06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Ukrayna-Kosova qarşılaşması oktyabrın 9-da keçiriləcək

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa ölkələri üzrə seçmə mərhələsinin “İ” qrupunda baş tutacaq Ukrayna-Kosova oyununun yeri müəyyənləşib. Azərtac Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Polşanın Krakov şəhərində keçiriləcək. Ukrayna eyni qrupda mübarizə apardığı Kosovanı tanımadığından FİFA-ya matçın neytral meydançada keçirilməsi ilə bağlı müraciət edib və ali futbol qurumu müraciət müsbət cavablandırıb. Sentyabrın 26-da yerli federasiya nümayəndələri Krakova gedərək stadionun təyin olunması üçün baxış keçirəcəklər. Bundan sonra matçın Henrik Reyman adına şəhər stadionu və ya “Krakoviya Stadionu”nda keçirilməsinə qərar veriləcək. Qeyd edək ki, Ukrayna-Kosova qarşılaşması oktyabrın 9-da keçiriləcək.xeber100.com

Sentyabr 24, 2016 7:50

Taekvondo üzrə dünya çempionatı keçiriləcək

Gələn ilin mayında Azərbaycanda IV İslam Həmrəylik Oyunları, iyunda isə Koreya Respublikasında taekvondo üzrə dünya çempionatı keçiriləcək. Bu iki mötəbər yarışlara, həmçinin dekabrda Meksikada keçiriləcək son Qran-pri turnirinin final mərhələsinə hazırlaşmaq üçün milli komandamız oktyabrın 3-dən məşqlərə başlayacaq. Bu sözləri taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının böyük məşqçisi Elnur Amanov Azərtac-a məxsusi müsahibəsində deyib. E.Amanov bildirib ki, IV İslam Həmrəylik Oyunları doğma Vətənimizdə təşkil ediləcəyi üçün bu Oyunlara daha məsuliyyətlə hazırlaşırıq. Taekvondo idman növündə bir il Avropa, digər il isə dünya çempionatı keçirilir. Sonuncu dünya çempionatı 2015-ci ildə Rusiyada təşkil edilib. Həmin çempionatda Radik İsayev qızıl medal qazanmışdı. İdmançılarımızın Tokio Olimpiadasına vəsiqə qazanması üçün indidən hazırlaşırıq. Yetirmələrimin beynəlxalq yarışlarda da iştirak edib Olimpiya Oyunları üçün xal yığması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə çalışacağıq ki, bu il və gələn il yüksək xal verən yarışlarda daha çox iştirak edək. Ən çox xal bu turnirlərdə qazanılacaq.xeber100.com

Sentyabr 24, 2016 7:29

“Bakı Open-2016” beynəlxalq turniri davam edir

Novxanı qəsəbəsindəki “AF-Hotel”də 11 ölkədən olan şahmatçıların iştirakı ilə keçirilən “Bakı Open-2016” beynəlxalq turniri davam edir. Azərtac xəbər verir ki, ilk beş turdan sonra “A” qrupunda 4 xal toplayan azərbaycanlı qrossmeyster Nicat Abasov, rusiyalılar Vladislav Artemyev, Sənan Syugirov, ukraynalı Stanislav Boqdanoviç və amerikalı Aleksandr Lenderman liderlik edirlər. Ülvi Bacarani, Təbriz İdrisov, Vüqar Rəsulov və Zaur Məmmədov da daxil olmaqla, səkkiz şahmatçı liderlərdən yarım xal geri qalır. “B” qrupunda isə beş turdan sonra İran şahmatçısı Arya Omidi yüz faizli nəticə əldə edib. Altı şahmatçı, o cümlədən azərbaycanlılar Eldar Musayev, Amil Abbasov, Çingiz Rzayev, Fariz Əhmədov, Elnur Əliyev, habelə iranlı Behrəng Kabudi liderdən yarım xal geri qalırlar. Xatırladaq ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunan yarışlar 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir. “Baku Open-2016”nın ümumi mükafat fondu 25 min dollardır.xeber100.com

