08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

İkinci Avropa Oyunları Belarusda keçiriləcək

Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır. BELTA agentliyi xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edən Janez Kosijancic ilə görüşdə deyib. “Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə bu Oyunlarda Avropa idmançılarını bir yerə yığacağıq”, - deyə Aleksandr Lukaşenko bildirib. O, həmçinin deyib ki, Belarusda neçə idman növü üzrə yarışların keçiriləcəyi ilə bağlı qərar qəbul etmək üçün tələsmək lazım deyil: “Mən burada mümkün qədər çox idmançının iştirak etməsinin tərəfdarıyam. Bu, onların bayramıdır”. Belarusun dövlət başçısı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə ölkəmizin Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirdiyini bildirib. Prezident Aleksandr Lukaşenko deyib: “Oyunların təşkilində Azərbaycanın təcrübəsindən istifadə etmək bizim üçün çox vacibdir. Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, Azərbaycanı ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.xeber100.com

Oktyabr 21, 2016 12:16

UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçiriləcək

Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçiriləcək. Azərtac xəbər verir ki, 12 qrupda ümumilikdə 24 görüş oynanılacaq. Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Yunanıstanın PAOK klubu ilə üz-üzə gələcək. İki oyundan sonra aktivinə sadəcə bir xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Qurban Qurbanovun yetirmələri doğma meydanda qalib gələ bilsələr, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcəklər. Azərbaycan futbolu üçün tanış olan PAOK ilə ötən mövsüm digər təmsilçimiz “Qəbələ” eyni qrupda mübarizə aparıb. “Qarabağ” bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas oyunçusu olan Rəşad Sadıqovun meydana çıxıb-çıxmayacağı hələ dəqiq müəyyənləşməyib.xeber100.com

Oktyabr 20, 2016 1:26

Gimnastika Federasiyasının məlumatına görə…

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Tokioda keçirilən 81-ci Konqresində bu qurumun yeni prezidenti seçilib. Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, səsvermə prosesi yaponiyalı Morinari Vatanablenin qələbəsi ilə başa çatıb. Hazırda Yaponiya Gimnastika Birliyinin və FIG İcraiyyə Komitəsinin üzvü olan 57 yaşlı M.Vatanable səlahiyyətlərinin icrasına yanvarın 1-dən başlayacaq. Üzv federasiyaların yüzünün səsini əldə edən M.Vatanable FIG-in doqquzuncu prezidenti olacaq. FIG-in hazırkı prezidenti italiyalı Bruno Qrandidir.xeber100.com

Oktyabr 20, 2016 1:23

VII çağırış kuboku yarışı keçiriləcək

Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi VII çağırış kuboku yarışı keçiriləcək. Azərtac xəbər verir ki, ənənəvi turnir çərçivəsində Bakıda və regionlarda seçim turları təşkil olunacaq. Ölkəmizin 16 regionunu əhatə edən yarışa iki mindən çox gənc qatılacaq. VII çağırış kuboku yarışının keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsidir. Layihənin seçim turları noyabrda Bakıda və ölkəmizin müxtəlif regionlarında keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş 50 komanda final mərhələsinə vəsiqə qazanacaq. Kubokun final mərhələsi dekabrda Bakıda təşkil olunacaq.xeber100.com

Oktyabr 20, 2016 1:15

Avropa Olimpiya Komitəsinin 45-ci Assambleyası keçiriləcək

Oktyabrın 19-dan 23-dək Minskdə Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci Assambleyası keçiriləcək. Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-un İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər. Oktyabrın 21-22-də isə AOK-un Baş Assambleyası çərçivəsində “Avropa Olimpiya Dəfnəsi” mükafatı təqdim olunacaq. Tədbir çərçivəsində Dünya Antidopinq Agentliyinin məruzəsi təqdim ediləcək.xeber100.com

Oktyabr 19, 2016 3:01

Cüdo Federasiyası bölgə birinciliklərinə start verib

Cüdo üzrə bölgə birinciliklərinə start verilib. Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi respublikamızın bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparır. Regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perspektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur. Bu gündən başlayaraq ilin sonunadək regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə ilk belə yarış Şəmkirdə start götürüb. Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Qərb Bölgəsi Birinciliyi U-18, U-15 yarışında 280 cüdoçu (272 oğlan, 8 qız) iştirak edir. İki gün davam edəcək yarışın ilk günündə 2003-2004 təvəllüdlü oğlanlar 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və 66 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. 2003-2004 təvəllüdlü qızlar isə 36 və 40 kiloqramda yarışacaqlar.xeber100.com

