07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək

Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək. Azərtac xəbər verir ki, ilk oyun günündə səkkiz oyun keçiriləcək. “F” qrupunun mərkəzi görüşündə ilk turdan sonra hərəyə üç xala sahib olan Dortmund “Borussiya”sı İspaniyanın “Real Madrid” klubu ilə qarşılaşacaq. Qalib komanda altı xalla qrupunun lideri olacaq. Qrupun digər oyununda isə Portuqaliyanın “Sportinq” klubu Polşa “Legiya”sını qəbul edəcək. “E” qrupunda Rusiya MOİK-i İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşacaq. Paralel matçda qrup lideri Fransanın “Monako” klubu bir xalı olan Almaniyanın “Bayer” komandası ilə üz-üzə gələcək. “H” qrupunda “Sevilya” “Lion”u qəbul edəcəyi halda, ”Yuventus” Zaqrebdə “Dinamo”nun qonağı olacaq. “G” qrupunda son İngiltərə çempionu “Lester” isə “Porto” ilə münasibətlərə aydınlıq gətirəcək. Eyni qrupda həm də “Kopenhagen” (Danimarka) və “Brügge” (Belçika) komandaları görüşəcək. Turun qalan matçları isə sabah oynanılacaq.xeber100.com

Sentyabr 27, 2016 10:41

“Stadio Olimpico”da keçiriləcək oyunu hakimlər briqadası idarə edəcək

Futbol üzrə UEFA Avropa Liqasının “E” qrupunda sentyabrın 29-da “Stadio Olimpico”da keçiriləcək “Roma” (İtaliya)–“Astra” (Rumıniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək. Azərtac AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.xeber100.com

Sentyabr 26, 2016 4:13

Milli komanda dünya çempionatında çıxışını başa vurub

Azərbaycan milli komandası Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını başa vurub. Azərtac xəbər verir ki, 1/4 final mərhələsində Kali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində Portuqaliya yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb. Xatırladaq ki, dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn millimiz, İspaniya komandasına 2:4 hesabı ilə məğlub olmuş, iranlı futzalçılarla isə heç-heçə etmişdi – 3:3. Komandamız 1/8 final mərhələsində Tailand yığmasına 13:8 hesabı ilə qalib gəlmişdi.xeber100.com

Sentyabr 26, 2016 4:04

Dünya çempionatı üçün talisman seçiminə start verilib

Beynəlxalq Futbol Federasiyası (FİFA) rəsmi saytında 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı üçün talisman seçimi ilə bağlı kampaniyaya start verib. Azərtac xəbər verir ki, səsvermə müəllif namizədlərin təqdimatından sonra başlayıb. Mundialın rəmzi nişanəsinə dair müsabiqənin finalçıları canavar, pələng və pişik olacaq. Bunlar universitet tələbələri tərəfindən hazırlanıb. Sonradan müəlliflərin iştirakı ilə peşəkar animatorlar rəsmlərin üzərində iş aparıb. Müsabiqənin qalibi oktyabrın 26-da Rusiyanın 1-ci kanalı ilə canlı yayımlanacaq proqramda elan ediləcək. Xatırladaq ki, seçimin ilk mərhələsində talismana dair 10 variant təqdim edilib. Səsvermənin nəticəsində pəhləvan, uzaq-şərq bəbiri, simurq quşu, yadplanetli, kosmonavt, ayı və robot finalda yer almayıb. Rusiyada təşkil ediləcək 2018-ci il dünya çempionatı on bir şəhərdə olmaqla on iki stadionda keçiriləcək. Yarımfinal oyunları Moskva və Sankt-Peterburq, açılış mərasimi, start və final matçları isə paytaxtın “Lujniki” stadionunda oynanılacaq.xeber100.com

Sentyabr 25, 2016 9:07

İngiltərə namizədlikdən imtina edib

İngiltərə Futbol Assosiasiyasının sədri Qreq Klark ölkəsinin 2024-cü il Avropa çempionatına ev sahiblik etmək iddiasından əl çəkdiyini bildirib. Azərtac xəbər verir ki, buna səbəb 2020-ci il Avropa çempionatının yarımfinal və final oyunlarının Londonda keçirilməsidir. “2020-ci ildən 4 il sonra yenidən Avropa çempionatını keçirmək istəyi düzgün çıxmaz. 2018-ci il dünya çempionatının namizədliyi mübarizəsi bizə 23 milyon dollara başa gəldi. Bu böyük məbləğdir”, — deyə Qreq Klark bildirib. Xatırladaq ki, ötən il yayılan məlumata görə, İngiltərə 2024-cü il Avropa çempionatında Almaniyanın namizədliyini dəstəkləyəcək. Almanlar isə 2028-ci il dünya çempionatı zamanı İngiltərəyə dəstək olacaq.xeber100.com

Sentyabr 25, 2016 9:02

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Azərbaycan–Norveç oyununa bilet satışı davam edir. Azərtac xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzi, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionu və “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.xeber100.com