Sentyabr 24, 2016 7:15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə…

Azərbaycanda rabitənin yaradılmasının 135 illik yubileyi münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq-2016” rabitə işçilərinin respublika spartakiadasının açılış mərasimi olub. Azərtac xəbər verir ki, spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb olunması ilə asudə vaxtlarının səmərəli keçməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyənləşdirməkdir. Mərasimdə çıxış edənlər ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Sentyabr 24, 2016 7:03

Futzal üzrə dünya çempionatında final cütlərinin tərkibi müəyyənləşib

Kolumbiyanın ev sahibliyi etdiyi futzal üzrə dünya çempionatında bütün dörddəbir final cütlərinin tərkibi müəyyənləşib. Azərtac xəbər verir ki, səkkizdəbir final mərhələsinin bu gecə keçirilmiş oyunlarından sonra Azərbaycan millisi ilə yanaşı, Argentina və Misir də mərhələ adlayıb. Argentina əlavə vaxtda vurduğu qolla Ukraynanı üstələyib - 1:0. Gecənin sensasiyası Misir olub. Əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşdə Misir İtaliyaya “over taym”da vurduğu bir qolla qalib gəlib - 4:3. Beləliklə, dörddəbir finalın ilk görüşləri sentyabrın 25-də Paraqvay millisi ilə İran, Rusiya yığması ilə İspaniya arasında keçiriləcək. Matçlar Bakı vaxtı ilə saat 00:30 və 03:00-a təsadüf edəcək. Sentyabrın 26-sı saat 00:30-da Argentina Misir və saat 03:00-da isə Azərbaycan millisi Portuqaliya ilə üz-üzə gələcək. Yarımfinal görüşləri sentyabrın 28-29-da, üçüncü yer uğrunda oyun oktyabrın 1-də, final qarşılaşması isə oktyabrın 2-də keçiriləcək.xeber100.com

Sentyabr 23, 2016 12:16

UEFA Türkiyə klublarının oyun vaxtı dəyişdirilib

UEFA Türkiyə klublarının Çempionlar və Avropa liqalarının qrup mərhələsindəki ev oyunlarının başlanma vaxtlarını dəyişdirib. Azərtac xəbər verir ki, bu, oktyabrın 30-dan keçiriləcək matçlara, yəni qrup mərhələsində ikinci dövrə oyunlarına aiddir. Dəyişiklik onunla bağlıdır ki, Türkiyədə yaydan qış vaxtına keçid ləğv olunub. Nəticədə Çempionlar Liqasının oyunları yerli vaxtla 22:45-də, Avropa Liqasında 00:05-də başlaması həddən artıq gec vaxt sayılır. Avropanın ən nüfuzlu klub turnirində matçlar 20:45-də başlayacaq. Avroliqa üçünsə bu, saat 19:00-a təyin olunub. Bundan əlavə, Avropa Liqasında qrup mərhələsinin son turunda Türkiyə klubunun rəqiblərinin vaxtı dəyişdirilib. Belə ki, Türkiyədə “Konyaspor” – “Gent” oyunu 19:00-da başlayacağından, “Braqa” – “Şaxtyor” qarşılaşması da həmin vaxta salınıb. Xatırladaq ki, Azərbaycan, Rusiya və Qazaxıstandakı oyunları da tez başlayır.xeber100.com