Oktyabr 19, 2016 2:56

Çempionlar Liqasının üçüncü turuna yekun vurulacaq

Oktyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq. Azərtac xəbər verir ki, üçüncü turun sonuncu günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar qarşılaşacaqlar. “A” qrupunda İngiltərənin “Arsenal” komandası Bolqarıstanın “Ludoqorest” kollektivini qəbul edəcək. Fransanın “PSJ” klubu isə İsveçrənin “Bazel” komandası ilə üz-üzə gələcək. “B” qrupunda İstanbulun “Beşiktaş” komandası İtaliyanın “Napoli” klubunun qonağı olacaq. Qrupun digər oyununda “Dinamo Kiyev” Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək. “C” qrupunda “Seltik” “Şotlandiya” komandası Almaniyanın “Borussiya Münxenqladbax”, “Barselona” klubu isə “Mançester Siti” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. “D” qrupunda isə “Rostov” (Rusiya) – “Atletiko Madrid” və “Bavariya” – “PSV Eyndhoven” oyunları keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.xeber100.com

Oktyabr 19, 2016 12:40

“Böyük dəbilqə” turnirində çıxış edəcək komandanın heyəti açıqlanıb

Oktyabrın 28–dən 30-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində çıxış edəcək milli komandamızın heyəti açıqlanıb. Azərtac xəbər verir ki, beynəlxalq yarışın iştirakçılar ərizəsinə “Rio-2016” Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucovun (73 kq) da adı daxil edilib. Tatami üzərinə, həmçinin Mehman Sadıqov, Oruc Vəlizadə (hər ikisi 60 kq), İlqar Muşkiyev, Vüqar Şirinli, (hər ikisi 66 kq), Fəqan Quluzadə, Elvin Əhmədli, Ruslan Fərruxzadə (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Firudin Dadaşov (90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (hər ikisi 100 kq) çıxacaqlar. “Böyük dəbilqə” turnirində Fransa, Almaniya, ABŞ, Monqolustanın da yer aldığı 15 ölkədən 194 cüdoçu mükafatlar uğrunda mübarizə aparacaq.xeber100.com

Oktyabr 18, 2016 11:29

“Sent-Etyen”lə səfər matçının hakimləri müəyyənləşib

“Qəbələ” futbol klubunun Avropa Liqasında “Sent-Etyen”lə səfər matçının hakimləri müəyyənləşib. Azərtac xəbər verir ki, UEFA qrup mərhələsi çərçivəsində üçüncü tur qarşılaşmasını türkiyəli hakimlər briqadasına həvalə edib. “Joffrua Qişar” stadionunda keçiriləcək görüşdə Ali Palabıyık baş hakim olacaq. Ona Cem Satman və Əkrəm Kan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ceyhun Sesigüzel yerinə yetirəcək. Matçın əlavə köməkçi hakimləri Alper Ulusoy və Volkan Bayarslan olacaq. Hakimlərin işinə macarıstanlı hakim-inspektor Laslo Vaqner qiymət verəcək. UEFA nümayəndəsi kimi isə israilli Yakob Erel iş başında olacaq. Qeyd edək ki, “Sent-Etyen”–“Qəbələ” oyunu oktyabrın 20-də keçiriləcək.xeber100.com

Oktyabr 18, 2016 11:25

Ən çox forma satan futbol klubunun adı açıqlanıb

Dünyanın ən çox forma satan futbol klubunun adı açıqlanıb. Azərtac xəbər verir ki, “Mançester Yunayted” bütün rəqiblərini qabaqlayaraq birinci olub. Belə ki, “qırmızı şeytanlar” 2011-2016-cı illər ərzində orta hesabla hər ilə 1 milyon 750 min forma satıb. Bu göstəricinin sayəsində Mançester təmsilçisi digər klublar üçün əlçatmaz olub. İkinci pillədə Madrid “Real”ı qərarlaşıb ki, bu klub “Mançester Yunayted”dən 100 min az forma satıb. Növbəti pillələrdə “Barselona” və “Bavariya” klubları qərarlaşıb. Beşinci və altıncı yerlərə gəlincə isə yenə İngiltərə komandaları – “Liverpul” və “Çelsi” yer alıb.xeber100.com

Oktyabr 18, 2016 11:19
    Page 795 of 831« First«...102030...793794795796797...800810820...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az