11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Gimnastika növləri üzrə milli yarışlar mövsümü açıq elan olunub

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə II Azərbaycan birinciliyi və Bakı çempionatı ilə açıq elan olunub. Azərtac xəbər verir ki, 35 gimnastın qatıldığı yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir. İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş) və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə çıxışlarını nümayiş etdirəcəklər.xeber100.com

Oktyabr 1, 2016 4:15

Şahmat Akademiyasının açılış mərasimi keçirilib

Oktyabrın 1-də Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi keçirilib. Azərtac xəbər verir ki, tədbirdə əvvəlcə görkəmli şahmatçının həyatından bəhs edən videoçarx nümayiş olunub. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək mərhum şahmatçının qazandığı uğurlar barədə məlumat verib, akademiyanın fəaliyyətə başlamasının önəmini yüksək qiymətləndirib. V.Həşimovun komanda yoldaşları Qədir Hüseynov və Zeynəb Məmmədyarova mərhum şahmatçı barədə xatirələrini bölüşüb, onun sadiq dost, güclü şahmatçı olduğunu diqqətə çatdırıblar. Şahmatçının atası Qasım Həşimov ölkəmizdə idmanın bu növünün inkişafına dövlət qayğısını yüksək qiymətləndirib, Vüqarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. O, Vüqarın xatirəsinin yaddaşlarda qalması üçün bundan sonra da müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib. Sonda V.Həşimovun yaradıcılığından bəhs edən film nümayiş olunub.xeber100.com

Oktyabr 1, 2016 4:05

Kanada yığması dünya kubokunun qalibi olub

Hokkey üzrə Kanada yığması tarixində ardıcıl iki, ümumilikdə altıncı dəfə dünya kubokunun qalibi olub. Azərtac xəbər verir ki, Kanada, həmçinin hokkey tarixində yeni səhifə açmağı bacarıb. Yığma eyni vaxtda üç titulu - Olimpiya, dünya çempionatı və eləcə də 2016-cı il dünya kubokunu qazanaraq bu nailiyyətə imza atıb. Kanadalı hokkeyçilər dünya kubokunun final mərhələsinin hər iki oyununda Avropa yığmasını məğlubiyyətə uğradıblar (3:1, 2:1).xeber100.com

Sentyabr 30, 2016 5:16

İspaniya futbol klubu yeni müqavilə imzalayıb

İspaniyanın “Sevilya” futbol klubu kapitanı Visente İborra ilə müqaviləni yeniləyib. Azərtac xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik yeni müqavilə imzalanıb. Qeyd edək ki, V.İborra 2013-cü ildən “Sevilya”da çıxış edir. O, indiyə kimi 137 matça 22 qol vurub.xeber100.com

Sentyabr 30, 2016 5:08

Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib

Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib. Azərtac “f-1.az” saytına istinadla xəbər verir ki, iclasda Formula-1 yarışlarının gələnilki mövsümünün təqviminin ilkin variantı təsdiq olunub. Bu il olduğu kimi, gələn il də təqvimdə 21 Qran-pri yer alıb. Amma Kanada, Almaniya və Braziliya yarışlarının keçirilməsi hələ tam təsdiq edilməyib. Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə yenisi arasında bəzi dəyişikliklər var. Çin Qran-prisi mövsümün ilk yarışından bir həftə deyil, iki həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran-prilərinin də vaxtları dəyişib. Meksika Qran-prisi isə bu dəfə Braziliya Qran-prisi ilə qoşalaşıb. Bakıda keçiriləcək Avropa Qran-prisi yenə də Kanadadakı yarışdan bir həftə sonraya nəzərdə tutulub. Həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək. Yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq.xeber100.com

Sentyabr 30, 2016 5:02

Premyer Liqasında ilk dövrənin son turuna start verilib

Sentyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna start verilib. Azərtac xəbər verir ki, VII turun ilk oyununda “İnter” Zirənin eyniadlı komandasını qəbul edib. “İnter Arena”da keçirilmiş görüş heç-heçə ilə nəticələnib - 1:1. Meydan sahibləri hesabı 22-ci dəqiqədə Ağabala Ramazanovun qolu ilə açıblar. Qalibiyyətə çox yaxın olan “İnter” uzatma dəqiqələrində təşəbbüsü əldən verib. “Zirə” Viktor İqbekoyinin baxımlı qolu ilə bərabərliyi təmin edib. Beləliklə, xallarını 15-ə çatdıran “İnter” ikinci pillədə yer alıb. Üç oyunluq məğlubiyyət seriyasından sonra xal qazanan “Zirə” isə yeddi tur ərzində cəmi 7 xal yığa bilib. “Zirə” 5-6-cı yerləri “Kəpəz”lə bölüşür.xeber100.com

Sentyabr 30, 2016 4:51

UEFA Çempionlar Liqasında növbəti matçlar keçirilib

Sentyabrın 28-də UEFA Çempionlar Liqasında növbəti matçlar keçirilib. Azərtac xəbər verir ki, dörd qrupda oynanılan səkkiz görüşdən sonra qrup mərhələsində ikinci tura yekun vurulub. Matçlarda aşağıdakı nəticələr qeydə alınıb: A qrupu “Arsenal” – “Bazel” - 2:0 “Ludoqorets” – PSJ - 1:3 B qrupu “Beşiktaş” – “Dinamo” K. - 1:1 “Napoli” – “Benfika” - 4:2 C qrupu “Borussiya” M. – “Barselona” - 1:2 “Seltik” – “Mançester Siti” - 3:3 D qrupu “Atletiko” – “Bavariya” - 1:0 “Rostov” – PSV - 2:2 Qeyd edək ki, III turun oyunları oktyabrın 18-də və 19-da keçiriləcək.

Sentyabr 29, 2016 2:26

“Stokholm-Neftçi” adlı yeni futbol komandası yaradılıb

Paytaxt Stokholmda İsveç Azərbaycanlıları Konqresi yeni futbol komandası yaradıb. Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında azərbaycanlı futbol veteranı İqor Ponomaryov bildirib. Onun məlumatına görə, komanda “Stokholm-Neftçi” adlandırılıb. İ. Ponomaryov qeyd edib ki, ilk addımlarını atan komandada futbolçular üçün yaş məhdudiyyəti olmayacaq. Komandanın hələlik İsveçin hansı liqasında çıxış edəcəyi məlum deyil.xeber100.com

Sentyabr 29, 2016 2:19

Azərbaycan Cüdo Federasiyasının məlumatı…

Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası - “Cüdo TV” fəaliyyətə başlayıb. Bu barədə Azərtac-a Azərbaycan Cüdo Federasiyasından məlumat veriblər. “Cüdo TV”də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq. Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə proqram efirə veriləcək.xeber100.com

Sentyabr 29, 2016 2:14

Şahmat turniri keçiriləcək

Bakı bulvarında həvəskarlar arasında şahmat turniri keçiriləcək. Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Şahmat Federasiyasının dəstəklədiyi turnirin məqsədi ölkədə olimpiya hərəkatının təbliği və bu idman növünün kütləviləşdirilməsidir. Layihə idmançılarımızın və paralimpiyaçılarımızın Rio Olimpiadalarında uğurlu çıxışına, Ümumdünya Şahmat Olimpiadasına, habelə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına həsr olunub. Turnir oktyabrın 2-də estrada ulduzlarının çıxışı və qaliblərin mükafatlandırılması ilə başa çatacaq.xeber100.com

Sentyabr 29, 2016 2:06
    Page 801 of 831« First«...102030...799800801802803...810820830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az