“Formula-1” Avropa Qran Prisi Bakıda

Azərbaycanın paytaxtında iyun ayında keçiriləcək "Formula-1" Avropa Qran Pri-sində Baku City Circuit trası dünyada bütün şəhər trasları arasında ən sürətlisi olacaq. Bunu German Tilke Baku City şirkətinin saytında yerləşdirilən müsahibəsində deyib. Qeyd edək ki, məhz onun layihələri əsasında "Formula-1"in əksər trasları qurulur. Layihəçinin sözlərinə görə Bakı şəhər trası digər traslardan bir çox amillərə görə fərqlənir: "Bu, dünyada ən sürətli şəhər trası olacaq. Bu trass şəhərin tarixi mərkəzi ətrafında qurulub ki, bu da istər tribunalarda əyləşən, istərsə də evlərində "Formula-1" i seyr edənlər və sevənlər üçün təkrarolunmaz maraqlı bir atmosfer yaradacaq". Tilkenin sözlərinə görə, Bakıdakı "Formula-1" trası nadirdir: "Bakı mərhələsi təqvimdə ən həyacanlı mərhələlərdən biri olacaq. Əlbəttə, Bakıdakı trası digər traslarla müqayisə etmək olmaz, çünki şəhərin içində qurulub. Bununla yanaşı, digər şəhər traslarından fərqlənir. Bizim hesablamalara görə, bir dairəni keçmə müddəti təxminən 1 dəqiqə 41 saniyə təşkil edəcək, lakin əlbəttə ki, bu, yarışçıların hazırlığından asılı olacaq. Trasda ən mürəkkəb döngələrdən biri 8-ci olacaq, burada maksimum sürət saatda 204 kilometr olacaq. 8-ci ilə 9-cu döngələr arasındakı məntəqədə minumum sürətin saatda 86 kilometr olacağı gözlənilir". Onun sözlərinə görə, bu tras tarixi və müasir Bakı arasında ahəngdarlığı nümayiş etdirmək üçün məxsusi qurulub. Xatırladaq ki, "Formula-1" Avropa Qran Prisi Bakıda 2016-cı il iyunun 17-19 da keçiriləcək.

Mart 28, 2016 4:47

Yeni futbol komandası

Azərbaycanın daha bir rayonunda yeni futbol komandası yaradılıb. Ağdaş rayonundan təsis edilən yeni klub rayonu həvəskarlar liqasında təmsil edəcək. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, komanda növbəti mövsümdən I divizionda mübarizə aparmağı da planlaşdırır. Lakin buna baxmayaraq, ağdaşlılar artıq indidən hazırlıqlara başlayıblar. "Məqsədimiz odur ki, həvəskarlar liqasında çıxış edəndə stadion tamamilə dolur. Biz də gördük ki, Ağdaşda futbolu çox sevirlər. Belə bir komanda yaratmışıq. Özümüz oynayırıq, şəhər rəhbərliyi də bizi dəstəkləyir. Gələcək planlarımızın içərisində o da var ki, bu il həvəskar liqasında oynayacağıq. Tam hazır olduqdan sonra isə gələn illərdə 1-ci divizonda çıxış etmək istəyirik" - deyə klubun yaradıcılarından biri Rəhman Əliyev bildirib. Komandanın heyətində gənclərdən başqa veteran futbolçular da forma geyinirlər. Onlar öz təcrübələrini gənclərə aşılamağa çalışırlar. "Ağdaş rayonunda futbol həmişə olub. Baza və bünövrə olaraq futbol burda sevilib. Gənclərin və uşaqların da marağı həddindən artıq çoxdur", - veteran futbolçu Bəxtiyar Quliyevbildirib. Futbol komandası bu günə qədər iki yoldaşlıq görüşü keçirib. Bu qarşılaşmaların birində "Mil Muğan"la heç-heçə qalan komanda "Şərurspor" klubunu məğlub etməyi bacarıb. Gələcəkdə komandaya yeni futbolçuların cəlb olunacağı da bildirilir.xəbər100  

Fevral 18, 2016 4:49