Sentyabr 23, 2016 12:09

İtaliya XXXIII Yay Olimpiya Oyunlarından imtina edib

İtaliyanın paytaxtı Roma 2024-cü ildə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizədlikdən imtina edib. Azərtac xəbər verir ki, bu barədə Roma meri Virciniya Racci açıqlama verib. Mer deyib ki, məişət və kommunal öhdəlikləri tam həll olmayan paytaxt üçün böyük vəsait tələb edən idman tədbirinin keçirilməsi prioritet sayıla bilməz. Namizədliklə razılaşmaq məsuliyyətsizlikdir. Biz bunu şəhər şurasında, seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı və bu gün də müzakirə etmişik. Fikrimiz dəyişməyib və əksinə, ətraflı təhlillərdən sonra qərarımız qətiləşib. Bu barədə yekun qərarın təsdiq edilməsi üçün məsələnin paytaxt şurasında səsverməyə çıxarılması nəzərdə tutulur. Roma namizədlikdən imtina edəcəyi təqdirdə XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyinə iddialı üç şəhər qalır. Bunlar Los-Anceles, Paris və Budapeşt şəhərləridir. Təşkilatçı ölkə gələn il sentyabrın 13-də Perunun paytaxtı Limada seçiləcək.xeber100.com

Sentyabr 23, 2016 11:50

“Koreya səfiri kuboku” yarışı keçiriləcək

Oktyabrın 1-2-də Qubada yeniyetmələr arasında taekvondo üzrə növbəti “Koreya səfiri kuboku” yarışı keçiriləcək. Azərtac xəbər verir ki, Koreya Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə təşkil ediləcək yarışda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 2003-2005-ci il təvəllüdlü yeniyetmə idmançıları dayanq üzərinə çıxacaq. Qalib taekvondoçular ATF və Koreya səfirliyinin təsis etdiyi diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Yarış Qubadakı Olimpiya İdman Kompleksində “Daedo İnternational” taekvondo sistemi ilə keçiriləcək və video təkrar tətbiq olunacaq. Yarışların açılış mərasimi oktyabrın 2-də keçiriləcək.xeber100.com

Sentyabr 23, 2016 11:37

Futzal üzrə dünya çempionatında növbəti üç oyun keçirilib

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının səkkizdəbir final mərhələsində növbəti üç oyun keçirilib. Azərtac xəbər verir ki, mundialın ən böyük sensasiyasını Azərbaycanla eyni qrupda mübarizə aparmış İran gerçəkləşdirib. Əvvəlki yeddi çempionatın beşində qalib gələn və yenə bu mundialın favoriti sayılan Braziliya gözlənilmədən mübarizəni dayandırıb. Qonşu ölkə yığması səkkizdəbir finalda son dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Görüşün əsas vaxtında 2:2 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında isə İran daha dəqiq olub-3:2. Qalib komandanın növbəti mərhələdə rəqibi daha öncə bu vəsiqəyə yiyələnmiş Paraqvay olacaq. Digər iki oyunda isə pireneylilər asan qələbə qazanıblar. İspaniya Qazaxıstan millisini 5:2, Portuqaliya isə Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib. Bu gecə Azərbaycan yığması Tailand üzərində qələbə qazanacağı təqdirdə, növbəti mərhələdə Portuqaliya komandamıza rəqib olacaq. İspaniya isə dörddəbir finalda Rusiya ilə üz-üzə gələcək.xeber100.com

Sentyabr 22, 2016 11:00

Şahmatçılara beynəlxalq idman rütbələri verilib

FİDE-nin 87-ci Konqresində FİDE-nin yeni titulları verilib. Xatırladaq ki, FİDE-nin 87-ci Konqresinin iclasları Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası günlərində keçirilib. Azərtac xəbər verir ki, FİDE-nin fəxri adlarına layiq görülənlər arasında Azərbaycanın aşağıda göstərilən nümayəndələri də var: Nail Bəşirli və Günay Məmmədzadəyə (reytinq göstəricisi zəruri həddə çatmaq şərti ilə) beynəlxalq usta adı, Elvin Hüseynov, Hüseyn Tağıyev, Lana Əfəndiyeva, Gülnarə Süleymanova və İlahə Qədimovaya beynəlxalq usta adı, Murad İsgəndərli, Vitali Sapronov və Vüqar Səfərliyə beynəlxalq təşkilatçı adı verilib.xeber100.com

Sentyabr 22, 2016 10:56
    Page 802 of 830« First«...102030...800801802803804...810820830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az