiya)–“Zenit” (Rusiya) - 1:2 “E” qrupu “Roma” (İtaliya)–“Austriya” (Avstriya) - 3:3 “Viktoriya” (Çexiya)–“Astra” (Rumıniya) - 1:2 “F” qrupu “Genk” (Belçika)–“Atletik” (İspaniya) - 2:0 “Rapid” (Avstriya)–“Sassuolo” (İtaliya) - 1:1 “G” qrupu “Standart” (Belçika)–“Panatinaikos” (Yunanıstan) - 2:2 “Selta” (İspaniya)–“Ayaks” (Hollandiya) - 2:2 “I” qrupu “Krasnodar” (Rusiya)–“Şalke” (Almaniya) - 0:1 “Zalsburq” (Avstriya)–“Nitsa” (Fransa) - 0:1 “K” qrupu “İnter” (İtaliya)–“Southempton” (İngiltərə) - 1:0 “Hapoel” (Bir Şeva, İsrail)–“Sparta” (Çexiya) - 0:1 “L” qrupu “Styaua” (Rumıniya)–“Sürix” (İsveçrə) - 1:1 “Osmanlıspor” (Türkiyə)–“Vilyarreal” (İspaniya) - 2:2 UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunları noyabrın 3-də keçiriləcək.

Oktyabr 21, 2016 12:27