Sentyabr 25, 2016 8:53

NTV-nin məlumatına görə…

Bu gün Rusiya paytaxtına sağlamlığı qibtə doğuran minlərlə idman həvəskarı toplaşıb. Ənənəvi Moskva marafonunda dünyanın 70 ölkəsindən 30 mindən çox insan iştirak edir. Rusiyanın NTV telekanalı xəbər verir ki, hazırda məsafənin yarıdan çoxu qət edilib. Marafon iştirakçıları arasında təkcə peşəkarlar deyil, yeni idmançılar da var. Ötən ilə nisbətən iştirakçıların sayı 10 min nəfər artıb. İki il əvvəl 42 kilometr məsafəni 2 saat 17 dəqiqəyə qaçan keniyalı idmançı Moskva marafonunun rekordunu müəyyənləşdirib.xeber100.com

Sentyabr 25, 2016 8:38

Premyer Liqasında altınci turun görüşləri davam edir

Sentyabrın 25-də Azərbaycan Premyer Liqasında altınci turun görüşləri davam edib. Azərtac xəbər verir ki, ikinci oyun gününün ilk görüşü Gəncədə oynanılıb. “Kəpəz” klubu son çempion “Qarabağ”la üz-üzə gəlib. Belə ki, on dörd ildir rəqibinə qalib gələ bilməyən Gəncə təmsilçisi bu dəfə də Ağdam klubundan yalnız bir xal almağı bacarıb. Gəncə səfərində bərabərə qalan Qurban Qurbanovun komandası isə bir xalla kifayətlənməli olub-1:1. Hər iki qol matçın ikinci hissəsində vurulub. Əvvəlcə, meydan sahibinin heyətində Dario Federiko 54-cü dəqiqədə hesabı açıb -1:0. “Qarabağ” 75-ci dəqiqədə Reynaldonun qolu ilə hesabı bərabərləşdirib -1:1. Görüşün sonuna yaxın tərəflərin hesabı artırmaq üçün bir neçə imkanı olsa da, sonda tabloda rəqəmlər dəyişməyib. Beləliklə, heç-heçə sayəsində xal ehtiyatını 13-ə çatdıran “Qarabağ” üçüncü pillədə mövqeyi dəyişməyib. “Kəpəz” isə 7 xalla dördüncü pillədə qalıb. Xatırladaq ki, günün ikinci matçında ötən mövsümün mükafatçıları “Zirə” ilə “Qəbələ” qarşılaşacaq.xeber100.com

Sentyabr 25, 2016 8:31

Ukrayna-Kosova qarşılaşması oktyabrın 9-da keçiriləcək

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa ölkələri üzrə seçmə mərhələsinin “İ” qrupunda baş tutacaq Ukrayna-Kosova oyununun yeri müəyyənləşib. Azərtac Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Polşanın Krakov şəhərində keçiriləcək. Ukrayna eyni qrupda mübarizə apardığı Kosovanı tanımadığından FİFA-ya matçın neytral meydançada keçirilməsi ilə bağlı müraciət edib və ali futbol qurumu müraciət müsbət cavablandırıb. Sentyabrın 26-da yerli federasiya nümayəndələri Krakova gedərək stadionun təyin olunması üçün baxış keçirəcəklər. Bundan sonra matçın Henrik Reyman adına şəhər stadionu və ya “Krakoviya Stadionu”nda keçirilməsinə qərar veriləcək. Qeyd edək ki, Ukrayna-Kosova qarşılaşması oktyabrın 9-da keçiriləcək.xeber100.com

Sentyabr 24, 2016 7:50

Taekvondo üzrə dünya çempionatı keçiriləcək

Gələn ilin mayında Azərbaycanda IV İslam Həmrəylik Oyunları, iyunda isə Koreya Respublikasında taekvondo üzrə dünya çempionatı keçiriləcək. Bu iki mötəbər yarışlara, həmçinin dekabrda Meksikada keçiriləcək son Qran-pri turnirinin final mərhələsinə hazırlaşmaq üçün milli komandamız oktyabrın 3-dən məşqlərə başlayacaq. Bu sözləri taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının böyük məşqçisi Elnur Amanov Azərtac-a məxsusi müsahibəsində deyib. E.Amanov bildirib ki, IV İslam Həmrəylik Oyunları doğma Vətənimizdə təşkil ediləcəyi üçün bu Oyunlara daha məsuliyyətlə hazırlaşırıq. Taekvondo idman növündə bir il Avropa, digər il isə dünya çempionatı keçirilir. Sonuncu dünya çempionatı 2015-ci ildə Rusiyada təşkil edilib. Həmin çempionatda Radik İsayev qızıl medal qazanmışdı. İdmançılarımızın Tokio Olimpiadasına vəsiqə qazanması üçün indidən hazırlaşırıq. Yetirmələrimin beynəlxalq yarışlarda da iştirak edib Olimpiya Oyunları üçün xal yığması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə çalışacağıq ki, bu il və gələn il yüksək xal verən yarışlarda daha çox iştirak edək. Ən çox xal bu turnirlərdə qazanılacaq.xeber100.com

Sentyabr 24, 2016 7:29
    Page 802 of 831« First«...102030...800801802803804...810820830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az